Bagla

Həkimdən soruş

Hekimden sorus







Ən faydalı yeddi içki

Gündəlik rasionda faydalı qida ilə yanaşı, orqanizmi qüvvətləndirən və onu həmişə gümrah saxlayan faydalı içkilər də olmalıdır.

 

1. Adi su haqlı olaraq ən faydalı içki sayılır. Əvvəla, su orqanizmin soyuması və duzla doyması nəticəsində itkilərini bərpa edir. İkincisi, suyun aktiv istifadəsi toksinləri orqanizmdən xaric edir. Nəhayət, su hər kəs üçün əvəzolunmaz içkidir.
Bilməliyik ki, hər su eyni dərəcədə faydalı deyil. Bakterioloji və kimyəvi çirklənmə suyu faydalıdan zərərliyə çevirə bilər. Suyun tərkibindəki mikro- və makroelementlər onun orqanizmə təsirini əhəmiyyətli dərəcədə dəyişir. Sadə suyun faydasından bəhrələnmək üçün artezian quyu suyunu için, onun tərkibi yaxşıdır; ekoloji saf məkanın çeşmə suyunu için.

 

2. Çobanyastığı çayı. Onun faydası çoxdur, belə ki, soyuqdəyməyə qarşı təbii bal ilə içildikdə təsirli vasitədir. Çobanyastığı çayı təbii iltihabaqarşı vasitə olaraq ağız və qırtlağın selikli qişasında yaranan iltihab proseslərində kömək edir.

 

Çobanyastığı çayı dəmləyərkən diqqətli olmalıyıq. Aptekdən alınış çayı sadəcə dəmləyirsiz. Amma çiçəyi özünüz toplamaq istəsəniz, müalicəvi təsirli çobanyastığını qabarıq əsasından tanımaq olur (ortası). Yastı əsaslı çobanyastığı dekorativ çiçək növlərinə aiddir.

 

3. Nanəli çay – skkitləşdirici vasitə kimi gözəldir. Sakitləşdirir, yuxusuzluğa kömək edir, mədənin işini tənzimləyir. Xoş təravətli dadına görə isti yay günlərində onu buzla içmək xüsusi zövq verir. Dəmlik üçün nanəni aptekdən almaq yaxşıdır, çünki yabanı nanə bu məqsədə xidmət etmir. Həyətdə becərilmiş nanə yarpaqları daha yaxşıdır.

 

4. Alma şirəsi – faydalı içkilər siyahısına mütləq qatılmalıdır. Onun faydası danılmazdır. Alma şirəsi orqanizmi toksinlərdən təmizləyir, qaraciyər və böyrəklərin işini normallaşdırır. Bu zaman alma şirəsi orqanizmi həyat fəaliyyəti üçün vacib olan dəmirlə zənginləşdirir. Yüngül sidikqovucu təsirinə görə alma şirəsi böyrəklərdən qumu təbii yol ilə çıxarır.
Təbii alma şirəsi hazırlamaq üçün almanı doğrayıb şirəsini sıxmaq lazımdır. Aldığınız şirənin rəngi paslı olsa, təəccüblənməyin. Təbiidir, çünki almanın tərkibindəki təbii dəmir oksidləşir, mağazadan aldığımız şirə isə süni şəkildə şəffaflaşdırılıb və konservləşdirilib. Odur ki, alma şirəsini özünüz hazırlasanız yaxşıdır.

 

5. Nar şirəsi – bu içkinin faydası heç kimdə şübhə doğurmur. Nar şirəsi onurğa beyni və qan dövranı sisteminin işini gücləndirir, qırmızı qan cisimciklərin hasilatı artır, arterial təzyiqi normallaşdırır, damarları xolesterindən təmizləyir, odur ki, orqanizmi tonusda saxlamaq üçün vaxtaşırı nar şirəsi içmək çox xeyirlidir.
Nar şirəsinin nəfis dadını duyma və ondan mümkün qədər çox faydalanmaq üçün onu özünüz hazırlayın. Nar dənələrini qınalayıb mətbəx kombaynında ya da ətçəkən maşında əzib, alınmış kütləni sıxıb şirəsini çıxarın.

 

6. Heyva kompotu. Bu içki həm hipertoniklər üçün, həm də təzyiqi aşağı olanlar üçün əvəzolunmazdır. Heyva insanın qan təzyiqini normallaşdırır. Amma meyvənin bərkliyi onun şirəsini almağı və ya çiy yeyilməsini çətinləşdirir. Heyva kompotu ən yaxşı seçimdir. Şəkər meyvənin faydasını azaltmır. Hətta otaq temperaturunda heyvanı yarım ildən çox çürümədən saxlamaq mümkündür.

 

7. Qatıq. Faydalı içkilər sırasında onun da adı çəkilməlidir. Qatıq susuzluğu və aclığı yatırır, mədənin işini yaxşılaşdırır. Tərkibindəki südturşulu bakteriyalar çəkinin azalmasına kömək edir. Keyfiyyətli və təbii qatığı təbii inək südündən çalmaq lazımdır.


 1688    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *