

Ondan qurtulmaq üçün 7 əsas əlamət və 6 məsləhət sizə yardımçı ola bilər.
Panik hücumlar böyük şəhərlərin sakinlərinin əsl bəlasıdır.
Biz gün ərzində çox tələsirik, təbiətlə təmasda az oluruq və işdə, ailədə daha çox əsəbləşirik. Elə zaman gəlir ki, hansısa bir an bədən artıq streslə bacarmır, və bütün mümkün olan yollardan istifadə edib, sizə bildirir ki, artıq dayanıb və istrahət etmək lazımdır. Vurğulamağa dəyər ki, gecə və ya gündüz, evdə və ya metroda, iş yerindəki görüşdə və ya bir ailə şənliyi zamanı panik hücum sizi tuta bilər. Yaşadığınız narahatlığın həqiqətən panik hücum olduğunu necə müəyyənləşdirmək olar? Və ən əsası – nə etməlisiniz? Bu suallara aşağıdakı məsləhət və tövsiyələrin köməyi ilə aydınlıq gətirə bilərsiniz.
| Tövsiyə: Bu zaman qorxursunuz və yerin ayaqlarınızın altından qaçdığını hiss edirsiniz. Ancaq fikrinizi bir yerə cəmləyin, dərindən və yavaşca nəfəs alın, bilin, bu çox vacibdir. Beləliklə, beyninizi anidən “aldada” bilərsiniz, çünki yavaş nəfəs ona istirahət siqnalı göndərir. Tez-tez və dayaz nəfəs almaqdan çəkinin. Bu əksinə yalnız panik hücumu gücləndirəcəkdir. |
| Tövsiyə: Rahat oturub mümkün qədər dərin nəfəs almağa çalışın. Panik hücum zamanı ürək bulanmasının həzm və ya zəhərlənmə ilə əlaqəsi olmadığını durmadan özünüzə xatırladın. Çalışın, gözlərinizi qapamayasınız. Çünki gözlər qapananda siz duyğular aləminə daha çox dalırsınız və bu anda da simptomlar daha da güclənir.
Əksinə, kənarda nələr varsa, ona diqqət yetirməyə çalışın – yoldan keçənləri, kiçik detalları nəzərdən keçirin, ətrafınızdakı rənglərə və səslərə diqqət yetirin. |

| Tövsiyə: Ürəkdə bir nasazlıq yaranırsa, infarktın qarşısını almaq üçün dərhal təcili yardım çağırın. Əvvəllər panik hücumla rastlaşmısınızsa, arxası üstə uzanıb mümkün qədər yavaşca nəfəs almağa çalışın. Bədən rahatlanmağa başlayan kimi ağrı dayanacaq. |
| Tövsiyə: Əyləşin, mümkün qədər dərindən nəfəs alın, bədəninizin uyuşma və ya sancı hiss etdiyiniz hissəsini masaj edin. Bu simptomun ciddi bir xəstəlik əlaməti olmadığını və yalnız güclü stress nəticəsində bədəninizin düşdüyü vəziyyət kimi qəbul edin. |
| Tövsiyə: Özünüzə xatırladın ki, panik hücum həyat üçün təhlükə yaratmır, ölməyəcəksiniz. Adətən belə hallarda simptomlar çox tez uzaqlaşır və tezliklə siz özünüzü daha yaxşı hiss edəcəksiniz. |
| Tövsiyə: Gerçəkliyə qayıtmağa çalışın. Bunun üçün nəfəs almağa və ya toxunma hisslərinə fikirinizi cəm etmək faydalıdır. Yaxınlığınızdakı hər hansı bir əşyaya toxunun. Sərt və ya yumşaq, soyuq və ya isti, fərqi yoxdur. Bütün diqqətinizi toxunma hisslərinə yönəltməyə çalışın. |
Bir cavab yazın