Bagla

Həkimdən soruş

Hekimden sorus







Klassik musiqinin faydası

Rep, pop, rok … Bütün bunların arasında ən populyar, lakin daim musiqi dünyasında təsirini dəyişən, klassik musiqi əbədi olaraq qalır. Klassik musiqinin insanın psixoloji vəziyyətinə təsirinə baxaq. Fərqli üslubda olan musiqinin insana fərqli cəhətlərdən təsir göstərməsi şübhəsiz bir həqiqətdir. Niyə? Hər hansı bir melodiya, ilk növbədə, səs dalğaları, yəni adi bir fiziki fenomendir. Bəşəriyyət tarixi boyu insanlar səslərlə əhatə olunmuşdur. Əvvəlcə bunlar canlı təbiətin səsləri olaraq ətraf mühit haqqında məlumatları özləri ilə daşımışlar. Anadangəlmə və əldə edilmiş təcrübə əsasında  insan müxtəlif səsləri qavrayır və müvafiq nəticələr yaradır, məsələn, qışqırmaq həyəcan hissini yaradır. Eyni zamanda, küləyin yüngül əsməsi, yağış damcıları – bu səslər sakitləşdirici təsir göstərir.

 

Beləliklə, fərqli səslərin hər bir insana xüsusi təsir etdiyini görürük. Səslər tezliyi beynin ritmləri ilə birbaşa əlaqəyə malikdir – bu alimlər tərəfindən sübut edilmişdir.

 

Eşitmə orqanları vasitəsilə beyin məlumat alır, təhlil edir və ritmləri ilə müqayisə edir. Beynin ritmləri fərdidir, buna görə də hər bir insanın öz musiqi zövqü var. Yaşa dolduqca, beyində proseslər yavaşıyır, insan sürətli musiqini qəbul etməyi dayandırır və getdikcə ölçülmüş sakit melodiyalara üstünlük verir. Musiqi tərəqqisi sürətli addımlar atır. Hər il musiqi daha sürətli və daha aqressiv olur. Eyni elektron musiqi, məsələn, bizə dəqiqədə 160 və daha çox ritm verir. Amma bizim orqanizm belə ritmdə işləməyi daim bacarmır və nəticədə, sinir sistemində nasazlıqlar yaranır,  yuxu pozğunluğu, depressiya, qıcıqlanma yaranır. Çoxları orqanizmi onun üçün adət etmədiyi ritmlərlə “incidirsə”, elə bəxtəvərlər də var ki, musiqinin köməyi ilə daha yaxşı, sağlam, güclü olurlar… Bunlar klassik musiqini çox sevənlərdir.

 

Belə bir elmi istiqamət var – musiqi farmakologiyası. Belə ki, onun yaradıcısı, amerikalı alim Robbert Şofler Çaykovskinin bütün simfoniyalarının, Motsartın uvertürasının, Şubertin “Meşə çarı” nın müalicəvi xüsusiyyətlərə malik olduğunu iddia edir. Şofler tədqiqat apararaq bu əsərlərin xəstənin tezliklə sağalmasına kömək etdiyi qənaətinə gəlmişdir. Bir qrup alim müəyyən edib ki, fleytanın-pikkalonun və klarnetin səsləri qan dövranının yaxşılaşmasına imkan yaradır, yavaş və sakit melodiyaları səsləndirən simli alətlər isə, təzyiqi aşağı salır. Fransız alimləri Ravelin “Dafnis və Xloe” əsərini alkoqol asılılığından əziyyət çəkənlərə və məşhur Gendelin musiqisini şizofreniya xəstələrinin davranışlarını sabitləşdirmək üçün tövsiyə edirlər. Aparıcı pediatrlardan biri olan  Mixail Lazarev hesab edirdi ki, klassik musiqi hələ doğulmamış uşağa – dölün sümük strukturunun formalaşmasına kömək edir.Harmonik musiqi səsləri altında uşaq ahəngdar inkişaf edəcək. Klassik musiqinin musiqi vibrasiyası sümük strukturuna, endokrin sistemə müsbət təsir göstərir, qan dövranını stimullaşdırır, daxili orqanların özünəməxsus masajını həyata keçirir. Gələcək analara Motsartın əsərlərini dinləmək xüsusilə tövsiyə olunur. Ümumiyyətlə, bu dahi bəstəkarın musiqisi haqqında hələ də mübahisələr gedir və tədqiqatlar dayanmır, axı o, yalnız insana deyil, bütün canlı orqanizmlərə təsir sahəsində fenomendir. Beləliklə də, təsdiq olunduki Motsartın musiqiləri zehni əməyin səmərəliliyinin artırılmasına da kömək edir. Belə bir eksperiment aparılmışdır. Eksperimentin iştirakçısı olan tələbələrə Motsartın fortepiano musiqisini dinləməyə imkan verildi və yoxlama nəticəsində aşkar olundu ki, iştirakçıların intellekt əmsalı bir neçə bal yüksəlirdi. Özü də musiqi sevənlərin də, onu sevməyənlərin də.

 

Müəyyən edilmişdir ki, Çaykovskinin, Şopenin, Listin musiqisi həyat çətinliklərini dəf etməyə, ağrını aşmağa, ruhi dözümlülüyü yüksəltməyə kömək edir. Klassik musiqi sirli şəkildə buğda artımını sürətləndirir, laktasiya dövründə analarda və məməlilərdə süd miqdarını artırmağa kömək edir, bitkilər daha tez çiçəklənir və yarpaqlarını düzəldir. Eyni zamanda rok musiqisinin təsiri altında bitkilər daha tez solur, inəklər ümumiyyətlə yatır və yeməkdən imtina edir, süd miqdarı əhəmiyyətli dərəcədə azalır.

 

Beləliklə, hər gün biz hər yerdə – radioqəbuledicilərdən, mağazalardan, kinoteatrlardan, kafelərdən gələn müxtəlif musiqilərə qulaq asırıq… Harada olmağımızdan asılı olmayaraq, musiqi hər yerdə bizimlədi. Biz onu dinləyirik və heç düşünmürük ki, o, bizə nə qədər təsir göstərir. Əlbəttə ki, bizim vəziyyətimiz və davranışımız radio vasitəsilə səslənən bir neçə mahnıdan dəyişməyəcək, lakin musiqinin həyat olduğu və eşitdiyimiz səslərin əksəriyyəti – eyni musiqi, qulaqlıq günlərlə çıxarılmır… Belə insanlar sadəcə öz həyat məkanını xaotik vibrasiyalarla və yad ritmlərlə darmadağın edirlər. Nəyin naminə? Ətrafa nəzər salın … Dünya gözəldir. Onda yarpaqların xışıltısı, quşların nəğməsi, damı döyən yağış damcıları, dəniz dalğalarının səs-küyü var… Bu səslər heç bir super-moda və məşhur kompozisiya ilə müqayisə edilə bilməz. Nə dinlədiyinizi və bədəninizin düşməninə çevrilməyinizi düşünün!

 


 88    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *