Bagla

Həkimdən soruş

Hekimden sorus







İri miqyaslı tibbi məlumatların imkanları

Son iki-üç ildə süni intellektin diaqnostika dəqiqliyində həkimdən üstün olması presedentlərini təsvir edən bir neçə tədqiqat nəticələri çap olunmuşdur. Xüsusən də, diaqnozun dəqiqləşdirilməsi üçün tibbi təsvirlərin dəqiq təhlili tələb olunduğu hallarda.
Böyük məlumatlar aləmi yağışdan sonra göbələk kimi artan müxtəlif İT-məhsulların yaranması üçün münbit şəraitdir. Bununla belə, bir çox tibbi məlumat resursları qorunulmur. Tibbi məlumatlar “biznes akulalarına” milyardlar vəd edir. Odur ki, istəsək də, istəməsək də, tibbi məlumatlar insanların həm xeyrinə, həm də pisliyinə istifadə ediləcək. Faydası odur ki, konkret pasientin ömrünü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran İT-qərarlar qəbul etmək mümkündür, pisliyi də zərər yetirən, yaxud pasientin həyatına heç bir müsbət təsir göstərməyən qərarların qəbul edilməsi ehtimalıdır (tutaq ki, yüksək infarkt riski ilə bağlı pasientin sığorta haqqını artırmaq məqsədi ilə xəstəliyi haqqında məlumatların satılması).

 

Süni intellektin tibbi məlumatların təhlilində istifadəsinə gəldikdə, dəqiq diaqnostika üçün pasientə dair tam məlumat axını vacibdir (onun alışları, diaqnozları, hər hansı vəziyyətlərin yaranma riski və s.). Bu məlumat cərəyanının təhlili yeni – fərdiləşdirilmiş və preventiv təbabətin yaranmasına aparır. Belə ki, böyük məlumat toplusunun təhlili nəticələrinə görə konkret insanda ruhi xəstəlik ehtimalını, suisidal meylli depressiv vəziyyətlərin yaranma təhlükəsini qabaqcadan müəyyən etmək mümkündür.

 

Preventiv təbabət artıq dərəcədə qənaətlidir, çünki səyləri nişanəvi, nöqtəvidir. Belə ki, dərman preparatı pasientlərin 96%-nə kömək etməyə bilər, amma konkret pasientə məhz tövsiyə olunmalıdır, digərinə isə, əksinə, onu təyin etmək olmaz, çünki allergik reaksiya ehtimalı böyükdür.

 

Daha bir misal: ucdantutma hamının ildə bir dəfə yox, hər pasientin onun risklərindən asılı olaraq tərtib edilmiş fərdi cədvəl üzrə müayinə edilməsi.
Həkimin gündəlik işində rutin proseduraların çoxu məlumatların qabaqcadan toplanması və ilkin təhili hesabına avtomatlaşdırıla bilər. Qərar qəbul etməzdən əvvəl həkim giriş məlumatı “həzm” etməlidir, amma bəzən məlumat o qədər çoxdur ki, pasient bəzi həlledici məqamları unudur. Tutaq ki, onkoloji prosesin sümüklərə uzaq təsirini differensiasiya etmək üçün keçirilmiş travmalar haqqındakı məlumat vacibdir, pasient isə əmin edir ki, heç bir travma keçirməyib. Amma təkrar soruşsan ki, “sınıq nə vaxt olub”, söyləyəcək ki, “sınıq deyildi ki, travma idi”.

 

Süni intellektin diaqnostikada istifadəsi imkanları genişdir – “ağıllı cədvəllərin” tərtibatından məlumatların birləşdirilməsi ilə müalicənin hər mərhələsində keyfiyyəti artırmaq məqsədi ilə qabaqlayıcı modelin qurulmasına qədər.

 

Süni intellektə nə dərəcədə etibar etmək olar? Əvvəla, insan süni intellektin iş prinsipini anlamayacağını qəbul etməlidir: biz, həqiqətən, onun bu və ya digər nəticəyə necə gəldiyini anlamırıq. Amma mobil telefonun, elektron poçtun ya kalkulyatorun necə işlədiyini anlayırıqmı? Bu, onlara etibarımızı dəyişirmi? İkincisi, süni intellekt alqoritmləri məqsəd deyil, həkimin imkanlarını artıran alətdir.


 76    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *