

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə hemorroidal düyünlərin cərrahi və minimal invaziv yolla müalicəsi məqsədi ilə 12 420 əməliyyat və tibbi prosedur icra olunub. Xəstəliyin müalicəsi ilə bağlı göstərilən tibbi xidmətlərin 97%-i hemorroidal düyünlərin kəsilərək götürülməsi yolu ilə göstərilib.
Babasilə şübhə olduqda xəstənin kliniki müayinəsi aparılır. Xəstəliyin diaqnostikası üçün həkim tərəfindən rektoskopiya, siqmoidoskopiya və kolonoskopiya kimi instrumental müayinələr təyin oluna bilər. Bu müayinələr icbari tibbi sığorta hesabına qarşılanır.
Düyünlərin ölçüsü və digər xüsusiyyətlərdən asılı olaraq xəstəliyin müalicəsində fərqli üsullar tətbiq edilə bilər. Xəstəliyin ilkin mərhələlərində konservativ (dərmanlarla) və minimal invaziv müalicə üsulları tətbiq edilir. Lakin ağırlaşmış hallarda bu xəstəliyin cərrahi müdaxiləsiz sağalma şansı aşağı düşür. İcbari tibbi sığorta çərçivəsində babasilin aşağıda qeyd olunan cərrahi və minimal invaziv üsulla müalicəsi təminata alınıb:
Xəstəliyin qeyri-cərrahi yolla müalicə üsulları isə bunlardır:
Xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı yuxarıda sadalanan xidmətlər icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.
Qeyd edək ki, babasil kimi tanınan hemorroy xəstəliyi düz bağırsağın ən çox rast gəlinən xəstəliklərindən biridir. Hemorrodial düyünlər düz bağırsağın aşağı hissəsində varikoz damarların genişlənməsi nəticəsində meydana gəlir. Babasil xəstəliyi düz bağırsaqda diskomfort və ağrı hissi ilə özünü büruzə verir. Xəstəlik həmçinin anal nahiyədə qaşınma, qanama, defekasiya zamanı ağrı, irinli və selikli ifrazatla xarakterizə olunur.
Salam, xarici babasıldan əziyyət çəkirəm, şişlər çox böyükdür. Ağrıya dözə bilmirəm. Sığorta ilə əməliyyat ola bilərəm Bakıda? Rayonda yaşayıram.