Bagla

Həkimdən soruş

Hekimden sorus







Naftalan Sanatoriyası

Naftalan Sanatoriyasında müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər və xəstəliklərinə müvafiq olaraq naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. 

Naftalan Sanatoriyasinda xəstələrin istirahəti, qidalanması və ugurlu müalicəsi üçün lazım olan hər bir şərait mövcuddur. Naftalan müalicə amili güclü agrıkəsici, iltihabəleyhi, damargenəldici, allergiyaəleyhi, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir.

Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37 -38*C – dir. Vanna qəbulu müddəti – birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. Ilk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursu 10-12 naftalan vannası təşkil edir.Naftalan vannaları ümumi naftalan vannası , oturaq naftalan vannası və aşagı ətraflar üçün naftalan vannası şəklində təyin olunur.

Naftalan Saglamlıq Mərkəzi yataq korpusu, müayinə və müalicə kabinetləri, yeməkxana və digər (idman zalı – trenajor, namaz otagı, kompyuter otagı, kişi və qadın salonu və s.) xidmət sahələrini təklif edir. 

Yataq korpusu 1, 2 , 3 adamlıq otaqlar və iki otaqlı iki adamlıq lüks otaqlardan ibarətdir. Otaqlarda müalicəyə gələnlərin məişət ehtiyaclarını ödəmək üçün hər cür şərait vardır. 

Geniş və yaraşıqlı yeməkxanada gündə 3 dəfə xəstələrə azərbaycan və avropa mətbəxinin ləzzətli yeməkləri təqdim olunur. 

Xəstələrin asudə vaxtlarının təşkili üçün namaz otagı, kitabxana, kompyuter otagı-internet, stolüstü tennis, bilyard, voleybol, basketbol, aeorosolyariya, qadın və kişi salonları fəaliyyət göstərir. 

Canlı musiqi ilə rəqs axşamları, bazar günləri respublikanın səfalı yerlərinə gəzintilər müalicəyə gələnlərin Naftalandan xoş təəssüratla ayrılmasına səbəb olur. 


 311    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *