Bagla

Həkimdən soruş

Hekimden sorus







Osteoartritli xəstəni 15 dəqiqəyə necə müayinə etmək olar?

Blits (almanca Blitz – ildırım, ildırımvari oyun) şahmat oyunudur və hər gedişin üzərində yalnız 3-10 dəqiqə düşünmək olar. “İldırımvari oyunun üstünlüyü dinamizmi və əyləncəsindədir, o şahmat təfəkkürünü inkişaf etdirir”, – bu sözlər şahmat üzrə səkkizinci dünya çempionu Mixail Tala aiddir.

 

Ambulator qəbula biz də həkim olaraq dina­mizm və əyləncə qatmalıyıq ki, xəstə yanımızdan tam məmnun getsin.
Söhbət sümük və oynaq xəstəliklərinin diaqnostikası və müalicəsindən gedəcək.

 

Əvvəl sümük və oynaqların əsas zədələnmə səbəblərini xatırladaq. Etiologiyasına görə artropatiyaların növləri:
● infeksion: piogen, reaktiv;
● iltihabi: revmatoidli artrit, podaqra, ankilozlaşdırıcı spondiloartrit, psoriatik artrit, birləşdirici toxumanın sistem xəstəlikləri, sistemli vaskulitlər, digər spesifik xəstəliklər;
● osteoartrozlar (sinonim – osteoartritlər): poliartrozlar, koksartrozlar və s.;
● digər oynaq zədələri: qazanılmış deformasiyalar, oynaqdaxili zədələnmə və s.
Spesifik oynaq iltihabından şübhələnib xəstəni vaxtında revmatoloqun yanına yönəltməyə kömək edən müəyyən əlamətlər var, o cümlədən:
● dinc vəziyyətdə artan və fiziki hərəkətdə, QSİP qəbulundan sonra azalan ağrı və tutulma;
● EÇS, S-reaktiv zülalın artması və trombositoz;
● müsbət “köndələn sıxma” və ya “squeeze” testi;
● qanda sidik turşusu səviyyəsinin artması;
● dəri, oynaq, böyrəklər və ağciyərlərin eyni vaxtda zədələnməsi, gözlərdə quruluq, Reyno fenomeni;
● iltihabi artritlər – urgent xəstəliklər.

 

Əsas təhlükə əlamətləri: sistemli iltihab, psixi pozuntular, ciddi travma, sistemli xəstəlik əlamətləri, onkologiya, lokal septiki proses, ocaqlı nevroloji pozuntular.
Oynaq ağrısından şikayətlənən pasiyentlərə terapevtin sualları:
1. İltihabi bel ağrıları varmı?
2. Psoriaz, seboreya, dırnaq layının dəyişikliyi varmı?
3. Qohumlarda psoriaz, artritlər varmı?
4. Sidik ifrazı ağrılıdırmı?
5. Anamnezdə keçirilmiş sidik-cinsiyyət/bağırsaq infeksiyaları varmı?
6. Tez-tez gözlərin qızarması/iltihablaşması/konyunktivitləri narahat edirmi?

 

Beləliklə, müəyyən əlamətlər toplusu, o cümlədən:
● cavanlarda oynaq sindromu;
● monoartit;
● səhərlər oynaq tutulması;
● dəri səpgiləri, dırnaqların zədələnməsi;
● qızdırma, bədən çəkisinin azalması;
● qohumlarda revmatik xəstəliklərin olması;
● oynaqların defiqurasiyası/deformasiyası;
● oynaqların və oynaqyanı yumşaq toxumaların obyektiv iltihab əlamətləri;
● oynaqların hərəkəti/palpasiyası zamanı ağrı, krepitasiya –
terapevt üçün xəstəni revmatoloqun yanına göndərməyə əsasdır. Onu da bilmək vacibdir ki, immuniltihabi revmatik xəstəliklər zamanı letallığın əsas səbəblərindən biri koronar aterotrombozdur, odur ki, onları erkən mərhələdə aşkar etmək və xəstəni vaxtında mütəxəssisin yanına göndərmək vacibdir.

 

Oynaqların ən çox yayılmış xəstəliyi osteoartritdir. Bu xəstəlik,, ilk növbədə, iki proseslə bağlıdır: komorbid patologiya və piylənmə.
Osteoartritin əsas xüsusiyyəti onun geterogenliyidir. Əsas fenotipləri:
● yaş – assosiasiyalı;
● genetik determinasiyalı;
● estroqenasılı;
● posttravmatik;
● kristall-induksiyalı;
● metabolik (o cümlədən diabet-induksiyalı).
Bu fenotiplər xəstəliyin müəyyən risk amilləri ilə bağlıdır:

 

Sistemli faktorlar
1. yaş
2. cins
3. irq
4. hormonal status
5. genetik faktorlar
6. qida amilləri (vitamin C və D protektiv amillər kimi)

 

Lokal faktorlar
1. əvvəlki zədələnmə
2. zəif əzələlər
3. qeyri-düzgün oynaq oxu
4. hipermobillik

 

Xarici faktorlar
1. piylənmə
2. oynaqların spesifik yükü
– idman və fiziki yük
– peşə faktorları

 

Osteoporozla əlaqə
Oynaqlara baxış zamanı aşağıdakı əlamətlərə diqqət verilir:

 

Əl darağının müayinəsi
1. dəri: hiperemiya, yerli temperatur
2. düyünlər:
– psoriatik;
– dərialtı düyünlər: distal – osteoartrit, digər – psoriaz və revmatoidli artrit
3. sümükarası əzələlər: funksiyanın azalması, əzələ sahələrinin təcrid olması
4. əl darağı: deformasiya və defiqurasiya; sıxma simptomu

 

Bazunun müayinəsi
1. dəri: hiperemiya, yerli temperatur
2. funksiya: bükülmə/açılma; kontrakturlar; pronasiya/supinasiya

 

Çiyinin müayinəsi
Müxtəlif istiqamətli hərəkət vaxtı çiyində ağrı
Aşıq-baldır oynağının müayinəsi – uzanıqlı
1. dəri: hiperemiya, şişkinlik;
2. funksiya: yuxarı, aşağı, rotasiya
3. ayaqların uzunluğu:
4. pəncə barmaqları: baş barmaq; 2-3-4 sosisvari barmaqlar

 

Diz oynağının müayinəsi
1. oynağın iki əl ilə fiksasiyası
2. dizüstü
3. palpasiya
4. funksiya: bükülmə/açılma

 

Bud-çanaq oynağının müayinəsi: funksiya – hər ayağın qalxması, bükülməsi, rotasiyası, yana açılması

 

Osteoartritin ilkin əlamətləri: fiziki yük və ya travma vaxtı oynaqda ağrı epizodları – zamanla xəstəlik proqressivləşir – ağrı daimidir – oynaq funksiyası pozulur – əlillik – operativ müalicə. Paralel olaraq kardiovaskulyar patologiya pisləşir. Osteoartritin kəskinləşməsinə mikrotravmalar, metabolizm pozuntuları, iltihabın aktivasiyası, distress, müalicənin kəsilməsi səbəb olur.
Müalicənin əsasını qeyri-steroid iltihab əleyhinə preparatlar təşkil edir, çünki ağrını effektiv və tez aradan qaldırır. Preparat əks-göstərişlər və komor­bid patologiya nəzərə alınmaqla seçilməlidir: ürək, böyrək, qaraciyər və damar xəstəlikləri. Ağrı sindro­mu güclü deyilsə, bu preparatlar lokal, habelə peroral və parenteral qaydada istifadə oluna bilər.
Daha bir qrup preparatlar xondroprotektorlardır. Effekt olmadıqda müxtəlif maddələrin oynaqdaxili yeridilməsi məsləhətdir. Qeyri-medikamentoz müalicə üsulları: maqnit, lazer, ÇENS.


 1076    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *