Bagla

Həkimdən soruş

Hekimden sorus







Musiqi ruhun qidasıdır!

 

Çaykovski – Vals N2

 

«Mən musiqimin geniş yayılmasını, onu sevən, onda təsəlli və dayaq tapan insanların sayca çoxalmasını bütün varlığımla arzu edərdim». 

Çaykovskinin bu niyyəti artıq bəstəkarın sağlığında reallaşmağa başladı. Çaykovski bir bəstəkar və dirijor kimi doğma vətəni Rusiyadan uzaqlarda — Almaniya, Fransa, İtaliya, Çexiya və ABŞ-da belə böyük şöhrət qazanmışdı. O, Kembric Universitetinin fəxri doktoru adına layiq görülmüşdü. Bu gün də Çaykovski dünyada ən çox tanınan və sevilən rus bəstəkarlarından biridir. Onun opera və baletləri ən nüfuzlu opera teatrlarında tamaşaya qoyulur, simfoniyaları, fortepiano və kamera əsərləri, romansları müxtəlif ölkələrin konsert salonlarında ifa olunur.

 

Çaykovski musiqisinin cazibədarlığının, qeyri-adi populyarlığının sirri onun yüksək səmimiyyətində, insan qəlbinin ən incə tellərinə toxunmasındadır. Çaykovski üslubunun daha bir məziyyəti onun zəngin, gözəl melodizmidir. Dünya musiqisində melodiklik baxımından ən istedadlı bəstəkarlar sırasında Mosart, Verdi, Şopenlə bərabər, heç şübhəsiz, Çaykovski də vardır.


 371    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *