Bagla

Həkimdən soruş

Hekimden sorus







Morfiy, məhəbbət və rezin əlcəklər. Müasir əməliyyat briqadasının keçmişi

1 mart 1897-ci ildə dünya şöhrətli cərrah Yan Miku­liç-Radetski ilk dəfə əlcək və maska ilə əməliyyat keçirmişdir.

 

Cərrah və tibb bacısının romanı
Əməliyyat briqadası öz adi görkəmini aldı. Dəyişmə cərrahla tibb bacısının sevgi macərasından başladı, katolik kilsəsindən borc alınmış qanlı möcüzə ilə bitdi.
Baş qəhrəmanların tanış olduğu 1889-cu ildə həkimlər təzə-təzə ağ xalat geyinib alətləri süleymani məhlulu ilə sterilizasiya etməyə başlamışdır. Nə əlcəkləri, nə maskaları var idi. Beləliklə, amerika şəhəri Baltimorda sonralar məşhur xəstəxanaya çevrilmiş Con Hopkins adına yeni hospital açıldı və Karolina Hempton adlı tibb bacısı Uilyam Holsted adlı cərrahla işləməli oldu.
O cərrah ki, haqqında əfsanələr gəzirdi. O çox zəngin ailədən idi. Tələbəykən avaralıq edirdi, pis oxuyurdu, amma Ştatlarda ilk olan amerikalı futbolu üzrə tələbə yığma komandasına başçılıq edirdi. Kursun sonunda birdən tibbə marağı oyanır və o, Avropaya ilk mədə rezeksiyası əməliyyatına hazırlaşan böyük Teodor Bilrotun yanına təcrübə almağa gedir.

 

Kokainist Holsted
Qayıdandan sonra möcüzələr yaradır. 1881-ci ildə doğuş vaxtı çoxlu qan itirmiş doğma bacısına şprislə öz qanını vurmaqla onun həyatını xilas edir (əməliyyat vaxtı qan köçürmə haqqında o zamanlar hələ fikirləşmirdilər); sonra öd daşlarını çıxardığı anasının köməyinə çatır (Amerikada ilk xoledoxotomiya, yəni öd axarının yarılması əməliyyatı). 4 ildən sonra kokain məhlulu ilə yerli anesteziya üsulu haqqında öyrənir və bir qrup kurs yoldaşları ilə onu öz üzərində sınaqdan keçirir. Holsteddən savayı, yoldaşlarının hamısı asılılığa düşüb məhv oldu. Öz yaxın dostunun yaxtasında dəniz səhayətinə çıxır ki, “lomkanı” adam­lardan uzaqda keçirsin, amma dözməyib əvvəldən danışdıqları kimi hər ehtimala qarşı kokain dozasını özündə gizli saxlayan dostunu az qala öldürsün. Müalicə alır, bir il cərrahiyyədən uzaqlaşır, sonra peşəsinə qayıdır, amma xəstəxana himayəçiləri onun asılılıqdan tam qurtulmasına inanmır. Narkoman-həkimlərin başına gələn kimi, əllərinin vaxtsız əsəcəyindən ehtiyat edərək onu hospitalın baş cərrahı təyin etmir və bəzi əməliyyatları ona həvalə etmirlər.

 

Ekstravaqant cərrah
Holsted ekstravaqant geyinirdi: pencəklərini yalnız Londonda sifariş edir, çəkmələrini və köynəkləriri isə – Parisdə. Çirkli köynəkləri onların vətəni Parisə yuyulmağa göndərirdi və hesab edirdi ki, Baltimorda normal cəmaşirxana yoxdur.
Bir sözlə, qadın ürəyini fəth etmək üçün yetərincə müəmmalı idi. Karolina onunla tez dil tapdı, ona məharətlə assistentlik edirdi. Bir gün əməliyyat vaxtı şefin titrəməyə başladığını görür. Holsted tez əməliyyat otağından çıxır, kabinetinə çəkilir, sonra dincəlmiş qayıdır. Məsələnin nə yerdə olduğunu anlamaq çətin deyildi: kokaini atıb, morfiyə keçmişdir. Məlum olur ki, hər gün özünə 180mq morfin vurur. Karolina onu ələ vermir və beləcə onlar sözü bir yerə qoyub birləşir.

 

Əlcəkli əlbirlər
Himayəçilərini adatmaq üçün morfinist- cərrah dəridən-qabıqdan çıxırdı. 1890-cı il ərzində o əlüstü dünya təcrübəsində ilk dəfə iki əməliyyat keçirir – xərçəngə məruz qalmış süd vəzini ləğv edir və əvvəllər sağalmaz hesab edilən qasıq yırtığının öhdəsindən gəlir. Rəhbərlik hesab edir ki, narkoman bunun öhdəsindən gələ bilməzdi və Holsted baş cərrah dərəcəsini alır. Bu zaman Karolina xəstələnir. Başqa tibb bacısını götürməli olsa, ifşa olunacağı qaçılmazdır.
Holstedin köməkçisində kontakt dermatit inkişaf edir. Əllərini süleymani ilə fenol məhlulu ilə dezinfeksiya edən cərrahlar alətləri də həmin məhlulda isladırdı. Karolinanın dərisi antiseptik mayeyə qarşı çox həssas idi. Holsted tibb bacısı üçün rezin əlcəklər sifariş edir. Bu əlcəklərdən ginekoloqlar və proktoloq­lar istifadə edirdi, amma heç kimin ağlına gəlmirdi ki, onları əməliyyat otağında da istifadə etsin. İndi əlbir tibb bacısı alətləri əlcəklə verirdi, işləri düzəlir və altı aydan sonra onlar evlənirlər.

 

Yan Miku­liç-Radetski (1850-1905)

Yan Mikuliç – dünya ulduzu
Bu təcrübənin şahidi olan cərrahiyyə şöbəsinin həmkarları da “qazın dişisinə yarayan sous erkəyinə də yarayar” düşünərək əllərini qorumaq üçün əlcəkdə işləməyə başladı. 450 herniotomiya əməliyyatı bir sepsis hadisəsi belə olmadan aparıldıqdan sonra Hols­ted “Mən əvvəl hara baxırdım!” deyib bu təcrübəni mənimsəyir. Üstəlik, birlikdə Bilrotun yanında təcrübə keçdiyi dostu Yan Mikuliç-Radetski ilə də onunla bölüşür.
Mikuliç Almaniyada işləyir və dünya ulduzu şöhrəti qazanır, Amerika o zamanlar tibbin künc-buca­ğı sayılırdı. O, polyak (birinci dili), alman, rus və ingilis dillərində sərbəst danışır, milliyəti haqqında soruşanda “cərraham” deyirdi.
Pasxa bayramında o ilk dəfə əlcək geyir, bir pasient sepsindən ölənə qədər bir neçə ay uğurla işləyir. Bu zaman əlcəklərin effektinə şübhə yaranır.

 

İsanın qanı
Mikuliçlə eyni universitetdə gigiyena kafedrasında o zamanlar qəribə səslənən infeksiyanın hava-damcı yolu ilə yayılması ideyasına mübtəla olmuş professor Karl Flüqge çalışırdı.
1897-ci ilin qışında Xarkovdan onun yanına Pavel Laşenkov adlı gigiyenist təcrübə keçməyə gəlir və onlar birlikdə vacib təcrübə aparırlar. Flüqge “möcüzəli qan basili” ni öyrənirdi. Basil hava ilə yayılır, nişastalı mühitdə artır və al qırmızı boyaq maddəsi ifraz edir. Kilsə ayinlərinin birində geyilən libasın möcüzəsi də bu basillərin fəaliyyəti ilə izah olunurdu, bu da çörəyin və şərabın İsanın vücudu və qanı olduğu haqda rəvayətə inandırırdı.
Beləliklə, Laşenkov aqar-aqarlı Petri fincanları düzülmüş otağa girirdi. Sükutda heç nə baş vermirdi. Amma tədqiqatçı asqıranda, öskürəndə, sadəcə danışanda və ya fit çalanda aqar-aqarın üzərində qırmızı basil koloniyaları əmələ gəlir.

 

Həlledici zökəm
Flüqge nə baş verdiyini anladı: hava selikli qişanın yanından saniyədə 4 metrdən artıq sürətlə ötəndə (səs çıxaranda, asqıranda, öskürəndə və zökəmdən şişmiş burun daralanda) hava axını özü ilə bakteriya­lara yoluxmuş maye damcılarını da aparır. Gözəgörünməyən damcılar ətrafa yayılır və aqar-aqarın üzərinə çökən basillər artaraq mühiti qırmızıya boyayır. Zavallı pasientin sepsisinin səbəbi bəlli oldu. Belə məlum olurdu ki, cərrahlar əməliyyat vaxtı danışmamalıdır, soyuqlamış həkim isə əməliyyat otağına ayaq basmamalıdır. Amma fevralın sonunda soyuqlamayan həkim briqadası yığmaq çətin idi. Qərar oldu ki, ağız və burunlarını tənziflə bağlayıb bəraət qazanmış əlcək geyinsinlər və, beləliklə, 1 mart 1897-ci ildə cərrahiyyənin yeni erası başladı.
İnanılmaz səylərin hesabına Holsted 10 ilə istifadə etdiyi morfinin dozasını iki dəfə azaltdı, daha 10 ildən sonra asılılığa qalib gəldi (gündə 50 siqaret çəkərək).
1922-ci ildə Holsted anasının keçirdiyi əməliyyatı keçirdi, amma narkotiklərdən üzülmüş orqanizm fəsadlara dözmədi. Karolina ərinin xiffətini çəkir və onun dəfnindən 11 həftə sonra soyuqlayıb vəfat edir.


 278    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *