Bagla

Həkimdən soruş

Hekimden sorus







Nafta Sanatoriyası

 

Naftalan şəhərindəki yeni Nafta Sanatoriyasında komfortlu istirahət və ən müasir tibbi xidmətlərdən yararlanın. Sanatoriyanın təcrübəli komandası, əzələ-skelet sistemi və dəri xəstəliklərinin müalicəsində ixtisaslaşaraq sağlamlığınız və rifahınız üçün fərdi yanaşma təklif edir.

 

Nafta Sanatoriyası  otel Bakıdan 350 km məsafədə, Naftalan şəhərində yerləşir. Sanatoriya gözəl yaşıllıq ərazidə , Gəncə Beynəlxalq Hava limanından 50 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni 9 mərtəbəli otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, əyləncə mərkəzi  da daxil olmaqla, geniş ərazini əhatə edir. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara sağlamlıq mərkəzində müalicə və fizioterapiyaların geniş çeşidi təqdim olunur.

 

Nafta Sanatoriyasının təcrübəli komandası, müxtəlif xəstəliklərinin müalicəsində ixtisaslaşaraq sağlamlığınız üçün fərdi yanaşma təklif edir. Nafta sağlamlıq otelində hər zövqə uyğun açıq bufet şəkində qidalanma təqdim olunur. Asudə vaxtlarınızda idman zalı, sauna və əyləncə mərkəzində özünüzə zaman ayırın.

 

Min bir dərdin müalicəsi üçün Naftalan vannası

Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir. Bütün il ərzində Nafta Sanatoriyası spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, “check up” (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir. Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!

 

 


 599    PAYLAŞ |

“Nafta Sanatoriyası” üçün bir cavab

  1. İnqilab dedi ki:

    Salam, həqiqətən də qeyd olunan kimidir. Nafta sanatoriyanın şüarında da qeyd olunub. Naftalan əsil təbiətdən gələn şəfadır.

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *