Bagla

Həkimdən soruş

Hekimden sorus







Kitab təqdimatı və rəsm sərgisi keçirilib – FOTO

 

Mayın 20-də Baku Book Center-də müəllif Aynur Kamilqızının “Möcüzə adlı övladım” kitabının təqdimatı və rəssam Fuad Musayevin “Qarabağ Xatunu” adlı rəsm sərgisi keçirilib.

 

Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, media nümayəndələri və kitabsevərlər iştirak ediblər.

 

“Möcüzə adlı övladım” kitabı eşitmə və nitq məhdudiyyətli övladını həyata qazandırmaq üçün bütün çətinliklərə qarşı mübarizə aparan bir ananın təsirli həyat hekayəsindən bəhs edir. Kitabda ana sevgisinin gücü, inamın insan taleyini dəyişən təsiri və övlad uğrunda aparılan fədakar mübarizə geniş şəkildə əks olunub.

 

Çıxışlarda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğının vacibliyi, ailələrin cəmiyyət tərəfindən dəstəklənməsinin əhəmiyyəti, eləcə də kitabın daşıdığı sosial və mənəvi mesajlardan bəhs olunub.

 

Tədbir çərçivəsində musiqi proqramı təqdim edilib, müəllif tərəfindən imzalı kitablar oxuculara hədiyyə olunub.

 

Sonda tədbir iştirakçıları rəssam Fuad Musayevin “Qarabağ Xatunu” adlı rəsm sərgisi ilə tanış olublar. Sərgidə Qarabağın ruhunu, Azərbaycan qadınının mənəvi gücünü və milli dəyərlərimizi əks etdirən əsərlər nümayiş etdirilib.

 

Qeyd olunub ki, “Möcüzə adlı övladım” kitabı sevgi, diqqət və dəstəyin hər bir uşağın həyatında mühüm rol oynadığını və möcüzələr yaratmağa qadir olduğunu bir daha nümayiş etdirir.

 


 53    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *