Rahilin ölümü, Françesko Furini (Francesco Furini, 1600-1646)
Rəsm əsəri belə bir hadisəni əks etdirir.
“Bir gün Yaqubla Rahil Befildən yola düşürlər. Yefrafdan Vifleymə azacıq məsafə qalmışdı ki, birdən Rahilin doğuşu başlayır və bu proses-uşağın doğulması çox çətin keçir. Hələ doğuş gedərkən mamaça onu sakitləşdirərək deyirdi:
“Qorxma, o da sənin oğlundur, çünki oğlun dünyaya gəlir”.
Rahil isə yeni doğulmuş oğlunun adını Benoni deyə-deyə həyatla vidalaşırdı. Atası Yaqub dünyaya yenicə göz açan körpəsini Benyamin adlandırdı. Rahil isə Yefraf yolunda, yəni Vifleymdə dəfn edildi”.
Yaqubun dörd arvaddan doğulmuş on iki oğlu var idi və Benyamin bunların ən sonuncusu idi. Bibliyaya görə Yaqubun oğlanlarının nəslindən olan qəbilələr İsrail xalqını yaratdılar.
Rahil Yaqubun son və sevimli arvadı idi. O, Benyamindən başqa Yusifi də dünyaya gətirmişdi. Bibliyada Rahilin bir qız övladı olduğu da göstərilirdi. Məlumatlara görə, Rahildə anatomik və ya klinik “dar çanaq” olmuşdur (Rahilin üç doğuşu olmuşdur, Benyamin, Yusif və bacıları). Rahilin çətin doğuşunun səbəbini də elə ya dölün köndələn vəziyyəti ilə, yaxud da özünün dar çanağa malik olması ilə bağlayırdılar. Doğuşu çətin olsa belə uşaqların yaşaması ciddi ağırlaşmaların olmamasından xəbər verir. Ancaq doğuş zamanı cift gəlişi, preeklampsiya olmasa da Rahil yaşamadı. Beləliklə, ana həyatla vidalaşsa da, övladı doğuldu. Rahilin ölümündən 4000 il keçmişdir. O dövrdən bu vaxtadək mama – həkimlər doğuş zamanı ana və ya uşaq ölümünün qarşısını almaq üçün çox çalışır və yeni metodlar axtarıb tapmaq istəyirlər.
Enrike Qrau (Enrique Grau, 1920-2004), 1844 –cü ildə Kolumbiyada həyata keçirilən ilk Qeysəriyyə əməliyyatı
12 May – Beynəlxalq Tibb bacısı Günü
Hər il bütün dünyada 12 May – ilk tibb bacısı Florens Naytinheylin doğum günü – Beynəlxalq Tibb bacısı günü kimi qeyd edilir.
Tibb bacısı peşəsinin XIX əsrin ortalarında Florens Naytinheylin anadan olması ilə (Eng Florence Nightingale, 12 May 1820 – 1910) bir vaxtda yaranması qeyd edilir. O zaman Britaniyada zəngin ingilis ailəsinin yaxşı təhsil almış bir qızı cəmiyyətin konvensiyalarına meydan oxuyub, tibb bacısı olmaq qərarına gəldiyini bəyan etdi.
O dövrdə xəstəxanalarda yatan və ya evdə olan xəstələrə, eləcə də tanışlara, dostlara qulluq, təhsilli qadınlar üçün onlara layiq olmayan bir karyera sayılırdı. Belə hesab edirdilər ki, təhsilə malik olanlar ancaq öz yaxın qohumlarına kömək edə bilərlər. Bu baxımdan Naytinheyl azad mövqe tutdu. Belə ki, o, təhsilli qadınların xəstələrə qayğı göstərmək və onların həyatlarını daha da yaxşılaşdırmaq üçün elmi prinsiplərini və sağlam həyat tərzi ilə bağlı bütün məlumatlarını istifadə edə bilmək istəyini reallaşdırdı.
Bundan əlavə, o, “xəstələrə qayğı” ya da hazırda tibb bacısı dediyimiz peşəni real peşə adlandırırdı. O hesab edirdi ki, tibb bacısı peşəsi o zamanlar bir neçə digər karyera variantları olan qadınlar üçün intellektual və sosial azadlıqla dolu olan bir peşədir.
Vilyam Haterel (William Hatherell 1855-1928) “Son məktub”, 1918
1854-cü ildə Krım müharibəsi zamanı Florens kazarmaların yenidən qurulması və təmizlənməsini, xəstələrə qayğının artırılmasını, qida rasionunun genişləndirilməsini, yoluxucu xəstəliklər və ölümün sayının azalmasını, eləcə də yoluxucu xəstələrin hospitallara yerləşdirilməsini təşkil etmişdir.
Bu hadisədən bir neçə ay sonra, artıq bütün Britaniyada hamı “gecə lampası ilə gəzən Ledi” dən danışırdı. Belə ki, onun işi bütün gecələri oyaq qalıb, xəstə və yaralıları axtarıb tapmaq, onlara qaygı ilə yanaşmaq və təsəlli verməkdən ibarət idi.
Tibb bacısı peşəsi beləcə yarandı. Bu günü bütün dünya – Florensin ad gününü-Beynəlxalq Tibb bacısı Günü kimi qeyd edir!
Bir cavab yazın