Bagla

Həkimdən soruş

Hekimden sorus







Kəskin boğaz ağrısı: savadla müalicə olunaq

Boğaz ağrısı ən geniş yayılmış problemlərdən biridir. Misal üçün, Böyük Britaniyada həkimə müraciət edən hər üç pasiyentdən biri məhz boğaz ağrısından şikayətlənir. Kəskin boğaz ağrısının əsas səbəbi virus və ya bakterial infeksiyadır. İnfeksiya çox vaxt ümumi əlamətlərlə müşayiət olunur: yüksək hərarət, zökəm, halsızlıq, iştahasızlıq və s. Amma bəzən boğaz ağrısı xəstəliyin yeganə əlaməti olur. Boğaz ağrısının müalicəsinə dair saysız-hesabsız məsləhətlər var, onların bir qismi, sözsüz ki, faydalıdır, amma bəziləri əhəmiyyətsiz, hətta ziyanlıdır.

 

Boğaz ağrısı yalnız antibiotiklərlə müalicə edilir!
Doğrudur, həkim gənzikdə bakterial infeksiyası aşkar edibsə, müalicə antibiotiklərlə aparılır. Amma boğaz infeksiyalarının 70%-dən çoxu virus mənşəlidir. Bu halda antibiotiklər faydasızdır. Əsassız antibiotik istifadəsi bu preparatlara qarşı həssaslığını itirən bakteriyaların sayını artırır.

 

Boğaz ağrısını qarqara ilə müalicə etmək mümkündür.
Sözsüz ki, qarqara xeyirli proseduradır. İsti ot cövhərlərindən, xüsusi qarqara məhlullarından, hazır duzlu məhlullardan istifadə etmək olar. Amma qarqara yalnız tez-tez istifadə olunarkən (demək olar ki, hər saat!) və infeksiya çox dərinə nüfuz etmədikdə təsir edir. Udlağın arxa divarının və badamcıqların iltihabı qarqaradan azalmır.
Sovurma həblərinə gəldikdə, onların tərkibindəki aktiv təsir maddələri tüpürcəklə boğazın ən çətin sahələrinə çatır. Bu halda maksimal dərəcədə təsirli, həm infeksiyanı məhv edən, həm də boğaz ağrısını azaldan preparatı seçmək lazımdır.

 

Boğaz ağrısını müalicə etmək üçün isti və qaynar içki içmək lazımdır.
Hər bir yoluxucu xəstəlikdə olduğu kimi, kəskin boğaz ağrısında da çoxlu maye içmək vacibdir. Amma çox isti içkilər onsuz da iltihablaşmış selikli qişanı yandırır, ağrı törədir. Odur ki, boğaz ağrıyanda yemək də, içki də qaynar yox, ilıq olmalıdır!
Müxtəlif müalicə üsullarından istifadə edin: çoxlu ilıq içki, bəzən soyuq yeməklər və sovurma həbləri.

Boğaz ağrımasın deyə, badamcıqları kəsmək lazımdır.
Qəribə də olsa, uzun zaman bu mövqe rəsmi tibb tərəfindən də dəstəklənirdi. Əslində, badamcıqlar immun sisteminin vacib hissəsidir və boğazı infeksiyalardan qoruyur və yalnız o zaman ləğv edilə bilər ki, streptokok tonzillitin kəskinləşmə tezliyi çox yüksəkdir. Onların kəsilməsi yoluxma hallarının sayını azaltsa da, onlardan tam və həmişəlik azad etməyəcək.

 

Boğaz ağrısından azad olmaq üçün araq kompreslərindən istifadə edin
Bu, hələ antibiotiklərin, spreylərin, sovurma həblərin olmadığı zamanların məsləhətidir. Araq kompresləri iltihablaşmış sahələri isidir, amma bu həmişə fayda vermir. Bəzən istinin təsirindən iltihab prosesi yayılır və ağırlaşır.
Kəskin boğaz ağrısı pasientlərin həkim və ya farmasevtə müraciət etdikləri ən çox şikayətlərdən biridir. Amma boğazı ağrıyan insanların əksəriyyəti tibbi yardım almaq üçün müraciət etmirlər.
Yuxarı tənəffüs orqanlarının xəstəlikləri ən çox yayılmış kəskin infeksion xəstəliklərə aiddir.
Yuxarı tənəffüs yollarının infekisyası boğaz (faringit), qırtlaq (laringit) və qırtlaq qapağının (epiqlotit) iltihabına gətirə bilər.
Kəskin boğaz ağrısı adətən özünü məhdudlaşdıran faringit, tonzillit və laringit kimi təsvir olunur. Böyüklər: ildə 2–5 dəfə, məktəblilər: ildə 7–10 dəfə boğaz ağrısından şikayət edirlər.
Müasir dövrdə boğaz ağrısının müalicəsi üzrə preparatlar ağrı simptomlarının yüngülləşdirilməsinə və onların səbəblərinin aradan qaldırılmasına yönəldilmişdir:
– infeksiyanın yayılma ehtimalının azaldılması üçün antiseptik/dezinfektant ;
– Ağrının və müşayiət edən iltihabın yüngülləşdirilməsi üçün yerli anestetik və ya ağrıkəsici və iltihabəleyhinə vasitə;
– Boğaz ağrısının kompleks müalicəsi üçün yuxarıda qeyd edilən vasitələrin müxtəlif variantları da təklif edilir.

 

Sloveniyanın KRKA şirkəti boğaz ağrısının müalicəsi üçün 38 illik təcrübəsi olan, üçqat gücə malik Septolete total preparatını tövsiyə edir.
Septolete total preparatının tərkibində olan benzi­damin iltihabəleyhinə təsir göstərir və bunun sayəsində ağrı, qızartı, şişkinlik, funksiyanın pozulması kimi yerli əlamətləri azaldır, setilpiridin xlorid geniş spektrli antimikrob təsirə malikdir: antibakterial, antivirus, göbələk əleyhinə təsir göstərir.
Septolete total preparatı təhlükəsizdir və yüksək keyfiyyətli, innovativ Avropa texnologiyasına əsaslanır. Dünyanın 70-dən çox ölkəsində həkimlər KRKA şirkətinin preparatlarına etibar edir.


 168689    PAYLAŞ |

üçün 10 cavab

  1. Eldar dedi ki:

    Salam Udlaqdan yemək keçməssə nə etmək lazımdı

  2. Eldar dedi ki:

    Salam həkim . bu udlağdan yemək keçmir, onun müalicəsi nə olar həkim. Dərmanı var?

  3. Şəlalə dedi ki:

    Salam menim 4ayliq qızım var boğazı ağrıyır öskürür ona ne edə bilərəm

  4. Aynur dedi ki:

    Salam həkim boğazım həddən artıq narahat olandı, xroniki tanzillit, xroniki faringit var. İndi qrip olmuşam boğazda qıcıqlanma öskürək verir.

  5. Cosqun dedi ki:

    Salam.qardasimin bogazi agriyir.sisib.halsizdi.hec ne yemir.angilor sprey vurur,strepsils sorma heblerinnen istifade edir.3 gundu.xeyri yoxdu.azalmir.tempraturu da var idi.indi dusub 37 -ye.halsizliq,bogaz agrisi elden salib onu.ne meslehet gorursuz?

  6. Cosqun dedi ki:

    Salam.qardasimin bogazi agriyir.sisib.halsizdi.hec ne yemir.angilor sprey vurur,strepsils sorma heblerinnen istifade edir.3 gundu.xeyri yoxdu.azalmir.tempraturu da var idi.indi dusub 37 -ye.halsizliq,bogaz agrisi elden salib onu.ne meslehet gorursuz?

  7. Firdovsi dedi ki:

    Boğazım ağrıyır udguna bilmirəm az qalsın nəfəsim kəsilir bunu necə əldə edə bilərəm təcili və qiymeti

  8. Lalə dedi ki:

    Boğazım bir tərəfdən şişib. Udqunma problemi yaradır. Hansısa dərmanı məsləhət görə bilərsiniz? Öncədən təşəkkür edirəm.

  9. Nübar dedi ki:

    Boğazim şisib qizdrmamda düşmür hansı sprey məsləhətlidir?

  10. Aylin dedi ki:

    salam Doktor mənim qızımda şiddətli boğaz ağrısı var birde udquna bilmir ne məsləhət görərsiz??

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *