Bagla

Həkimdən soruş

Hekimden sorus







Monika Belluççinin həyat və gözəllik sirri

Dünyanın ən gözəl qadınlarından biri heç vaxt “zərərli” adlandırılan qidadan imtina etməyib, bununla belə, həmişə formadadır. O, heç gözəlliyinin sirrini heç gizlətmir də: sadəcə, güzgüdəki əksini sevməlisən.

 

Monika Belluççinin adı qadın gözəlliyi təcəssümüdür, onu “italiyalı ilahə” adlandırırlar, onun sonsuz zərifliyi və cazibəsi diqqətləri cədb edir. Monika Belluççi bütün dünyanı heyran edir, 54 yaşı olsa da, o əvvəlki kimi hamını valeh edir.

 

Hələ uşaq yaşlarından valideynləri onun saçlarını daha möhkəm və gur olsun deyə çox qısa kəsdirirdi,  oğlan sayağı geyinirdi və, özünün dediyi kimi 12 yaşına qədər pinti, “məhəllə uşaqlarından” seçilməyən   qızcığaz idi. Lakin, yetkinlik çağına qədəm basdıqdan “iyrənc ördək balası” gözəl  qu quşuna çevrildi. Kişilərin sevgisi ilə yanaşı qızların paxıllığı da oyandı və, özünü bütünlükdə təhsilə həsr edən Monika çox vaxtını təklikdə keçirirdi. Məktəbi bitirən kimi Monika universitetə hüquqşünaslığa  qəbul olunur, özünü təmin etmək üçün ofisiant işləyir. Elə həmin vaxtlarda o, stilist Pyero Mantanuççi ilə tanış olur. Stilist Monikaya öz üslubunu tapmaqda kömək edir və kastinq keçmək üçün model agentliyinə getməyə inandırır. Orada gənc gözəlin böyük potensialı üzə çıxır və Belluççi model müqaviləsini imzalayır. Təhsilə vaxt qalmır və Monika təhsilini bitirməmiş dünyanı fəth etməyə yollanır.

Monikanın gözəllik sirri təkcə genlərində, cazibədar bədən quruluşunda və ehtiras oyadan formalarında deyil, həm də dünyaya olan müdrik baxışlarındadır.

 

Gəlin, bu füsunkar qadının fikirləri ilə tanış olaq:

  • Bir dəfə belə bir fikir məni sarsıtdı: “Gözəl qadınlar təxəyyülü dar oğlanlar üçün yaranıb”. Həyatı cəhənnəmə çevrilən çox gözəl adam tanıyıram. Ona görə ki, gözəllikdən başqa heç nələri yoxdur; ona görə ki, onlar özü-özləri ilə darıxır; ona görə ki, onlar yalnız başqalarının gözündə əks olunaraq yaşayır.
  • Dodaqları boyamaq gözəl, erotik və ehtiraslı jestdir. Bu, qadından qadına ötürülən mərasimdir, mənim anam və nənəm belə edirdi. 80 yaşlı nənəmin evdən çıxmazdan qabaq dodağını boyaması mənim üçün riqqətli xatirədir. Bu, cəsarət idi: o göstərirdi ki, cavan qalmaq və hələ kiminsə xoşuna gəlmək istəyir.
  • Özünü gözəl sayanda gözəlsən. Başqalarının fikri vacib deyil.
  • Gözəllik şairləri ruhlandırır, amma, adi insanların hisslərinə toxunur. Kimsə gözəlliyin qarşısında özünü alçalmış hiss edir. Gözəllik maraq və acıq oyadır, adamları qəzəbləndirir. Gözəl qadın gələndə, kişilərin əksəriyyətində istək, qadındarda kin oyanır.
  • Mən heç vaxt arıqlamayacağam. Təbiətcə tənbələm. Yeməyi sevirəm. Əsl mən beləyəm. Başqalaşmaq niyyətində deyiləm.
  • Bəzən infernal ünsürə rast gəlirsən, ağlını itirirsən. İnsan iblisləri də yaxşılar kimi cəlb edir.
  • Kişilər üçün sevgi həyatın bir hissəsidir, qadınlar üçün sevgi həyatın özüdür.
  • Uşağın gözəl və sevimli gəlinciyi var, amma, onu sındırıb içindikləri bilmək istəyir. Bizlər də özümüzü  belə aparırıq.
  • Mən çox erkən çağlarımdan müstəqil oldum və, heç anlamıram ki, kişidən nəsə istəmək necə olur. Mən özümə güvənirəm, mənimçün bu vacibdir. İtalyanca “məşuqə” mantenuta deməkdir, yəni, “əldə saxlanan qadın”. Mənsə istəmirəm kimsə məni əlində saxlasın.
  • Qadın üçün gözəllik yalnız iki halda problemə çevrilir: gözəllik olmayanda və gözəllikdən başqa heç nə olmayanda.
  • Gözəllik böyük şansdır, onun üçün minnətdar olmaq lazımdır. Amma, o keçir, gözləmək lazımdır. Kimsə ağıllı bir fikir söyləmişdi ki, gözəlliyin təsiri üç dəqiqədir, sonra baxışları üzərində saxlamağı bacarmalısan.
  • Qadın elə sevər ki, sanki heç vaxt getməyəcək. Amma, elə gün gələr ki, gedər, sanki heç sevməyib də.
  • İnsanlar adama ağlını, hətta, istedadını bağışlaya bilər, amma, gözəlliyini – heç vaxt.
  • Gözəllik paltarın altında canlı və maraqlıdır.
  • Mən hələ çox cavan yaşlarımda model oldum. Bu, maraqlı idi, amma, bu günə kimi model qalsaydım, özümə qəsd edərdim.

 70    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *