Bagla

Həkimdən soruş

Hekimden sorus







Kəskin qarın ağrısı

Qarın ağrısı həm təxirəsalınmaz yardım müəssisələrinə, həm də ilkin səhiyyə müəssisələrinə müraciət edən pasiyentlər arasında ən çox yayılmış şikayətlərdən biridir. Bu anlayış çoxsaylı hissiyyatları əhatə edir. Ağrı xarakteri və yerinə görə fərqlənir və təcili yardım tələb edən halların aşkar olunmasını tələb edən son dərəcə vacib əlamətdir.
Beləliklə, ortaya sual çıxır: qarın niyə ağrıyır? Əksər hallarda bu sualın cavabı diaqnozun özüdür. Lakin diaqnostik konsepsiyanın qurulması üçün əlavə sual verilir: ağrı harada yerləşir?

 

Ağrının müəyyən patogenez mexanizmləri var:
1. Spastik ağrı. Spazm – köndələnzolaqlı və ya saya əzələlərin (o cümlədən arteriya əzələləri) qeyri-iradi yığılmasıdır. Bu mexanizm daha çox yayılıb, amma yeganə deyil.
2. Boş orqanların dartılması. Ağrı neyrogen mexanizmlə yaranır: sayaəzələli orqanın divarında yerləşən ağrı və mexaniki reseptorlar dartılmanı qəbul edir. Kapsulun dartılması orqanın qişasında yerləşən reseptorların qıcıqlanması ilə bağlıdır.
3. Həqiqi ağrı – boş orqan divarının destruksiyası və ya parenximatoz orqanların dərin destruksiyası (qaraciyər, mədəaltı vəzi).

 

Mədə-bağırsaq traktında ağrı reseptorlarının lokalizasiyası
– Boş orqan divarlarının əzələ qatı
– Mezenterium
– Pariyetal periton
– Parenximatoz orqanların kapsulu

Qarın nahiyələri: yuxarı qarın – epiqastral nahiyə; orta qarın – mezoqastral nahiyə; aşağı qarın – hipoqastral nahiyə.

Bilməliyik ki, epiqastral nahiyədə eyni liflərlə və eyni qanqliyalar vasitəsi ilə onurğa beyninə qida borusu, mədə, abdominal damarlar, qaraciyər, mədəaltı vəzidən impuls ötürülür. Bu nahiyə qanla qarın gövdəsi və yuxarı mezenterial arteriya vasitəsi ilə təchiz olunur.

Bu nahiyənin anatomik xüsusiyyətləri diaqnos­tik çətinlik yaradır, çünki sadalanmış bütün orqan­lardan alınan patoloji siqnallar kumulyasiya olunur və kəsişir.

Spastik bağırsaq ağrısı – qıcolma, ağrı qarının hər “mərtəbəsində” yarana bilər. Ağrı qəfil yaranır, tutma xarakterlidir, güclüdür, periodikdir, hərəkətdən və spazmolitiklərdən yüngülləşir, uzağa irradiasiya etmir və ya axarlar boyu irradiasiya edir.

Nazik bağırsaq ağrısı göbək ətrafında lokaliza­siya olunur, artdıqca kürəyin ortasına irradia­si­ya olunur.

Qalça bağırsaq: ağrı göbəyin yanında və ya orta xətdən sağda, qalça nahiyəsində yerləşir.
Yoğun bağırsaq: ağrı aşağı qarın nahiyəsində yerləşir

Düz bağırsaq, prostat vəzi, uşaqlıq, artımları: qasıq, oma, aralıq nahiyəsində diskomfort, ağrı
Öd axarları və sidik axarları: ağrı onların proyeksiyasında

Epiqastral ağrının səbəbləri:
– funksional dispepsiya
– xroniki qastrit, duodenit, peptik xora xəstəliyi
– QERX, reflüks-qastrit
– mədə xərçəngi və polipləri
– xroniki pankreatit
– istənilən etiologiyalı hepatomeqaliya
– MBT, xolesistit, xolangit

 

Abdominal ağrının tədqiqat alqoritmi
1. Ağrının başlanması
– qəfil
– tədricən
– ləng
– gecikmiş

 

2. İntensivliyi
– güclü, orta ağır, yüngül

 

3. Dinamika
– ağrının səngiməsi
-ağrının artması
-ağrı xarakterinin dəyişməsi

 

4. Ağrının xarakteri
– daimi, tutmaşəkilli

 

5. Dərinliyi (subyektiv)
-dərin
-səthi

 

6. Ağrının asılılığı:
-hərəkətdən
-fizioloji aktlardan

 

7. Lokalizasiyası
– konkret qarın nahiyəsində
– diffuz
– qarından kənar

 

8. Davamlılığı:
– stabil lokalizasiya
– ağrının miqrasiyası

 

9. İrradiasiyası
– seqmentar tipli
– “əks olunmuş ağrı”
– əvvəl zədələnmiş orqanlara

 

10. Farm. anamnez

 

Əvvəlki ağrısızlaşdırma haqqında məlumat

+ yanaşı simptomların təhlili + xəstənin fizikal müayinəsi + antropometrik göstəricilər + komorbid status + differensial diaqnoz

 

Kəskin qarın ağrısının farmakoterapiyası onun inkişaf etmə mexanizmindən asılıdır: sancılı pasiyentlərin hospitalaqədərki mərhələdə terapiyası spazmolitiklərdən başlanır, narkotik analgetiklərin istifadəsi qadağandır.

 

Pasiyentin yaşı nəzərə alınmaqla diaqnostik axtarış:
– cavan pasiyentlər: hiperasid qastrit, peptik xora, böyrək sancısı, kəskin xolesistit, kəskin salpinqoooforit, uşaqlıqdankənar hamiləlik, kəskin prostatit, kəskin hepatit, kəskin pankreatit, kəskin böyrək çatışmazlığı, appendisit, qeyri-spesifik xoralı kolit, qıcıqlanmış bağırsaq sindromu.
– yaşlı pasiyentlər: hiperqlikemiya/ qastropa­rez, kəskin pankreatit, kəskin xolesistit, mezenterial işemiya, aortanın laylanması, xroniki böyrək çatışmazlığı, kəskin miokard infarktı, kəskin divertikulit, bağırsaq keçməzliyi, Kron xəstəliyi.


 1838    PAYLAŞ |

“Kəskin qarın ağrısı” üçün bir cavab

  1. Kənan dedi ki:

    Çox sağ olun

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *