Bagla

Həkimdən soruş

Hekimden sorus







Öz arterial təzyiq göstəricilərini bilmək niyə vacibdir? – TEST

2006-cı ildə 17 may günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən arterial hipertoniya ilə mübarizə günü elan edilmişdir və bütün dünyada qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd əhalini arterial hipertoniyaya qarşı profilaktik tədbirlərə, həmçinin bu xəstəliyin diaqnostikasına və müalicəsinə dair məlumatlandırmaqdan ibarətdir. Hamıya məlumdur ki, arterial hipertoniya infarkt, insult və görmə qabiliyyətinin itirilməsi kimi halların ən çox rast gəlinən səbəblərindəndir. Bütün dünyada arterial hipertoniyadan əziyyət çəkən 1,5 milyard insanın olduğu müəyyən edilmişdir və ən vacibi də odur ki, onların demək olar ki, yarısı öz xəstəliyindən xəbərdar deyil. Çox vaxt arterial hipertenziya simptomsuz keçir, yalnız bəzən baş ağrıları qeyd olunur… Bax, bu səbəbdən də ona «dinməz  qatil» deyilir. Ona görə arterial hipertoniya ilə ümumdünya mübarizə gününün əsas mövzusu belədir: «Öz arterial təzyiq göstəricilərini bilin!».

 

“Gedeon Richter”, Şərqi və Mərkəzi Avropada ən iri dərman istehsalçısı olan əczaçılıq və biotexnologiya şirkəti, belə tədbirlərdə iştirak etməyi özünün sosial məsuliyyəti hesab edir. Ona görə də, “Gedeon Richter” Azərbaycandakı nümayəndəliyi bu gün hər kəsi yüksək təzyiqin qarşısının alınması və mübarizə tədbirlərinə diqqət yetirməyə çağırır.

 

Bəs, siz necə? Ömrünüzü uzadır yoxsa qısaldırsınız? Aşağıdakı müddəaları şəxsən özünüz üçün uyğunluq dərəcəsinə görə qiymətləndirin və, arterial təzyiqiniz haqqında narahatlığa əsas olub-olmadığını müəyyən edin.

 

  1. 1. Zərərli yeməklər ən dadlılardır. Odur ki, mütəmadi olaraq həm, yağlı, həm də qızardılmış yeməklər yeyirəm. Gün ərzində 60 q qədər müxtəlif mənşəli yağ və 100 q-dan artıq ət və kolbasa yeyirəm.

– xeyr, heç bir halda – 0

– bəli, amma arabir – 3

– özümü qısmağa lüzum görmürəm və göstərildiyindən də artıq yeyirəm – 6

 

  1. Bədən çəkim normadan 5 kq-dan da artıqdır.

– əlbəttə ki, yox – 0

– bəli, amma normadan 15kq-dan artıq deyil – 3

– çəkim normadan 15 kq-dan artıqdır və bununla heç nə edə bilmirəm – 6

 

  1. Hesab edirəm ki, siqaret çəkmək normaldır.

– xeyr, bir ildən artıqdır çəkmirəm  – 0

– bəli, amma, gün ərzində 10 siqaretdən artıq deyil – 8

–  bəli, amma, gün ərzində 20 siqaretdən artıq deyil – 11

– bəli, 20 siqaretdən artıq – 14

 

  1. Gün ərzində iki parçdan artıq pivə içirəm (çaxır badəsi, araq qədəhi).

– xeyr, çox nadir hallarda – 0

– bəli, bu hallar tez-tez baş verir – 2

– bəli, demək olar ki, hər gün və daha çox içirəm – 4

 

  1. Evdə və işdə çox yoruluram. Bəzən, əsəblərim dözmür.

– xeyr, bu nadir hallarda olur – 0

– bəli, vaxtaşırı olur – 2

– bəli, mən gərgin şəraitdə demək olar ki, yaşayıram və heç nəyi dəyişə bilmirəm – 4

 

  1. Sabahıma görə narahatam, pis hadisələrin baş verəcəyini gözləyirəm.

– xeyr, tamamilə rahatam – 0

– həmişə olmasa da, tez-tez belə olur – 2

– bəli,  çoxdandır  mənəvi  iztirablar  içində yaşayıram – 4

 

  1. Yaxınlarımın qan təzyiqi yüksəkdir.

– xeyr, hər halda, mən bunu bilmirəm – 0

– bəli, valideynlərimdən biri əziyyət çəkirdi – 2

– bəli, hər iki valideyn və (və ya) bacı və qardaşım əziyyət çəkir – 4

 

  1. Tez-tez başım ağrıyır, sanki, qurğuşunla dolub.

– xeyr, demək olar ki, olmur – 0

– arabir, lakin, əvvəlkindən tez – 2

– bəli, tez-tez – 4

 

  1. Mənim üçün sağlam yuxu – əlçatmaz arzudur.

– xeyr, mən yaxşı yatıram – 0

– bəzən dərhal yuxuya gedirəm, bəzən – çətinliklə – 2

– çətin yuxuya gedirəm və yuxu dərmanı qəbul etməli oluram – 4

 

  1. Hətta, yüngül fiziki hərəkət və hərəkətsizlik şəraitində belə güclü ürəkdöyünmə, ürək ritminin pozulmasını hiss edirəm.

– xeyr, heç vaxt bu problemlə üzləşməmişəm – 0

– bəli, arabir olur – 2

– bəli, tez-tez və getdikcə ağırlaşır – 6

 

  1. Fəal, hətta, yorulmaz insanam. Həllini gözləyən məsələlər mənim üçündür!

– xeyr, beləsi deyiləm – 0

– bəli, mən təşəbbüskaram, amma, vaxtında dayana bilirəm – 2

– bəli, daima oyanıq vəziyyətdəyəm, bəzən üzülürəm – 4

 

TEST  NƏTİCƏLƏRİ

10 BALDAN AŞAĞI

Mübaliğə etmirsinizsə, arterial hipertenziyanın yaranması üçün xüsusi səbəb yoxdur. Lakin, səhər gimnastikası və təmiz havada gəzintini unutmaq olmaz. Qida rasionuna maqnezium (yulaf yarması, itburnu, qoz-fındıq, kəpək) və kalium (sobada bişirilmiş kartof, kişmiş, qaysı qurusu, qara gavalı, kələm, badımcan, ərik) duzları ilə zəngin olan faydalı ərzaq məhsullarını əlavə edin. Dəniz məhsullarını da unutmayın. Yaşınız 40 ötmüşdürsə, ildə iki dəfə həkim müayinəsindən keçmək lazımdır.

 

11-DƏN 20 BALA QƏDƏR

Qan təzyiqiniz artsa da, artmasa da, bunun üçün artıq, kifayət qədər səbəb var. Onları aradan qaldırmağa çalışın: səmərəli qidalanın, çəkinizə nəzarət edin, nikotin və alkoqoldan az istifadə edin. Hər gün heç olmasa, yüngül fiziki hərəkət edin: pilləkənləri piyada qalxın, gimnastika ilə məşğul olun. 10 dəfə çömbəlib qalxdıqdan sonra qan təzyiqinə nəzarət edin. Normal və yüksək təzyiqdən savayı, aralıq «labil» təzyiq göstəricisi də mövcuddur. Sakit vəziyyətdə normal olan və yüngül fiziki hərəkət zamanı artan labil təzyiq – hipertoniyanın ilkin əlaməti və ya birinci mərhələsidir.

 

21-DƏN 30 BALA QƏDƏR

Yüksək qan təzyiqinə meylli insanlara aidsiniz. Formalaşmış hipertoniyanın olması yaxud onu öz zərərli vərdişlərinizlə təhrik etmənizi həkim təyin edə bilər. Şəkər, şirniyyat, un  və qənnadı məmulatlarından imtina edin, yağlı, qızardılmış, duzlu yeməklərdən az istifadə edin. Qida rasionunda çiy tərəvəzlərin miqdarını isə,əksinə, artırın. Nəzərə alın ki, itirilmiş hər kiloqram yağ ehtiyatı arterial təzyiqin orta hesabla civə sütununun bir millimetrinə qədər azalması deməkdir.

 

31 BALDAN ARTIQ

Ciddi hipertenziya təhlükəsinə məruz qalmısınız. Ürək və böyrəklərin funksiyasını yoxlamaq gərəkdir. Yubanmadan həkimə müraciət edin. Artıq çəki ilə mübarizə aparın, siqaret və alkoqoldan imtina edin. Unutmayın: uzun və firavan ömür sürmək üçün sağlamlığın qeydinə qalmaq lazımdır.


 88    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *