Bagla

Həkimdən soruş

Hekimden sorus







İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib

 

Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.

 

Baş tutmuş səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti seçilib.

 

Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.

 

Cənab Z.Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!


 1545    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *