Bagla

Həkimdən soruş

Hekimden sorus







İCBARİ TİBBİ SIĞORTA: UĞURLU 10 İL

 

Vətəndaşların sağlamlığı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Məlum olduğu kimi 2026-cı il Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqinin 10 ili tamam olur. Qüdrətli və qalib Azərbaycan Respublikasında səhiyyə sisteminin müasirləşdirilməsi və vətəndaşlarımızın tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilmiş bu layihə, milyonlarla insanın həyatına birbaşa təsir göstərmişdir.İcbari Tibbi Sığorta sistemi ölkəmizdə 2016‑cı ildə tətbiq edildi. Bu əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə də göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Bir sözlə vətəndaşların sağlamlığı, onların sosial və rifah halının yaxşılaşdırılması məhz güclü dövlət siyasətinin mühüm tərkib hissəsidir.

 

Bu böyük layihənin uğurla həyata keçirilməsi nəticəsində məhz vətəndaşların sağlamlığı ilə yanaşı, maddi nöqteyi-nəzərdən də mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, sığorta sayəsində vətəndaşlar ciddi xəstəliklərə və prosedurlara görə yüksək xərclərlə üzləşmir, çünki xidmətlər sığorta çərçivəsində maliyyələşdirilir. 10 ildir ki, uğurla həyata keçirilən layihə vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyə sisteminin daha ədalətli və əlçatan hala gətirilməsi istiqamətində bənzərsiz tibbi hadisədir. Yaxın illərdə əhalinin təxminən 95 %-nin icbari tibbi sığorta ilə tam əhatə olunması hədəflənir. Bu həqiqətən də çox yüksək nəticə və səhiyyə sahəsində böyük nailiyyətdir.

 

 

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində vətəndaşlara xidmət göstərilməsi ilə yanaşı, özəl tibbi müəssisələr də sistemə daxil edilir və son illərdə onların sayı artırılmışdır ki, bu da vətəndaşların sağlamlığı naminə atılmış böyük addımdır. Bütün nailiyyətləri nəzərə alaraq, bu gün qürurla qeyd etməliyik ki, Azərbaycan dövləti öz vətəndaşının sosial həyatını, rifah halını, sağlamlığını və inkişafını hər zaman prioritet hesab etmişdir.

 

İcbari tibbi sığortanın fəaliyyətinin davamlı olması üçün bu istiqamətdə fəaliyyət göstərən bütün səhiyyə işçilərinə gələcək fəaliyyətində uğurlar arzulayır, Uca Allahdan dövlətimizin daim qüdrətli və sarsılmaz olmasını diləyirəm.

 

İlham Məmmədov
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü


 207    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *