Bagla

Həkimdən soruş

Hekimden sorus







Haymorit və müasir müalicə üsulları

Hər birimiz bir dəfə də olsa zökəmlə mübarizə aparmağa başlayıb, sonra cəhdimizdən əl çəkib “xalq təbabətinə” arxayın olmuşuq: zökəm müalicəsiz bir həftəyə, müalicə ilə yeddi günə keçir. Bu ziddiyyət məzəli olduğu qədər ağlabatandır, zökəm bir həftədən çox davam etməməlidir, əks halda LOR-həkimin yanına tələsmək lazımdır.
Sağlamlığı ilə təcrübə aparmağı sevənlər, əlbəttə ki, onlarla türkəçarə üsullarını üzərində sınaqdan keçirə bilər, amma bu cəhdlər çox vaxt adi zökəmin xroniki gedişat almasına səbəb olur. Sonu da xəstəxanalıq olur, hətta cərrahi müdaxilə tələb edir. Simptomlardan və səbəblərdən başlayaq, sonra da haymoritin effektiv və müasir müalicə üsullarını gözdən keçirək.

 

Simptomlar
Haymorit haqqında bu hallarda düşünmək olar:
● burun tutulması;
● diş ağrısına bənzəyən və gicgaha yayılan ağrı;
● başı aşağı salanda ağrının güclənməsi;
● burun boşluqlarına başlarkən yaranan ağrı;
● irinli və ya selikli burun ifrazatı.
Sadalanmış simptomlar kəskinləşmə dövründə güclənir və xəstəliyin xroniki gedişatı zamanı azalır, amma simptomların olmaması tam sağalma demək deyil. Xəstəliyin tam sağalmaması onun xroniki formaya keçməsinə gətirib çıxarır.
Bəs, nəyə görə bəzilərində zökəm keçib gedir, başqalarında isə haymoritə çevirir?

 

Səbəblər
Səbəblər çoxdur, onlardan daha əhəmiyyətli beşinin adını çəkək:
● uzunçəkən zökəm və ya soyuqlama nəticəsində haymor boşluğunun pnevmokokla, streptokokla və ya göbələklə yoluxması;
● yuxarı köpək dişlərinin xəstəliyi;
● ümumi immunitet zəifləməsi və selikli qişanın patogen mikroflora ilə məskun edilməsi;
● burun boşluqları selikli qişasının allergik reaksiyaları;
● zədələnmə səbəbindən selik axınının pozulması.

 

Müasir müalicə üsulları
Özünü cərrahi müdaxilə həddinə çatdırmamaq üçün müalicəyə mümkün qədər tez başlanmalıdır. Haymoritin müalicəsi xəstəliyin səbəbi nəzərə alınmaqla təyin edilir. Səbəb karioz dişdirsə, diş çıxarılır, allergiyadırsa – onun səbəbinə təsir edilir. Amma çox vaxt medikamentoz və fizioterapevtik müalicə üsullarından istifadə edilir:
● qeryi-steroid iltihab əleyhinə preparatlar;
● damarları daraldan damcılar;
● antibakterial preparatlar;
● mukolitik və ya selik duruldan vasitələr;
● damcı formalı iltihab əleyhinə kortikosteroidlər.
Maksimal effekt almaq üçün yüksək ixtisaslı həkim medikamentoz müalicəni başqa vasitələrlə, o cümlədən aparat fizioterapiyası ilə uyğunlaşdırır.

 

Haymoritin aparat fizioterapiyası üsulları ilə müalicəsi
Burun boşluqlarına istiliklə, işıq şüası ilə və ya maqnit impuls sahəsi ilə təsir etməklə orqanizmin müdafiəsi gücləndirilir və antitellərin hasilatı artırılır.
Həkim xüsusi qurğuların vasitəsi ilə pasientə yerli proseduralardan ibarət müalicə kursu təyin edir.
1. UYT aparatı dərin toxumaları yüksək tezlikli elektrik sahəsi ilə qızdırır.
2. Tubus-kvars ultrabənövşəyi şüalarla müalicə edir, qan dövranını və toxumaların viruslara qarşı müqavimətini yaxşılaşdırır.
3. Lazer burun boşluqlarına infraqırmızı və ultrabənövşəyi şüalarla müalicəvi təsir göstərir.
4. Yeni nəsil UNİLOR aparatı kompleks təsir göstərir: maqnit sahəsi ilə, istiliklə, qırmızı diapazonlu işıq impulsları ilə. İşə salındıqdan sonra qurğu qızır və müalicəyə başlamaq olar.
5. Haymoritin müalicəsi məqsədi ilə qızdırıcı element üçqatlı tənzif üzərindən burun üstünə yerləşdirilir və tutqacla bərkidilir.
6. Prosedura sutkada iki və ya üç dəfə aparılır, bir seans 15-20 dəqiqə davam edir.

Bu üsulun üstünlükləri odur ki, ev şəraitində istifadə edilərkən vaxta qənaət olunur, bir gündə bir neçə prosedura aparmaq mümkündür, sağalma prosesi sürətlənir; cihazdan istifadə etdikdən sonra bir saat ərzində açıq havaya çıxmaq olmaz, çünki nəmli hava fizioterapevtik müalicənin təsirini heçə endirir; iltihab ocağına birbaşa təsir göstərməklə medikamentoz müalicənin effektivliyi artırılır; preparatların dozasını azaltmaq imkanı yaranır ki, bu da dərman allergiyasından əziyyət çəkənlər üçün xüsusilə vacibdir.


 188    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *