Bagla

Həkimdən soruş

Hekimden sorus







Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələr

Güclü təsir edən maddələrə – narkotik vasitələrə nəzarət edən BMT-nin Daimi komissiyasının nəticəsi əsasında müəyyən olunan, tibbi göstərişi olmadan və ya yüksək dozada qəbul olunduqda insanın həyatına və səhhətinə təhlükə yaradan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan bir qrup maddələr aid edilir. Bu maddələr asılılıq vaziyyətini yarada bilər, mərkəzi sinir sisteminə stumuləedici və ya depressiv təsir edərkən hallüsinasiyaların, təfəkkür, düşüncə, motor pozuntularının yaranmasına səbəb ola bilər. Güclü təsir edən maddələr Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Siyahı”sında göstərilir.
Güclü təsir edən və zəhərli maddələrin arasında fərq yalnız onların kəmiyyət göstəriciləri ilə müəyyən olunur: güclü təsir edən maddələr 0,1; 0,01, zəhərli maddələr isə – 0,001; 0,0001 dozlarda istifadə olunur. Bir sıra mütəxəssislər hesab edir ki, güclü təsir edən və zəhərli maddələr insan orqanizminə psixoaktiv təsirinə, asılılıq yaratmasına və nəticədə, geridönməz proseslər yaratmasına görə təhlükə təşkil edən maddələrdir. Bu maddələrin sırasında “dopinq” adlanan maddələr də əhəmiyyətli rol oynayırlar.
Dopinq (inql. doping,. dope — narkotik vermək) — bu anlayış narkotik vasitələrlə yanaşı, idmanda istifadə olunan və idmançıların göstəricilərinin yüksəlməsinə yönəlmiş təbii və sintetik mənşəli bütün vasitələrə aid edilir. Belə vasitələr idmançının qısa müddətə sinir və endokrin sistemlərinin aktivliyini və əzələlərinin gücünü əhəmiyyətli dərəcədə artırır. Bunula yanaşı, həmin preparatlara əzələ zülallarının sintezini artıran vasitələr də aiddir. Dərman vasitələrinin bir çox hissəsi yarışlar zamanı idmançılar tərəfindən qəbul olunması qadağan olunmuş statusu­na malikdir. Ali nailiyyətlər idmanda dopinqlə mübarizəyə dair müasir konsepsiyası Ümumdünya antidopinq agentliyini Antidopinq Kodeksində (Ümumdünya antidopinq agentliyi – ÜAA Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə yaranmışdır) öz əksini tapmışdır. ÜAA hər il idmançılar üçün qadağan olunmuş preparatların siyahısını və standartlarının yeni versiyalarını (laboratoriyalar üçün, testləşməsi üçün, terapevtik istisnalar üçün beynəlxalq standartları) dərc edir. Bugünki gündə hesab olunur ki, dopinqin qəbulu – idmançının normal fəaliyyət göstərən orqanizmi üçün artıq olan vasitənin və ya dərman preparatının artıq dozada düşünülmüş qəbuludur və bunun bir məqsədi var – idman yarışları zamanı fiziki aktivliyin və dözümlülü­yün süni olaraq artrılmasıdır.
Dopinqin qəbulu ilə mübarizənin aparılması onunla da əlaqədardır ki, rekordlar idmançının səhhətinin və həyatının bahasına əldə edilir.1993-cü ildə BOK-nin Tibbi komissiyası aşağıdakı farmakoloji preparatların: müxtəlif qrup və siniflərə aid olan gücləndirici vasitələrin (stimulyatorların), narkotik vasitələrin, anaboliklərinin, ağrıkəsici, sidikqovucu vasitələrin, peptid hormonların və onların törəmələrinin istifadəsinə qadağa qoymuşdur. Bununla yanaşı, akloqolun, qəhvənin, yerli anestetiklərin və beta-adrenoblokatorların qəbuluna məhdudiyyət qoyulmuşdur.

Dopinqin ilk qurbanları

İlk dəfə dopinqi ABŞ-da at sürənlər və onların məşqçiləri istifadə etməyə başlamışdırlar. Onlar çapmadan əvvəl atların orqanizminə inyeksiya yolu ilə güclandirici vasitələr yeridirdi. Bu barədə informasiya ilk dəfə 1903-cü ildə avropa və rus qazetlərində dərc edilmişdir. Həmin ildə çapar cəmiyyətləri həmin eybəcər hadisələrlə mübarizə və ciddi nəzarət haqqında müqavilə bağlamışdırlar. Bu müqaviləni pozan və ilk dəfə tutulan amerika atçapanı Frank Starr olmuşdur. 1913-cü ildə keçirilən cıdır yarışı zamanı Frank Starrda atının süni olaraq gücünü və dözümlüyünü artıran, eyni zamanda atın səhhətinə mənfi təsir göstərən eliksir tapılmışdır. Buna görə F.Starr atçapma hüququndan ömürlük məhrum edilmişdir. İlk dəfə 1960-ci ildə Romada keçirilən Olimpiya oyunları zamanı dopinq haqqında məlumat dünya mətbuatında öz əksini tapmışdır. Belə ki, Danimarka velosipedçiləri Knud Yensen və Yurqen Yoransen 100 km-lik velosiped yarışlarının sonunda yerə yıxılıb huşlarını itirmişdirlər. Yensen özünə gəlmədən dünyasını dəyişmişdir. Bunula yanaşı, ingilis velosipedçisi Tom Simson Tur de Frans yarış zamanı velosipeddən yerə yıxılıb ölmüşdür. Hər iki hadisədə ölümlərin səbəbləri açıqlanmamışdır. Yalnız zaman keçəndən sonra rəsmi açıqlamaya əsasən məlum olmuşdur ki, velosipedçilərinin qanlarında güclü təsirli stimulyatorlar aşkar edilmişdir.

 

I. Qadağan edilmiş dopinq vasitələri
Sinif А. Stimulyatorlar: amineptin, amfepramon, amifenazol, amfetamin, bambuterol, bromantan, kofein, karfedon, katin, kokain, kropropamid, krotetamid, efedrin, etamivan, etilamfetamin, etilefrin, fenkamfamin, fenetillin, fenfluramin, formoterol, qeptaminol, mefenoreks, mefentermin, mezokarb, metamfetamin, metoksifenamin, metilendioksiamfetamin, metilefedrin, metilfenidat, niketamid, norfenfluramin, paraqidroksiamfetamin, permolin, pentetrazol, fendimetrasin, fentermin, fenilefedrin, fenilpropanolamin, folidrin, pipradrol, prolintan, propilqeksedrin, psevdoefedrin, reproteol, salbutamol, salmeterol, saleqilin, strixnin, terbutalin…və analoji preparatlar.
Sinif В. Narkotiklər: buprenorfin, dekstromoramid, diamorfin (heroin), metadon, morfin, pentazolin, pentidin və analoji preparatlar.
Sinif С. Anabolik preparatlar: androstenediol, androstenedion, bambuterol, boldenon, klenbuterol, klostebol, danazol, deqidrometiltestosteron, deqidroepiandrosteron (DHEA), diqidrotestosteron, drostanolon, fenoterol, fluoksimesteron, formebolon, formoterol, qestrinon, mesterolon, metandienon, metenolon, metandriol, metiltestosteron, miboleron, nandrolon, 19-norandrostenediol, 19-norandrostene­dion, noretandrolon, oksandrolon, oksimesteron, oksimetolon, reproterol, salbutamol, salmeterol, stanozolol, terbutalin, testosteron, trenbolon… və analoji preparatlar. Beta-2-aqonistlər: bambuterol, klenbu­terol, fenoterol, formoterol, reproterol, salbutamol, salmeterol, terbutalin… və analoji preparatlar.
Sinif D. Diuretiklər: asetazolamid, bumetamid, xlortalidon, etakrinik turşusu, furosemid, qidroxlorotiazid, mannitol, mersalil, spironolakton, triamteren… və analoji preparatlar.
Sinif E. Peptid qormonları, mimetiklər və analoq­lar:
Xorion qonadotropin (HCG); yalnız kişilərə qadağandır.
Pituitar və sintetik qonadotropinlər (LH); yalnız kişilərə qadağandır.
Kortikotropinlər (ASTN, tetrakozaktid).
Boy artıran hormonu (HGH).
İnsulinəbənzər boy artıran faktoru (IGF-1).
Gritropoetin (ERO).
İnsulin: bu preparatın istifadəsinə yalnız yazılı sürətdə tasdiq edilmiş “insulin asılılı diabet” diaqnozu olan idmançılara icazə verilir. Bu diaqnoz endokrinoloq və ya komandanın həkimi tərəfindən təsdiq edilir.

 

III. Şərti qadağan olunmuş preparat sinifləri
1. Alkoqol. Müvafiq federasiyanın tələblərinə əsasən, etanola (etil spirtə) qarşı testləşmə aparıla bilər.
2. Çətənə mənşəli preparatlar (kannabinoidlər). Müvafiq federasiyanın tələblərinə əsasən, kannabinoidlərə (həşiş, marixuanaya) qarşı teastləşmə aparıla bilər. Olimpiya oyunlarında mütləq kannabinoidlərə (həşiş, marixuanaya) qarşı teastləşmə aparılır. Sidikdə 11 -nor-delta-9-tetrahidrokannabinol-9-karboturşu turşusunun (karboksil – TNS) sidiyin hər 1 ml-nə qatılılığı 15 nanoqrmdan yuxarı olması dopinqin qəbulunun təsdiqi kimi hesab olunur.
3. Yerli anestetiklər (ağrıkəsicilər). Yerli anestetiklərinin istifadəsi aşağıdakı şərtlər olanda icazə olunur:
a. Buoivakain, lidokain, mepivikain, prokain və analoji preparatların istifadəsinə icazə verilir, kokai­nin istifadəsi qadağandır. Yerli anestetiklərlə birlikdə damar daraldan preparatların istifadəsinə icazə verilir..
b. Yalnız yerli və oynaqdaxili inyeksiyalara icazə verilir.
c. Tibbi göstərişi olduqda.
Müvafiq federasiyanın tələblərinə əsasən, yerli anestetiklərin təyinini təsdiq edən resept təqdim olunmalıdır.
4. Qlyukokоrtikosteroidlər. Bu preparatların mütamadi istifadəsi (per os, per rektum, inyeksiyalar şəklində) qadağandır.
5. Beta-blokatorlar: asebutolol, alprenolol, atenolol, betaksolol, bisoprolol, bunolol, karteolol, seliprolol, esmolol, labetolol, levobunolol, metipranolol, metoprolol, nadolol, oksprenolol, pindolol, propranolol, sotalol, timolol və analoji preparatlar. Müvafiq federasiyanın tələblərinə əsasən, beta-blokatorlara qarşı testləşmə aparıla bilər.

 

II. Qadağan edilmiş üsullar
• Qandan dopinq kimi istifadə.
• Plazmanı əvəz edən və ya oksigenin süni daşıyıcılarının istifadəsi.
• Farmakoloji, kimyəvi və fiziki manipulyasiyalar.
Ümumdünya antidopinq agentliyinin tövsiyəsinə əsasən, BOK hər il qadağan edilmiş vasitələrin və üsullarının Siyahısını təzələməlidir və bu siyahı hər ilin 1 yanvar tarixində qüvvəyə minir. Bu siyahının tərtib olunmasına beynəlxalq idman federasiyaları da müəyyən təsir göstərə bilər.

Bunula yanaşı, əksər dərman vasitələrini əhatə edən qadağan olunmuş maddələrin siyahısı, idmançıların müalicəsində böyük çətinliklər yaradır ki, onlar kəskin ehtyiac olanda da effektiv dərman preparatların qəbulundan məhrum olurlar. Məsələn, idmançılar qlyukokortikosteroidləri (per oral, rektal, inyeksiya şəklində) istifadə edə bilmirlər, tibbi göstəricilər əsasında antiastmatik, insulin, antidepressant, virus əlehinə, damar təsirli dərman preparatlarının istifadəsində böyük çətinliklər yaranır. Bu hallarda bütün məsuliyyət idmançının üzərinə düşür. Lakin, dopinqin idmançının orqanizminə mənfi təsiri, onun qəbulu nəticəsində ölüm hadisələri barədə informasiya Antidopinq Komitəsinin bu istiqamətdə həyata keçirilən tədbirləri düzgün sayıla bilər.

 

T.S.Məmmədhəsənov, B.M.Əsədov, P.P.Məmmədov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi


 2841    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *