Bagla

Həkimdən soruş

Hekimden sorus







Mütəxəssislərin pandemiya proqnozları

Çin alimləri marta qədər daha 3 milyon COVİD-19 qurbanı olacağını təxmin edir.

 

Çinin xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri 2021-ci ildə pandemiyanın gedişatına dair proqnoz veriblər. Onların fikrincə, bu il ötən ildən daha ağır olacaq.

 

Mütəxəssislərin hesablamalarına görə, hətta ən nikbin ssenari gerçəkləşsə də, hökumətlər müasir effektiv mübarizə tədbirləri tətbiq etsə də, insanlar tövsiyələrə riayət etsə də, 2021-ci ilin martın əvvəlinə COVİD-19-dan ölənlərin sayı 3 milyon adam artacaq. Con Hopkins universi­tetinin treker məlumatlarına görə, bu günə qədər pandemiya dünya üzrə 1,9 milyondan artıq həyata son qoyub. Xəstələnmişlərin ümumi sayı 93 milyonu ötmüşdür. Marta kimi bu rəqəm 170 milyona qədər arta bilər. Tədqiqatçılar hesab edir ki, pandemiyadan daha çox zərərçəkən ölkə yenə də Birləşmiş Ştatlar olacaq. Ən bədbin ssenari gerçəkləşsə, Amerikada xəstələnənlərin ümumi sayı 32 milyona çatacaq ki, bu da dünya göstəricisinin təxminən 20%-i deməkdir. Çinli alimlər hesab edir ki, bu qədər yüksək xəstələnmə səviyyəsinin qarşısını almaq üçün ABŞ-ın səhiyyə orqanları bütün imkanlarını səfərbər etməlidir ki, həftəlik xəstələnmə səviyyəsi 3 milyon yoluxma hadisəsini ötməsin.

 

Pandemiyadan daha çox zərərçəkmiş ölkələr əvvəlki kimi ilk “rekordsmenlər” dördlüyüdür. Martın əvvəlinə Hindistanda xəstələnənlərin sayı 15,5 milyon, Braziliyada – 15 milyon, Rusiyada 6 milyon nəfərə qədər artacaq.
Bir müddət əvvəl ÜST-nın fövqəladə hallar üzrə direktoru Maykl Rayanın verdiyi məlumata görə, 2021 il 2020 ildən daha ağır ola bilər. Avro­pa və Şimali Amerikada mənfi amillərin üst-üstə düşməsi infeksiyanın yayılmasına daha çox şərait yaradır: güclü soyuqlar, insanların qapalı məkanlara toplanması, koronavirusun yeni ştammları. ÜST-nın baş elmi işçisi Sumya Svaminatan hesab edir ki, 2021 ildə bəşəriyyət koronavirusa qarşı kollektiv immunitet qazana bilməyəcək, çünki kütləvi vaksinasiya ilə əhatə yetərincə olmayacaq.

 

Beləliklə, son zamanlar ölkəmizdə yoluxma sayının azalması hər şey qaydasına düşür, əvvəlki həyatımıza geri dönürük anlamına gəlməsin. Qaydalara edilmiş yumşaltmalardan sui-istifadə edib ehtiyatı əldən verməyək. Hər bir halda qorunmalı, ən azından gigiyena qaydalarına riayət edib, ara məsafəsini saxlamağı unutmayaq. Qaydalara riayət edək ki, bu çətin dönəmdən üzüağ çıxaq.


 76    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *