Bagla

Həkimdən soruş

Hekimden sorus







Parazitolgin vasitəsilə bu tip parazitlərdən xilas olmaq mümkündür

İnsan helmintozları ümumibəşər problemdir. Əhalinin sağlamlığına göstərdiyi patoloji təsirə və ölkələrin sosial-iqtisadi inkişafına vurduğu maddi ziyanın miqdarına görə qətiyyətlə demək olar ki, helmintozlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qarşısında duran və həlli tələb edilən qlobal problemdir. ​Dünyada insanlarda 250-yə qədər helmint növü aşkar edilib.

 

Azərbaycanda bunların 30 növü qeyd olunub. Lakin son illər əhalinin intensiv miqrasiyası, beynəlxalq əlaqələrin, o cümlədən turizm, biznes əlaqələrin artması respublikamızda əvvəllər qeyd edilməyən yeni helmint növlərinin gətirilməsinə səbəb olur. ​

 

Helmintozların klinik əlamətlərinin polimorfluğu ilə əlaqədar, bu xəstəliklərin diaqnozunun müəyyən edilməsinə tibb işçiləri, o cümlədən pediatrlar, terapevtlər, cərrahlar, okulistlər, nevropatoloqlar və digərlər gündəlik işlərində ciddi çətinliklərlə qarşılaşırlar.

 

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi həkimlər öz peşələrinin yüksək səviyyəli mütəxəssisləri olsalar belə helmintozlar barədə, xüsusən, onların patogenezi, diaqnostikası və müalicəsi haqqında kifayət qədər məlumata malik deyillər.

 

​Helmintoz xəstəliyi parazitar qurdların (helmintlərin) insan orqanizminə daxil olub, ona tez zərər vermədən, öz metabolitləri ilə toxuma üzvlərini zəhərləyən, maddələr mübadiləsini pozan, orqanizmdən qida mənbəyi kimi istifadə edərək artıb çoxalan, digər xəstəliklərin əmələ gəlməsinə səbəb olan parazitar xəstəlikdir. Bu xəstəlik bütün dünyada çox geniş yayılıb.

 

Helmintlərin epidemiologiyasına görə təsnifatı:

➢ Geohelmintlər.

 ➢ Biohelmintlər.

 

Yoluxma yoluna görə helmintlər aşağıdakı qruplara bölünür:

 ✓ Alimentar (ağızla-peroral) – qida, su, çirkli əllər, yaxşı yuyulmamış meyvə-tərəvəz məhsulları ilə yoluxulur. Bunlara Ascaris lumbrbricoides, Trichocephalus trichiurus və s. aid etmək olar.

 ✓ Kontakt-məişət, ev əşyaları, ev heyvanları və s. ilə (autoinvaziya, reinvaziya deyilir) Enterobius vermicularis, Himenolopis nana və s.

✓ Transmissiv – həşəratlar, ağcaqanadlar, milçəklər vasitəsilə yoluxma, məs., Filariidoe cobbold və s.

 ✓ Dəri vasitəsi ilə – hovuzlarda, açıq su hövzələrində, torpaqda ayaqyalın gəzdikdə yoluxma olur. Növünə görə isə 3 sinfə bölünürlər:

1. Nematodlar sinfi (girdə qurdlar) – Ascaris lumbrbricoides, Enterobius vermicularis, Trichocephalus trichiurus.

2. Sestodlar sinfi (lentşəkilli qurdlar) – Taenia arhyzchus, Echinococcus granulozus və s.

3. Trematodlar sinfi (sorucu qurdlar) – Opisthorchis felineus rivolta, Clonorchis sinensis, Schistosoma hematobium.

 

Ümumiyyətlə, helmintozlar əhalinin bütün yaş qruplarında təsadüf edilir. Lakin uşaqlarda buna daha çox rast gəlinir. Ona görə də uşaqlar hər bir əşyanı, oyuncaqları, torpaq, daş və s. dadmağı xoşlayır və asanlıqla helmintlərə yoluxur.   

 

Bundan başqa, şəxsi gigiyena qaydalarına düzgün əməl etmədikdə helmintlər tez yoluxma baş verir. Helmintoz xəstəliyinin klinikası çoxşaxəlidir. Bu da onların daxil olduqları yerdən digər orqanlara miqrasiyası edib öz metabolitləri ilə həmin üzv və toxumaları nə dərəcədə zəhərlənməsindən asılıdır. Odur ki, belə xəstələrdə temperatur reaksiyası, allergik reaksiyalara (həm ümumi, həm lokal), allergik ekzantemaya, övrə, dermatit, bronxospazm, hətta bronxial astma xəstəliyinə qədər gətirib çıxara bilər. Helmintlər bağırsaqlardan ferment, vitamin, mikroelement, amin turşularının sorulmasını çətinləşdirir. Bu da əqli və fiziki inkişafın gerilməsinə səbəb olur.

 

Eyni zamanda , onlar miqrasiya etdiyi üzvlərin funksiyasını pozaraq böyrək, sidik yolları, ginekoloji, oftalmoloji və s. xəstəliklərə səbəb olur. Uşaqlarda daha çox iştahanın azalması, yuxuda ağız suyunun ifrazı, dişlərin qıcanması, qarında ağrılar, qəbzlık, bəzən ishal, ürəkbulanma, yuxsuzluq, yorğunluq, əzginlik, yaddaş zəiflənməsi, quru öskürək, qanazlığı və s. kimi simptomlar olur.

 

 Son illər helmintozların müalicəsində geniş təsirli preparatlar təklif edilmişdir. Lakin bu preparatların heç biri 100% effekt vermir və istifadə olunan kimyəvi dərmanlar bir çox əlavə təsirlərə, qaraciyər, böyrək, mədə-bağırsaq sistemində pozulmalara, müxtəlif allergik reaksiyalara səbəb olur.

 

Parazitolginin tərkibində olan təbii dərman bitkilərin sayəsində bu parazitlərın (enterobioz, askaridoz, ankilostomoz, trixosefalyoz, tenioz, lyamblioz) tam təmizlənməsi mümkündür. Şərbət adi dağtərxunu, adi balqabaq, adi kəklikotu, mixək, aptek çobanyastığı, dərman pişikotu adi dazıotu bitkilərdən və köməkçi maddələrdən (distillə su, saxaroza, limon turşusu, pektin, natrium benzoat, qliserin) ibarətdir.

 

Şərbətin təkibindəki bitkilər sayəsində qurdlarlın əzələ sistemini tam tonusdan salaraq iflic edir. Bağırsaqların peristalikasını artıraraq qurdlardan rahat şəkildə azad olmasına yardım edir, iltihabı, spazmı, allergiyanı aradan götürür, orqanizmi sakitləşdirir və iştahı artırır. Ödün qovulmasına kömək etməsi nəticəsində qaraciyəri və orqanizmi intoksikasiyadan qoruyur.

 

İstifadə qaydası həkim tərəfindən təyin edilir.

 

Qeyd edək ki, Parazitolgin tam təbiidir, allergik reaksiyalar yoxdur.

 

Tibb elmləri doktoru Qəhrəmanova Məlahət haqqında:

“Nərgiz” klinikasının direktoru. Azərbaycan “Fitoterapevtlər” İctimai Birliyin Sədri “Bitkilərin sirli dünyası”  kitabının müəllifidir.

Bir neçə patentə sahibdir: 1 Dünya patenti (WİPO, BMT),

Dünya patenti Hb, Qaraciyər müdafiəedici, öd qovucu  iltihabı əleyhinə alınmışdır.

Bu dünya patenti 159 ölkə tərəfindən tanınır.

10 Azərbaycan Respublikası patenti, 9 Avrasiya patenti.

Bir çox Beynalxalq forumlar, seminarlar və simpoziumlarda iştirak edib, 23-dən çox məqalələri dərc olunub. 

Türkiyədə Beynalxalq “Altın Göl” mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Patent və ƏMTƏƏ nişanlar Mərkəzi tərəfindən «İxtiraçılıq sahəsində beşinci Respublika müsabiqəsinin qalibi» diplomu ilə təltif olunub.

Koreya Respublikası Əqli Mülkiyyət İdarəsi və Koreya və Qadın İxtiraçiları Birliyi tərəfindən Qızıl, Gümüş və Bürünc medallara layiq görülüb.

“Saç kökünü bərkidilməsi üçün vasitəyə görə”: Vyetnam Patent  təşkilatçılıq tərəfindən diplomu ilə təltif olunub və xüsusi mükafata layiq görülüb.

Makedoniya Respublikasının Əqli mülkiyyəti dövlət idarəsi tərəfindən diplom ilə təltif olunub. Gürcüstanın Qızıl Runa Sərgisini patent təşkilatçılıq tərəfindən DİPLOM ilə təltif olunub. Koreya Qadınlar ixtiraçı və sahibkarlar üçün Beynəlxalq akademiya tərəfindən diplom ilə təltif olunub. 2021-ci ildə “Uluslararası Zirve Ödülleri”nə layiq görülüb.

 

Əlaqə: 051 388 72 72


 59    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *