Bagla

Həkimdən soruş

Hekimden sorus







Kim bizə kömək etməlidir?

“Ümumiyyətlə, bu müharibə zamanı çoxlu sərgüzəştlər yaşadım. Bir dəfə türklərdən qaçaraq bir bataqlıqdan atla tullanmağa çalışdım. Ancaq at sahilə tullanmadı və qaçışla palçıqlı bataqlıq içərisinə girdik. Qaçış yox idi. Bataqlıq bizi dəhşətli bir sürətlə daha da dərinə çəkdi. İndi atımın bütün bədəni üfunətli palçıq içində itdi, indi başım bataqlığa batmağa başladı və oradan yalnız parikimin quyruğu çıxdı. Nə edilməli idi? Əllərimin heyrətamiz gücü olmasaydı, əlbəttə həlak olardıq. Mən dəhşətli güclü adamam. Özümü bu quyruqdan tutaraq bütün gücümlə ayağa qalxdım və çox çətinlik çəkmədən həm özümü, həm də atımı maşa kimi iki ayağı ilə möhkəm tutduğum bataqlıqdan çıxartdım. Bəli, özümü və atımı havaya qaldırdım və asan olduğunu düşünürsənsə, özün də elə.”

 

Alman yazıçısı Rudolf Erich Raspenin 1785-ci ildə nəşr edilmiş “Baron Münxhauzenin Rusiyada Möhtəşəm Səyahətləri və Mübarizələri” adlı kitabından.

 

Düzdü sözügedən əsər məzəli fantastika janrda yazılsa da, “hər yalanda doğru payı var” düşüncəsi ilə həyatımıza baxdıqda görərik ki, qarşılaşdığı problemlərdə insanları (və ya pandemiya/digər krizis bataqlığındakı şirkətləri) bu problemlərdən qurtaracaq olan və güvənməli olan ən əsas şəxs elə insanın (şirkətin) özüdür.

 

Hətta özünü krizis və problemdən qurtaranlar, eyni zamanda onlardan aslı olan və ya onlara bağlı olan digərlərini də qurtara bilərlər. (baronun özü ilə yanaşı atını da qurtarma timsalı)

 

“Sualtı daş” – ehtiyyat ediləcək məqam nədir: həddən artıq individualizmə/fərdiçiliyə qaçmamaqdır, əks halda “yağışdan çıxııb, yağmura düşmə” təhlükəsi yarana bilər. 

 

Dr. Teymur Mirzəbəyli


 1480    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *