Bagla

Həkimdən soruş

Hekimden sorus







Hansı implantlar daha yaxşıdır?

Dünyada bir min yarımdan çox diş implantları istehsalçıları var, amma onların hamısı həkim­lərin və pasiyentlərin rəğbətini eyni dərəcədə qazanma­yıb. Diş sırasının rekonstruksiyası məsələsində konstruk­siyanın davamlılığı, qiyməti, uğurlu bitişməsi şansı böyük əhəmiyyət kəsb edir.

 

İmplantat və implantologiya nə deməkdir?
İmplantologiya stomatologiyanın kifayət qədər cavan şaxəsi olmaqla, hətta dişlərin tam olmadığı şəraitdə diş-çənə sisteminin funksionallığını bərpa etməyə imkan verir. Yön olaraq hələ ötən əsrin ortalarında yaranıb 80-ci illərin sonunda dünya şöhrəti qazanmışdır. İmplantologiyanın əsas aləti implantdır, yəni çənə sümüyünə burub taxılan diş kökünün titan alternatividir. Metalın xüsusiyyətləri titan milin itirilmiş dişin yerinə bitişərək diş sırasının sürüşməsinin qarşısını almağa imkan verir.
Süni dişin tam konstruksiyası ibarətdir:
• implantın özündən;
• abatmentdən;
• diş tacından.
Abatment və diş tacı çıxarılan detallardır və zərurət olarsa, dəyişdirilə bilər, implantat isə həmişəlik qoyu­lur. Keyfiyyətli implantasion sistem ömürlük xidmət edir və itirilmiş dişləri tamamilə əvəz edir.

 

İmplantantların növləri
Klinik situasiyadan asılı olaraq, stomatoloqlar konstruksiyası və qoyuluş üsuluna görə daha münasib implant növünü seçir. Titan millərin növləri:
• kökvari, sümük toxumasının yetərli həcminin saxlanılması şərti ilə istifadə edilir. Yivli və əsasında titan vintli silindrə bənzəyir. Sümük toxuması çatmırsa, pasiyentə onun yetişdirilməsi üçün əməliyyat təklif olunur və ya başqa konstruksiya seçilir;
• plastinli, sümük dərinliyinə nüfuz edir. İstifadəsinə göstəriş sümüyün ensiz olması və kökvari implantın qoyuluşunun mümkünsüzlüyüdür;
• birləşdirilmiş, mürəkkəb formalıdır, diş defektləri olduqda implantasiya edilir;
• subperiostal, pasiyenin sümüyü çox nazik olduq­da diş ətinin altına əkilir. Çənə sümüyü ilə sümük üstlüyü arasında möhkəm fiksasiya nisbətən enli özülü hesabına mümkün olur;
• endodontik stabilləşdirilmiş, canlı diş kökünün bərkidilməsi və ya uzadılması üçün istifadə edilir. Bu növün üstünlükləri möhkəm fiksasiyası və selikli ağız boşluğu qişasının minimal zədələnmə ehtimalıdır;
• selikli qişadaxili, diş protezlərinin sabitliyii üçün istifadə edilir. Konstruksiyanın xüsusiyyətləri onu selikli qişaya bərkitməyə imkan verir.
Hər implant növünün özəl üstünlükləri və çatışmazlıqları var, həkim onları qiymətləndirərək pasiyentin klinik vəziyyətinə uyğun olanını seçir.

 

Hansı implantlar yaxşıdır?
İmplantın keyfiyyəti onun qiymətində deyil, uzun ömürlüyündə, bitişmə dərəcəsində, stomatoloqlar arasında populyarlığındadır.
İmplantologiya sahəsində qabaqcıl mövqe Straumann istehsalçısının məmulatlarına məxsusdur. Məhsul premium-klass dərəcəsinə aiddir, implantların bitişmə səviyyəsi 96-99% kənarındadır. Brendin sistemlərinə ömürlük zəmanət verilir, amma qiyməti də keyfiyyətinə müvafiqdir.
İstehsalçı patentləşdirilmiş titan-sirkon Roxolid ərintisindən bütün növ implantlar hazırlayır. Yüksək möhkəmliyi hesabına implantasi­ya məqsədi ilə daha kiçik diametrli model­lər istifadə oluna bilər ki, bu da yarı hallarda sümük toxumasının yetişdirilməsi ehtiyacını aradan qaldırır. Amma kifayət qədər yüksək qiymətinə görə brendin diş implantları hər kəs üçün əlçatan deyil.

 

Stomatoloqlar arasında geniş yayılmış və pasiyentlərin də rəğbətini qazanmış implantlar qiymətinə görə də münasib olan Alpha Bio məhsullarıdır. Növlərin geniş çeşidi pasiyentə uyğun konstruksiyanı seçməyə imkan verir. Qiymətindən başqa, Alpha Bio implantların üstünlüklərinə aiddir:
• ilkin stabilliyi;
• yüksək bitişmə qabiliyyəti;
• özüburulması, özükəsməsi, özübərkiməsi, sümükdə möhkəm fiksasiyası.

 

Populyarlığına görə koreya istehsalçısı Implantium heç də geri qalmır. Qiyməti ilə keyfiyyətinin yaxşı nisbətindən başqa üstünlüklərinə aiddir:
• tez və az travmatik qoyuluşu;
• materialın çənə toxumaları ilə “dostluğu”;
• iki növlü naxışı və yastı kənarı hesabına tez bitişməsi;
• yükün məmulatın uzununa boyunca bərabər paylaşması;
• konstruksiyanın universallığı.

 

Cəmi bir neçə il əvvəl daha bir Cənubi koreyalı istehsalçı AnyOne tez bir zamanda stomatoloqların və pasiyentlərin inamını qazandı. Konstruksiyanın stomatoloqun işi üçün maksimal rahatlığı implantasiya zamanı həkim səhvi ehtimalını azaldır. İki dönüş platforması implantları əhatə edən yumşaq və sümük toxumasının istifadə prosesində tamlığını qoruyur.

 

AnyOne sistemlərini bir mərhələli və ya klassik implant qoyuluşu texnolo­giyasında istifadə etmək mümkündür. Bir mərhələli metodika zamanı diş sıra­sının tamlığı xəstə diş çıxarıldıqdan dərhal sonra bir dəfəyə bərpa olunur. Lazım gəldikdə bitişmə ilə yanaşı, sinus-liftinq də aparılır. Müvəqqəti protez isə prosedura bitdikdən dərhal sonra qoyula bilər. Kalsium örtüyü sümük yatağını qidalandırır, sümüyü bərkidir və implantın ətrafında sümük toxumasını artırır.


 10485    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *