Bagla

Həkimdən soruş

Hekimden sorus







Pediatr Dr. Kənan Qarayev: Peyvəndlərlə əlaqəli maraqlı faktlar

Qarayev Kənan Qurban oğlu 21.09.1985 ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olub.

  • Binəqədi  rayonu  R.Əliyev adına 3 saylı orta məktəbi bitirb.
  • 2003 cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinə daxil olub.
  • 2011 ci ildə Funda Tibb mərkəzi və eyni zamanda 1 saylı şəhər Dəmiryol poliklinikasında çalışmışdır.
  • 2012 ci ildə Türkiyə İstanbul şəhəri Şişli Hamidiyə Etfal Eğitim və araştırma xəstəxanasında ümumi pedriatriya üzrə təhsilini davam edib.
  • 2015 ci ildə Ankara Qazi Universitetində Neanatologiya  üzrə təhsilini davam etmişdir.
  • 2006 cı ildən İstanbul Çocuk Dostları konqresinin davamlı iştirakçısıdır.
  • Ektodermal Displazi xəstəliyi üzrə məqalənin müəllifidir və Çocuk Dostları Konqresində çap olunub.
  • Nizami Rayon Qızıl Aypara Cəmiyyətinin həkimidir.
  • Hal hazırda Xətai Klinikasında Həkim-Pediatr olaraq çalışır.

 

1 Eyni zamanda bir neçə peyvəndin olunması təhlükəlidirmi?

  • Bunun heç bir yan və əlavə təsiri yoxdur, tam təhlükəsizdir.

 

2 Peyvəndlərdən sonra qidalanma və vanna qəbulu

  • BSG peyvəndindən başqa digər peyvəndlərdən sonra həm vanna həm qidalanma əks göstəriş deyil

 

3 Peyvəndlərdən əvvəl və ya sonra qızdırmasalıcı dərmanlar vermək olarmı?

  • Heç bir peyvənddən əvvəl qızdırmasalıcı vermək olmaz, əgər peyvənddən sonra qızdırma olarsa nəzarətlə verilə bilər.

 

4 Peyvəndlər uşaqları xəstəliklərdən nə qədər qoruyur?

  • Heç bir peyvənd 100% qorumaz, 90% qoruma gücünə malikdir və ya xəstəlik zəif simptolarla özünü göstərir.

 

5 Antibiotik içilən zaman peyvənd oluna bilərmi?

  • Əks göstəriş deyil, əsas xəstəliyin peyvəndə əks göstərişinin olmamasıdır.

 

6 Peyvənd və Autizm ?

  • Aparılan araşdırmalarda peyvənd və Autizm arasında bir əlaqə tapılmamışdır.

 

7 Thiomersal nədir, Thiomersal tərkibli peyvəndlər etmək təhlükəlidirmi?

  • Thiomersal ( Sodyum etil civə tiosulfat) təbii bir civə birləşməsidir. Peyvənd istehsalı zamanı olabiləcək mikrob və göbələklə çirklənmə olmaması üçün isifadə olunur. Bunun Autizmə səbəb olabiləcəyi üzərindən aparılan araşdırmalar sübut tapmamışdır.

 

8 Öskürək və burun axıntısı olarsa peyvənd vurulması

  • Yüngül soyuqdəymə və zəif simptomlarla gedən qrip infeksiyalarında  peyvənd əks göstəriş deyil.

 2154    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *