Bagla

Həkimdən soruş

Hekimden sorus







Kompüter tomoqrafiyanın yaranma tarixi

Kompüter tomoqrafiyası, yaxud KT – daxili orqanların rentgen şüaları ilə işıqlandırılması vasitəsi ilə təsvirini alan tədqiqat üsuludur. Bu tədqiqat müxtəlif xəstəliklərin aşkar edilməsi (aortanın anevrizmasından mədəaltı vəzin iltihabına qədər), xərçəngin mərhələsini təyin etmək və ya proseduraların aparılmasına nəzarət məqsədi ilə aparılır (misal üçün, biopsiya vaxtı iynənin vəziyyətini bilmək üçün).

 

KT aparılarkən pasiyent iri halqa formalı KT-skanerdə xüsusi masanın üzərində uzanır. Fırlanan skaner bədənin müayinə olunan hissəsindən müxtəlif bucaqlar altında nazik rentgen şüası buraxır; alınan nəticələr təhlil olunur, riyazi və vizual rekonstruksiyanın köməyi ilə obyektin rəqəmsal təsviri alınır. Təsvir daha aydın olsun deyə, çox vaxt kontrast yod maddələri istifadə olunur, yəni venadaxili və ya birbaşa müayinə olunan nahiyəyə vurulur.

 

Adi rentgenoqrafiya, əsasən, sümük və oynaqlarda çatların və ya sınıqların diaqnostikası üçün aparılır, birdəfəlik xətti skanlaşdırma üsuludur, yəni şüa dəstəsi müayinə sahəsindən bir dəfə keçir. KT isə, əksinə, daha çox yumşaq toxumaların müayinəsi üçün aparılır və lazımi orqanı müxtəlif müstəvilərdə, müxtəlif bucaqlarda skanlaşdırır. Bu, toxumaları ayırmağa, strukturları minimal sıxlıq fərqi ilə seçməyə (0.1% qədər) imkan verir.

 

Yaranma tarixi
KT-ın tarixi 1895-ci ildən, alman fiziki Vilgelmin indi rentgen şüalanması kimi tanıdığımız yeni şüa növünü kəşf etdiyindən sonra başlayır. 1917-ci ildə avstriyalı riyaziyyatçı İohann Radon bir çox dəyişən ədəd funksiyaların inteqral çevrilməsini çıxardı. 1937-ci ildə polşalı riyaziyyatçı Stefan Kaçmaj onu inkişaf etdirir və xətti cəbri tənliklərin böyük sisteminin təxmini həlli üsulunu işləyib hazırlayır. Bu metodikanın əsasında ilk kommersiya KT-skaneri hazırlanır.

 

Lakin nə 10-cu, nə 30-cu illərdə hələ kompüter tomoqrafiyanın yaradılması üçün şərait mövcud deyildi. 1959-cu ildə amerikalı nevroloq Uilyam Oldendorf belə bir fikir irəli sürür ki, insanın başını rentgen süalarının vasitəsi ilə skanlaşdırıb sonra qatların rentgenkontrastlığını rekonstruksi­ya etmək mümkündür. Bu fikir ona xarab olmuş meyvələri ayıran aparatın işini gördükdən sonra gəlir – aparat don vurmuş hissələri təyin edirdi. O, hətta KT-skanerin prototipini qurur və “daxili obyektlərin sıx material altında gizlənmiş seçilmiş zonalarını öyrənən şüalı aparatın” patentini alır.

 


Lakin ilk kommersiya aparatını quranlar 1971-ci ildə amerikalı fizik Allan Kormak və britaniyalı mühəndis Qodfri Haunsfild oldu. Deyilənlərə görə, tomoqrafın maliyyə xərclərini “Bitlz” qrupu ödəyib. Haunsfild o zaman çalışdığı iri səsyazma şirkəti EMİ hələ az tanınan “bitllar”la müqavilə bağlayır. Musiqili vallar nəhəng tirajlarla satılmağa başlayır və EMİ gözləmədiyi yüksək gəlirin bir qismini skanerin başa çatdırılmasına ayırır.

 

İlk KT-skaner Londondakı Atkinson Morli xəstəxanasında quraşdırılır. İlk tədqiqat – beyinin kompüter tomoqrafiyası – 1 oktyabr 1971-ci ildə aparılıb.
1975-ci ildə Haunsfild və Oldendorf tomoqrafın ixtirasına görə Lasker mükafatına, 1979-cu ildə isə Haunsfild və Kormak tibb üzrə Nobel mükafatına layiq görülürlər.
1970-ci illərdən bu yana kompüter tomoqrafiyası texnologiyası əhəmiyyətli dərəcədə irəliləmişdir. Skanlaşdırma sürətlənib, tədqiq olunan qatların sayı artıb, təsvirin keyfiyyəti yaxşılaşıb. İki şüalanma mənbəyi, rentgenkontrast gücləndirməsi olan KT yaradılıb.

 


2008-ci ildə Siemens şirkəti yeni nəsil skanerləri təqdim edir, təsvirlər bir saniyədən az müddətdə alınır, bu döyünən ürəyin və koronar arteriyaların dəqiq şəklini almaq üçün yetərlidir.


 2058    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *