Bagla

Həkimdən soruş

Hekimden sorus







Onlayn sorğu nəticələri açıqlanıb

 

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” layihəsi çərçivəsində onlayn sorğu keçirilib. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Sorğu vasitəsilə respondentlərin xroniki viral hepatit, insanın immunçatışmazlığı virusu (İİV/QİÇS) və vərəm xəstəlikləri barədə məlumatlılıq səviyyəsi və gözəllik salonları/bərbərxanalarda bu infeksiyalara yoluxma riskini yaradan səbəblər araşdırılıb.

 

İyun ayı ərzində keçən sorğuda 100 nəfər iştirak edib. Sorğu suallarından bir neçəsinin təhlilini təqdim edirik.

 

Respondentlərin VH, İİV, QİÇS və vərəm xəstəlikləri nədir? suallarına verdiyi cavabların müqayisəli təhlili göstərib ki, 53 nəfərin QİÇS, 43 nəfərin İİV, 39 nəfərin viral hepatit və 13 nəfərin də vərəm xəstəlikləri barədə ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.

 

 

Vərəm, İİV və viral hepatitlərin yoluxma yolları? suallarına verilən cavabların müqayisəli təhlili göstərib ki, respondentlərdən  42 nəfərin İİV, 39 nəfərin virus hepatitləri, 14 nəfərin isə vərəmin yoluxma yolları barədə ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər. 

 

 

HCV, HBV, İİV və vərəm müalicə olunurmu? suallarına verilən cavablardan məlum olub ki, respondentlərdən 43 nəfərin İİV, 42 nəfərin hepatit C virusu (HCV), 39 nəfərin hepatit B virusu (HBV), 17 nəfərin vərəmin müalicəsi ilə bağlı ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.  

 

 

HBV, İİV və vərəmin peyvəndi varmı? suallarına verilən cavablar göstərib ki, respondentlərdən 58 nəfərin HBV, 68 nəfərin İİV, 35 nəfərin vərəm əleyhinə peyvəndin olub-olmaması ilə bağlı ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.  

 

 

Beləliklə, nəticələr onu deməyə əsas verir ki, adı çəkilən təhlükəli infeksion xəstəliklər barədə daha çox maariflənməyə ehtiyac var.  

 

Qeyd edək ki, gözəllik salonları/bərbərxanalarda viral hepatitlər və İİV infeksiyasına yoluxma riski steril olmayan manipulyasiya  (manikür, təraş və s.) alətlərinin zədələnmiş dəri ilə kontaktı zamanı baş verə bilər.

 

Sorğunu cavablandıran şəxslərin manipulyasiya alətlərinin  sterilliyi barədə yanlış bilgiləri olub. Belə ki, respondentlərin təxminən 50 faizi alətlərin spirtlə, dezinfeksiya vasitələri ilə təmizlənməsi və ya alətlərin ultrabənövşəyi kamerada saxlanılmasını sterillik üçün kifayət etdiyini düşünüblər. 

 

Əslində gözəllik salonlarında manikür/pedikür və təraş alətlərinin təmizlənməsi hər müştəridən sonra aşağıdakı mərhələlərlə aparılmalıdır:

  1. Alətlərin dezinfeksiya (kimyəvi təmizləmə) mərhələsi – alətlər dezinfeksiyaedici məhlulda təlimatda göstərilən müddət ərzində saxlanılır.
  2. Mexaniki təmizləmə mərhələsi – alətlər axar isti və ya ilıq suda fırçayla sabun məhlulu ilə yuyulur və yaxalanır. Daha sonra alətlər havada və ya xüsusi cihazda tam qurudulur və kraft-paketlərə yerləşdirilir.

Qeyd:  Dezinfeksiya və mexaniki təmizləməni birgə Ultrasəs vanna cihazında da etmək olur.

  1. Sterilizasiya (fiziki təmizləmə) mərhələsi – içində alətlər olan kraft-paket fiziki olaraq quru istilik sterilizator və ya avtoklavda təlimatda qeyd olunan vaxt və dərəcə tələblərinə uyğun (avtoklavda 120°С-də 45 dəq., quru istilik sterilizatorda 180°С-də 60 dəq.) olmaqla sterilizə olunur.
  2. Sterilizasiya bitdikdən sonra isə alətləri paketlərdən çıxarmadan UV kamerada saxlanılması tövsiyə olunur.

 

Sorğu bitdikdən sonra respondentlərin e-poçt ünvanlarına viral hepatitlər, İİV/QİÇS və vərəm xəstəlikləri haqqında, həmçinin salonlarda bu infeksiyalara yoluxma riskini yaradan səbəblər və alətlərin sterilizasiyası barədə əsas məlumatlar göndərilib.


 412    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *