Bagla

Həkimdən soruş

Hekimden sorus







Ölümündən qabaq Stiv Cobs konvensial təbabətdən imtina etməsinə görə heyifsilənirdi

Ölümündən qabaq mədəaltı vəzi xərçəngindən əziyyət çəkən Stiv Cobs konvensial tibbdən alternativ müalicə üsullarının xeyrinə imtina etdiyinə görə təəssüf hissi keçirirdi. Mütəxəssislərin fikrincə, vaxtında cərrahi müdaxilə aparılsa idi, onun ömrünü uzatmaq, hətta, tam sağaltmaq mümkün olardı. Apple şirkətinin müəssisi və eks-başçısı Stiv Cobs  2011-ci ilin oktyabrında 56 yaşında dünyasını dəyişdi. Səkkiz ilə yaxın o xərçənglə mübarizə aparırdı. Şiş təsadüfən böyrəklərin kömpüter tomoqraftyası zamanı aşkar olunmuşdur.

 

Təcili cərrahi müdaxilə tələb olunurdu, amma, həkimlərin və yaxınlarının təkidinə baxmayaraq Cobs qətiyyətlə əməliyyatdan və kimya terapiyasından imtina edir və qeyri-ənənəvi təbabətə üz tutur: iynəbatırma, ciddi veqan pəhrizi, təzə sıxılmış şirələr, bağırsağın təmizlənməsi, meditasiya, hidroterapiya və digər naturopatiyanın köməyi ilə sağalmağa ümid edirdi. Onun bioqrafı Uolter Ayzekson öz kitabında yazır ki, bir vaxtlar Cobs müalicəsinə görə ekstrasensdən məsləhət alırdı. Ayzekson deyir ki, öz sağlamlığına münasibətdə İT-dahisi tamamilə irrasional idi: «təfəkkürün ovsununa» güvənirdi, inanırdı ki, xəstəliyi inkar etməklə əvvəl-axır ondan azad olmaq mümkündür. Şiş aşkar olunduqdan yalnız doqquz ay sonra, 2004-cü ilin iyulunda ləğv edildi. Bir neçə ildən sonra xəstəlik yenə də proqresstvləşir, qara ciyərdə metastazlar əmələ gəlir.  Morfin və başqa ağrıkəsicilərin təsirindən Stiv iştahını itirir və sürətlə arıqlayır, yəni,  bir neçə aya 20 kiloqram. Bu, həm də onunla bağlı idi ki, mədəaltı vəzinin çox hissəsi kəsilmişdir və, zülalların, başqa qida maddələrinin həzm olunması üçün ferment çatmırdı.

2009-cu ildə Stiv Cobs qara ciyər köçürülməsi əməliyyatı keçirir, amma, sağlamlığı bərpa olunmur, vəziyyəti getdikcə pisləşir. Cəmiyyət arasına çıxmır, müddətsiz məzuniyyətə gedir, sonra da Apple şirkətinin baş direktoru vəzifəsini tərk edir. Bu zaman Cobs tibbin imkanları haqqındakı təsəvvürlərini köklü şəkildə dəyişir, homeopatiyaya inamını itirir, eksperimental metodikalara həvəs göstərir, onlara yüz min dollarlarla vəsait xərcləyir. The New York Times qəzetinin məlumatına görə, Cobs ilk dəfə DNT sekvensiyası proseduru keçmiş iyirmi nəfərdən biridir. ABŞ-nın aparıcı elmi institutlarının mütəxəssisləri onun xərçəng şişləririn unikal genetik və molekulyar strukturunu təyin etmişdir. Bu məlumatın əsasında Cobsun həkimləri xərçəng hüceyrələrinin artmasına səbəb olan zədələnmiş molekulyar zolaqlara birbaşa təsir edən  dərmanlar seçmişdir.  Zalım xəstəliyi ilə müasir innovativ tibbin mübarizə aparması innovator Cobsa ümid verirdi.  Uolter Ayzekson xatırlayır ki, həkimlərlə növbəti görüşündən sonra Stiv dedi: «Mən bu xərçəngə qalib gələn ilk ya da ondan ölən sonuncu adam olacam». Əfsuslar olsun ki, qorxunc xəstəliyin qarşısında genetiklər də aciz idi. Onkoloji xəstə üçün doqquz ay gecikmək geriyədönməz fəsadlarla nəticələnə bilər, xüsusən, söhbət daha təhlükəli və aqressiv olan mədəaltı xərçəngdən gedirsə. Adətən, bu şiş gecikmiş mərhələdə aşkar olunur və terapevtik müalicəyə az tabe olur, xəstələr bir neçə aya «əriyir». Onkoloji xəstəliklər arasında xərçəngin bu növü yayılmasına görə onuncu yerdə və letal sonluğuna görə dördüncü yerdədir. Bununla belə, Stiv Cobsda aşkar olunmuş neyroendokrin şişin müalicəsinə dair mütəxəssislərin proqnozu daha ümidvericidir.  Bu, nadir xəstəlik (mədəaltı vəzi xərçəngləri arasında 5% təşkil edir) adenokarsinomadan ləng inkişaf edir. Stiv Cobsun xəstəlik tarixini öyrənən ekspertlərin çoxu əmindir ki, özünümüalicə onun sağalma şansını əlindən aldı. Həkimlər xəbərdarlıq edir ki, qeyri-ənənəvi müalicə üsulları yardımçı terapiya kimi tətbiq edilə bilər.  Doğrudur, onlar xəstənin əhvalını yaxşılaşdırır, əməliyyatdan sonra reabilitasiyasını tezləşdirir, ağrını azaldır və kimya terapiyasının mənfi təsirlərini aradan qaldırır. Lakin, konvensional tibbi bu üsullar heç bir halda əvəz edə bilməz.


 108    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *