Bagla

Həkimdən soruş

Hekimden sorus







Ömrün qızıl payızı

Əksər qadınlar 45 yaşdan sonra hormonal fonun dəyişməsi ilə bağlı halsızlıq və narahatlıq keçirir. Amma klimaksın öhdəsindən gəlmək, adi həyat tərzini qoruyub saxlamaq və ömrün “payız çağını” məmnunluqla yaşamaq mümkündür.

 

Deyirlər ki, qadının yaşı özünü hiss etdiyi yaş qədərdir. Zahirən nə qədər qüsursuz görünsə də, baş ağrıları və ürəkdöyünməsi, arterial təzyiqin “oynaması” və birdən başlayan istilik hissiyyatı düşünməyə vadar edir.

 

Narahatlıq gətirən əlamətlərinə baxmayaraq, klimaks orqanizmin təbii vəziyyətidir. Klimaksın ilkin mərhələsi premenopauzadan başlayır, yəni, uşaqlığı hamiləliyə hazırlayan estrogen hormonları orqanizmdə hələ kifayət qədərldir, amma menstruasiyaya cavabdeh olan hestagen çatmır. Menstrual dövr dəyişir, aybaşılar nizamsız, fasiləli, cüzi olur və ya əksinə, gurlaşır.

 

Növbəti mərhələ sonuncu menstruasiyadan 1 il sonra başlayır və menopauza adlanır, üç ildən sonra isə postmenopauza başlayır. Premenopauzadan postmenopauzaya qədərki keçid dövrü təxminən on il çəkir. Məhz 45 və 55 yaş araları qadının öz yaradıcı və sosial püxtələşmə, çiçəklənmə dövrünə yetdiyi zamandır. Uşaqlar böyüyüb, iş fəaliyyəti təşəkkül tapıb, cəmiyyətdə sabit bir yer tutub. Payız bar-bəhrə yığımı dövrüdür. Amma bu çağın xoşluğunu duymaq üçün əhvalın da yaxşı olması şərtdir.

 

Klimaksın əlamətləri
Çox az bəxtəvərlər (10%) premenopauza başlayarkən əvvəlki əhvalında qalır. Təəssüf ki, hətta klimakterik sindromu yüngül keçirən qadınlar da, “isti gəlməsi”, əsəbilik, ağlağanlıq, yuxusuzluq kimi əlamətlərlə üzləşir. Bir çox qadınlarda (33%) əhvalın daha ciddi pozulması müşahidə olunur, xüsusən klimakterik sindrom (KS) ürək-damar sistemi və mədə-bağırsaq traktı xəstəlikləri fonunda keçirsə. Qadınların böyük hissəsi (51%) ağır formalı KS əziyyət çəkir. Osteoporoz və arterial hipertoniya əmək fəaliyyətinə mane olur, bəzən mümkünsüz edir. Sayılı aylar ərzində izafi piy toplanmasına səbəb olan metabolik sindrom şəkərli diabetin və xərçəng xəstəliklərinin yaranma ehtimalını artırır. Vaginal quruluq və sidiyi saxlamamaq kimi incə problemlər isə ailə həyatına xələl gətirir. Hər simptomu ayrılıqda aradan qaldırmaq cəhdləri ona səbəb olur ki, qadın bəzən bir ovuc bir-biri ilə uyğunlaşmayan dərman preparatları içir.

 

Müasir farmakologiyanın nailiyyətləri problemi bütövlükdə nəzarətə almağa imkan verir. Qədim zamanlardan qadın cinsiyyət sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkiləri mövcuddur.

 

Simisifuqa rasimoza – Qaymaqçiçəyi fəsiləsindən olan bu bitki sırf qadın vasitəsi hesab olunur, artıq həssaslığı, depressiyaya meylliyi aradan qaldırır, uşaqlıq və yumurtalıqların xəstəlikləri ilə mübarizədə emosional pozuntuları aradan qaldıran əvəzolunmaz köməkçidir. Simisifuqa miqren, baş və əzələ ağrılarının öhdəsindən yaxşı gəlir, yuxusuzluğu aradan qaldırır. Simisifuqa cövhəri orqanizmə təbii estrogen kimi təsir göstərir: sümük toxumasının metabolizmini yaxşılaşdırır, kalsium itkisini azaldır, osteoporozun qarşısını alır.

 

Soya – daha bir sınanılmış vasitədir. Qədim Çində soya sehrli bitki sayılırdı. Təntənəli mərasimlərdə çin imperatoru soya toxumlarını öz əlləri ilə səpirdi. Cənub—Şərq Asiya ölkələrinin qadınları klimakterik sindromdan daha az əziyyət çəkir, ahıl yaşlara qədər çevik və şux qamətini saxlayır, çünki yapon və çin qadınlarının rasionunda ənənəvi soya məhsulları var: tofu, miso, udon əriştəsi. Soyanın tərkibi fosfolipidlər və polidoymamış yağlı turşularla zəngindir ki, bu da təbii antioksidantlar mənbəyidir. İzoflavonlar yüksək estrogen aktivliyinə malikdir.

 

Yabanı yams – Mərkəzi Amerikanın yerli qadın sakinləri bu bitkini təhlükəsiz hamiləliyə qarşı vasitə kimi tanıyırdı. Yabanı yams muskulaturanı yumşaldır, spazmolitik təsirə malikdir, yorğunluğu və əsəbiliyi aradan qaldırır, ən əsası, hormonal statusa müsbət təsir göstərməklə yanaşı qadın onkoloji xəstəliklərin ehtimalını azaldan fitoprogestinlər mənbəyidir.

 

İndol-3-karbinol – Xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərdə tapılan indol-3-karbinol (brokkoli, gül, üvetnaə, brüssel və ağ kələm) Herpes simplex və insan papilloması virusunu məhv edir, estrogenlərin metabo­lizmini normallaşdırır, şiş xəstəliklərinin yaranma riskini azaldır.

 

İkievli gicitkən cövhəri – Gicitkən cövhəri xalq təbabətində qədimlərdən istifadə olunan bir vasitə kimi qanaxmanı dayandırır, sümük toxuması zülalının, osteokalsinin sintezinə təkan verir, sınıqların baş vermə riskini azaldır.

 

Vitaminlər, mikroelementlər və amin turşuları
Bor – Meyvə və tərəvəzlərin tərkibindəki təbii bor elementinin tam bənzəri olan yeni patentləşdirilmiş üzvi bor formasıdır. Bu birləşmənin prinsipal yeniliyi unikal təhlükəsiz forması, borun tədricən lazım olduğu qədər ayrılmasındadır. Bor sümük toxumasını bərkidir, fitoestrogenlərin təsirini gücləndirir.

E vitamini – Əsl qadın vitaminidir. Dərinin elastikliyini saxlayır, dırnaqları və saçları bərkidir, vaginal quruluğu aradan qaldırır.

B6 vitamini – Maddələr mübadiləsini yaxşılaşdırır, endorfinlərin sintezini artırır, həyat tonusunu artırır. Estrovel kimi kompleksin tərkibində 5-hidroksitriptofanın təsiri ilə güclənir, təbii antidepressant kimi işləyir.

B 9 vitamini – Köhnə əziz fol turşusu. Klimaksın inkişafını ləngidir, anemiyanın qarşısını alır.

D,L–fenilalanin
Bu amin turşusu orqanizmdə tirozinə çevrilərək ağrıkəsici təsir göstərir, bədənin temperatur rejimini tənzimləyir.


 2060    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *