

Beyin qan dövranının pozulması ciddi problemdir. Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə problemlidir. Statistikaya görə, buna nail olan pasiyentlər cəmi 30% təşkil edir. Ən pis nəticə isə odur ki, insanın hərəkətində, nitqində, çanaq orqanlarının funksiyalarında kobud pozulmalar olur və uzun illər o, iflic vəziyyətində qalır. Belə vəziyyət nəinki xəstəyə, həmçinin onun ailəsinə də böyük narahatlıqlar və problemlər yaradır.
Yadda saxlayın, insultun qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək! Hipertoniyanı, lipid mübadilənin pozulmasını, şəkərli diabeti müalicə etmək daha asandır, nəinki insultu!
Ümidverici fakt odur ki, vaxtından əvvəl infarkt və insultların 80%-nin qarşısını almaq mümkündür. Bu işdə əsas profilaktika tədbirləri – düzgün qidalanma, müntəzəm fiziki aktivlik və tütün məhsullarından çəkinmək önəmlidir.
Düzgün qidalanma rasionuna əməl etməklə, yəni duz, şəkər və yağlardan məhdud şəkildə istifadə etməklə, çoxlu meyvə-tərəvəz qəbul etmək, yağsız ət, balıq və paxlalılarla qidalanmaq ürək-damar sisteminin sağlam qalması üçün çox əhəmiyyətlidir.
Müntəzəm fiziki aktivliklə hər gün ən azı yarım saat, həftədə isə bir neçə gün ərzində bir saat məşğul olmaqla sağlam çəkini qorumaq və ürək-damar sistemini sağlam vəziyyətdə saxlamaq mümkündür.
Tütünün istifadəsindən çəkinmək. Tütünün hər bir növü: siqaret, siqar, qəlyan və s. sağlamlıq üçün zərərlidir. Passiv tütünçəkmə də həmçinin təhlükəlidir. Tütün məhsullarının istifadəsindən çəkindikdən dərhal sonra infarkt və insultun inkişaf riski azalmağa başlayır, 1 ildən sonra isə bu risk 50%-ə qədər enir.
Ürək-damar xəstəliklərinin inkişaf riskini yoxlamaq və nəzarətdə saxlamaq məqsədilə vacibdir:
Kimdəsə insultun olmasına şübhəniz yaransa, dərhal təcili yardım çağırın. Trombu əritmək üçün görüləcək tədbirlərə cəmi 3,5 saat vaxtınız vardır (yaranmış tromb baş beyin arteriyalarına qanın getməsinin qarşısını kəsir və bununla da beynin hər hansı bir şöbəsinin ölümünə səbəb olur).
İnsult keçirmiş xəstənin qəbul etdiyi çox sayda dərman preparatları reabilitasiya, müalicəvi bədən tərbiyəsi və loqoped məşğələləri ilə müqayisədə o qədər də yararlı hesab edilmir. İnsult keçirən xəstə ilə sonrakı iş prosesində həkimin əsas səyləri təkrar insultun profilaktikası istiqamətinə yönəldilməlidir:
Yüksək təzyiq damarların divarını zədələməklə damarların daxili qatının (endotelin) funksiyasının pozulmasını yaradır. Zədələnmiş endotelə xolesterin toplanır və bu da damarları daraldır. Bu proses “ateroskleroz” adlanır. Damarda toplanmış xolesterindən ibarət “düyün” artdıqca qan dövranı pozulur və nəticədə stenokardiya yaranır.
Ən xoşagəlməz hal o zaman meydana çıxır ki, məsələn, hipertonik kriz fonunda koronar arteriyadakı “aterosklerotik düyün” partlayır və bu yerə trombositlər “istiqamət almağa” başlayır. Tromb yaranır, buraya qan axını tamamilə dayanır və bu da nəticədə ürək əzələsinin məhvinə gətirib çıxarır.
Miokard infarktı ən çox hallarda kürək arxasında həddən artıq güclü ağrılarla (çiyinlərə, boyuna və çənənin alt hissəsinə yayılan) müşayiət olunur.
Proqnoz pasiyentin xəstəxanaya nə dərəcədə tez çatdırılmasından asılıdır.
Miokard infarktı keçirmiş pasiyent xəstəxanadan evə yazıldıqdan sonra növbəti qaydalara əməl etməlidir:
Miokard infarktı keçirmiş pasiyent düzgün müalicə alırsa və həkimin məsləhətlərinə müntəzəm riayət edirsə, ona:
Bir sözlə, xəstələrin əksəriyyəti üçün miokard infarktı “hökm” deyil, ürək və damarların diqqətli yanaşma tələb etdiyini düşündürən ciddi siqnaldır.
İlk dəqiqələrdə yardım göstərilməzsə, 10 haldan 9-da insan kəskin infarktdan vəfat edir. Bəzən olur ki, ürək tutmaları bağda və ya istirahət yerlərində baş verir. Ürəkdə ağrılar başlayıbsa, lakin yaxınlıqda heç kim və hətta dərman da yoxdursa, bu halda nə etməli?
Ürək tutmasını necə müəyyən etmək olar?
Ürək adi qaydada olduğundan fərqli şəkildə birdən-birə döyünməyə başlayır: ya həddən artıq gurultulu və qeyri-müntəzəm (“gah vurur, gah vurmur”), ya da həddən artıq tez-tez (taxikardiya). Döş qəfəsində ağırlıq hissi, bədənin sol tərəfində ağrı (kürəkaltı, döş qəfəsi arxasında olub çənənin sol tərəfinə yayılan) ola bilər. Nəfəsalma, xüsusən də tam nəfəsvermə çətinləşir.
1. Təlaşa düşməyin, tez hərəkət edin. Huşunuzu itirə biləcəyiniz vaxta qədər sizin tam 20-30 saniyə zamanınız vardır.
2. Öskürməyə başlayın – çoxlu sayda və çox böyük qüvvə ilə. Hər dəfə öskürməzdən əvvəl dərindən nəfəs alın. Öskürək dərin və davamlı olmalıdır, sanki döş qəfəsinin dərinliyindən bəlğəmi çıxarmağa çalışırsınız kimi.
3. Bir daha: dərin nəfəsalma, nəfəsvermədə öskürək. Bu, ürəyi oksigenlə doydurmağa və ürək ritmini bərpa etməyə kömək edir. Öskürək dərindən nəfəsalma və nəfəsvermədə hər 2 saniyədən bir dayanmadan fasiləsiz edilməli və tibbi yardımın gəlişinə qədər təkrar olunmalıdır.
Dərin nəfəsalma oksigenin ağciyərlərə keçməsinə imkan yaradır, öskürək hərəkətləri isəürəyi “sıxır” və qanı dövretməyə məcbur edir. Ürəkdəki bu təzyiq həmçinin onun normal ritmə düşməsinə də kömək edir.
Ürək tutması zamanı ən çox rast gəlinən əlamət döş qəfəsi arxası nahiyədə olan ağrının əl və çənəyə yayılmasıdır. Bəzən boğulma hissi də meydana çıxa bilər. Bu vəziyyətdə nə etməli? O dəqiqə nitroqliserin, hökmən də aspirin (çeynəmək!) verilməlidir və dərhal “Təcili yardım” çağırılmalıdır.
Beş dəqiqədən sonra ağrı sindromu keçmirsə, təkrar olaraq, nitroqliserin və aspirin tableti verilməlidir. Yalnız iki halda aspirin əks-göstərişdir: aspirinə qarşı allergiya (aspirin astması) olduqda və ya güclü qanaxma olduqda (məsələn, xoralarda).
Bir cavab yazın