

Hər birimiz şirniyyatı çox sevirik. Odur ki, şirin və ya şirniyyatla zəngin çaydan imtina etməyi söyləmək çox çətindir. Fərz edək ki, “Dünyanın şokolad paytaxtı” hesab edilən, yaxud şirin və dadlı yeməkləri çox olan hər hansı bir şəhərdə dostumuz yaşayır. Və hesab edək ki, o şirniyyatı çox sevir, şirniyyat qəbul etməyin əleyhinə deyil. Lakin o, dindar bir insandır və oruc naminə şirniyyatdan imtina edir. Buna uyğun olaraq, hər bir insan da əgər 40 gün ərzində müxtəlif növ şirniyyatlardan çəkinməyə qərar verərsə, onu nə gözləyər?
Şəkər: təbii mükafat
Nevrologiyada bu ərzaq “təbii mükafat” adlanır. Bir növ olaraq, qidalanma, cinsi münasibət və uşaqların tərbiyəsi kimi yaşamaq üçün lazım olan bir çox xüsusiyyətlər insan beyninə xoş təsir bağışlamalıdır, odur ki, bu davranışlar həyat boyu intensiv şəkildə güclənir və təkrarlanır.
Təkamül prosesi bizim üçün bu təbii mükafatları bir – birindən ayırd edən və onları şifrələyən bir sistem-mezolimbik yolun formalaşmasına gətirib çıxarmışdır. Yaxşı bir hərəkət icra etdiyimiz və ya xoşa gələn bir iş yerinə yetirdiyimiz zaman orta beyin qapağının ventral hissəsində yerləşən neyronlar dəstəsi neyrotransmitter dopamindən istifadə edərək, beyinə (nucleus accumbens adlanan nüvənin yerləşdiyi sahəyə) siqnal göndərir.
Şəkərdən asılılıq
«İlk bir neçə gün çox çətin olur. Bu narkotiklərdən detoksikasiya hissinə bənzəyir. Ancaq şəkər çatışmazlığını kompensasiya etmək üçün bir çox karbohidratlardan istifadə etmək lazımdır» – şəkərdən imtina etməsini qərarlaşdıran dostunuz Sizə bunu söyləyəcəkdir.
Orqanizmdə orta beyin və beyin qabığının hərəki mərkəzi arasındakı əlaqə hesabına insan daim hərəkətlərinə nəzarət edir. Belə ki, insan süfrədə bir dadlı şokoladlı tort görərkən və ya yeyərkən başqa birini də götürməyi qərara aldığı zaman mərkəzönü qırışıqdan gələn siqnallar bədəndəki hormonları fəallaşdırır və növbəti tort qəbulundan diqqəti yayındırır. Əgər süfrədə tort və piroq da olarsa, “Piroq da dadlıdır. Gərək bundan da yeyək”- deyə düşünməyi nəzərdə tutan hər hansı şəxs orta beyinlə beyin qabığı arasındakı qarşılıqlı əlaqə hesabına növbəti tort və ya şəkər qəbulundan çəkinir, beləliklə daha birini götürüb yeməkdən imtina edir.
Əbəttə ki, bütün məhsullar hər biri təbiətin bir mükafatı olub, insanlar üçün eyni dərəcədə faydalıdır. Bəzilərimiz turş, bəzilərimiz şirin və acı qidalara üstünlük veririk. Çünki təkamül prosesi nəticəsində mezolimbik sistem şirin qidaların insan orqanizmi üçün karbohidrat mənbəyi olduğuna dair biliklərimizi gücləndirmişdir. Əcdadlarımızdan giləmeyvə turş olduqda onun dadına baxarkən “hələ yaxşı yetişməmişdir” və ya acılıq hiss etdikdə “zəhər kimidir” dediklərini eşitmişik.
Müasir dövrdə müxtəlif pəhrizlər hesabına qida rasionunda dəyişikliklər etməklə orqanizmin enerji balansının tənzimlənməsinə təsir etmək olur. Statistik məlumatlara əsasən, əgər on il əvvəl hər hansı dietoloq Amerikalılar üçün gündə 22 çay qaşığı şəkər qəbulu ilə orta hesabla 350 kalori aldığını qeyd edirdisə, indi göstəricilərin bir qədər artdığını müşahidə edirlər. Bir neçə ay əvvəl mütəxəssislərdən biri Britaniyalıların gündə orta hesabla 34 çay qaşığı şəkər qəbul etdiyini bildirdi. Bu göstəricilərlə maraqlanan hər birimiz bunu özümüz üçün də hesablaya bilərik.
Müasir dövrdə demək olar ki, emal edilən hazır məhsullar arasında tərkibində şəkər olmayan, yaxud şəkərli əlavələr, şəkər təbiətli konservantlar, qoruyucu maddələr qatılmayan və ya şəkərsiz inqredientlər tapmaq mümkün deyildir. Şəkər elə bir qida növüdür ki, ondan birdən-birə vaz keçmək heç də asan deyil.
Müəyyən edilmişdir ki, şəkər-nikotin, kokain və eroin kimi beynə, insan davranışlarına təsir etməklə, bədəndə neyrokimyəvi reaksiyaları gücləndirir. Qeyd etmək lazımdır ki, şəkər də insanlarda psixoaktiv maddələr kimi eyni şəkildə ondan asılılığı təmin edir.
Şəkərdən asılılıq heyvanlar üzərində aparılan müxtəlif eksperimentlərdə müəyyən edilmişdir. Belə bir tipik təcrübə aparılmışdır: siçovulları gün ərzində 12 saat qidalanmadan məhrum etmiş, sonra onlara12 saat şəkər və müntəzəm qidalanma imkanı verilmişdir. Bu cür gündəlik yemlənmədən bir ay sonra sıçovullar narkotik maddələrdən istifadə edənlərə bənzər hərəkətlər nümayiş etdirməyə başlamışlar. Onlar normal yeməkdən daha çox tez-tez şəkərə meyl edərək onunla qidalanmışlar. Hətta ac olanda onlarda narahatlıq və depressiya əlamətləri də müşahidə edilmişdir. Daha sonra şəkər asılılığı olan siçovullara kokain və opiat kimi narkotiklər verilmiş, eyni hərəkətlərin olduğunu müşahidə etmişlər. Eyni şəkildə, müqayisə etdikdə narkotik köçürülmüş, amma əvvəllər şəkər verilməyən bir çox siçovullarda da uyğun davranışlar qeydə alınmışdır.
Şəkərin narkotiklər kimi təsir etməsi eksperimentlərdən məlum olmuşdur. Hesab edirlər ki, şəkərin uzun müddətli müntəzəm istifadəsi genləri, orta beyin və beyin qabığında, alın payında dopamin reseptorlarının mövcudluğunu dəyişir. Xüsusilə, nəzərə çatdırılır ki, şəkər həyəcan reseptorunun D1 tipinin konsentrasiyasını artırır, lakin inhibitor hesab edilən digər D2 reseptor tipini isə azaldır.
Beləliklə, məlum olur ki, şəkərin müntəzəm qəbulu dopamin daşıyıcısının hərəkətinə maneçilik törədir və ya onu inhibə edir.
Qısa şəkildə desək, zamanla şəkərin təkrari qəbulu uzunmüddətli dopamin yaranması siqnalları, beynin şəkər ehtiyacının stimullaşdırılması, orta beyində dopamin reseptorlarının əvvəlki fəallığının təmin edilməsidir. Belə ki, beyin şəkərə qarşı tolerant olur – əvvəlki səviyyəyə çatmaq üçün “şəkər ləzzəti” daha çox tələb olunur. Bir növ beyində “Real şəkildə şəkər qəbul et” çağırışı başlayır.
Həqiqətən bütün təcrübi işlərin gəmiricilərdə aparılmasına baxmayaraq, bu cür primitiv proseslərin insan beynində də baş verdiyini qəbul etmək mümkündür. “Şəkər qəbulundan yayınmaq hissi çətindir, amma bu işə doğru daha çox psixoloji addım atılmalıdır. Lakin ilk həftədən sonra bu prosesi yerinə yetirmək daha asan olur”-deyə şəkərdən imtina edən dostunuz Sizlərə bildirəcəkdir.
2002-ci ildə Prinston Universitetində Karlo Kolantuoni və onun həmkarları şəkər asılılığından azad olma mərhələsinə keçən siçovullar üzərində şəkər ifrazına dair tədqiqatlar aparmışlar. Aparılan tədqiqatlar opioid asılılığı müalicə etmək üçün nalokson adlı dərman preparatından istifadə etmək
və ya aclıq aksiyasına kömək üçün müəyyənləşdirilmişdir.
Tətbiq edilən metodların hər ikisi fiziki problemlərə gətirib çıxarmışdır, belə ki, nəticədə dişlərin tökülməsi, əllərin titrəməsi, baş ağrıları baş vermişdir. Siçovullarda naloksonla müalicə üsulu əvvəllər onlarda daha az müşahidə olunan narahatlıq hissinin daha çox yaranmasına gətirib çıxarmışdır.
Belə ki, şəkərlə yemlənmənin aradan qaldırılması ilə bağlı təcrübələr bir növ depressiyaya, məcburi üzgüçülük hərəkətləri yerinə yetirməyə bənzər müşahidələrə səbəb olmuşdur. Şəkərlə yemlənmənin aradan qaldırılması mərhələsində olan sıçovullar su içərisində sanki fəal deyil, çarəsiz (qaçmağa çalışırdılar), passiv davranış göstərmişlər.
Viktor Mangabeir və onun həmkarları Physiology & Behavior adlı jurnalda dərc edilən yeni bir araşdırmalarında, şəkər qəbulu ləğvinin impulsiv davranışlarla əlaqədar olduğunu göstərirdilər. Qeyd edilir ki, təcrübənin əvvəlində sıçovullara qabdan su göturmək təlimi verilmişdir. Təlimdən sonra siçovullar qəfəslərə yerləşdirilmiş, sonra onlara içərisinə şəkər qatılmış olan və ya sadə su verməklə onu necə qəbul etmələri izlənilmişdir.
30 gündən sonra siçovullara yenidən içərisində su olan qabdan lingi basmaqla istifadə etmək üçün imkan verildikdə şəkərdən asılı olan siçovulların digər nəzarət qrupunda olanlardan daha çox və tez-tez hərəkət etmələri nəzərə çarpmışdır.
Əlbəttə ki, bütün bunlar eksperimentdə aparılmışdır. İnsanlar özünü heç vaxt 12 saat qidadan məhrum edib, sonra günün qalan hissəsini sadəcə şirin su və ya bulka yeməklə keçirməzlər. Amma gəmiricilər üzərində aparılan tədqiqatlar bizə şəkər asılılığının neyrokimyəvi əsasları və bunun məməlilərin davranışına təsiri barədə xeyli məlumatlar verir.
Onilliklər ərzində dietoloq və Dünya Səhiyyə Təşkilatları, şəkərin insan orqanizmi üçün çox da faydalı olmadığını və bununla bağlı iynələrin qəbulu üzərində çalışırlar. Bütün bunlara baxmayaraq, şəkər asılılığı konsepsiyası hələ də tam həllini tapmayan bir mövzu olaraq qalır.
Əgər Sizlərdən biri aparılan tədqiqatların düzgünlüyünə inanmasa, o zaman qırx gün şəkər qəbul etməmək və sonra şirin bir şey yeməklə bunu sınaqdan keçirə, bir sözlə, asılılığı bərpa edə bilər. Bu zaman hiss edəcəyiniz ən şirin və həm də ilk dadın çox şirin olması sizin üçün bu həqiqəti açmış olacaq.
Bir cavab yazın