Bagla

Həkimdən soruş

Hekimden sorus







Piyaləyə dolanan ilan – tibb rəmzinin tarixi

Tibb elmi tarix boyu hər zaman insanların sağlamlığını qorumaq üçün daim inkişaf edir. Bəzi mənbələrdə və xüsusən də yunan əsatirlərində  sağlamlıq tanrısının olması da göstərilir. Bu isə onu deməyə əsas verir ki, tibb elmi sağlamlıq məsələləri daim diqqət mərkəzində olub. Bu yazımızda sevimli oxucularımıza qədim dövrlərdən bu günə kimi aktuallığını itirməyən və bu gundə tibbin təqdimatı kimi sayılan simvollarından biri haqqında  danışacağıq. Bildiyiniz kimi tibbdə bəzi simvollar var ki, ilk baxışda onun hansı mənanı ifadə etdiyi hələ də qaranlıq qalır. Məsələn, apteklərin üzərində gördüyümüz və onun rəmzinə çevirilmiş piyaləyə dolanan ilan şəkli. Bu simvolun mənası nədir? Bunu əməkdaşımız Bəxtiyar Məcidli araşdırırb.

 

 

PİYALƏYƏ DOLANAN İLAN

BU SİMVOL NƏYİ İFADƏ EDİR?

Tibbin tarixini araşdırarkən onun köklərinin çox-çox qədimlərə gedib çıxdığını görərik. Hətta o dərəcədə ki, antik yunan mifologiyasında tibbi, sağlamlığı tərənnüm edən ilahələr, tanrılar olub. Əsatirlərə inansaq, bu tanrı istənilən xəstəliyi sağaldır, bir toxunuşla ölüyə can verə bilirmiş. Təbii ki, bunlar qədim insanın təxəyyülünün məhsuludur. Lakin, müasir tibbin rəmzinə çevrilmiş bir çox piktoqrafik – yəni şəkli yazılar var ki, kökü həmin mifologiyalardan qaynaqlanır. Məsələn, hər zaman göz önündə olan, lakin mənasını bilmədiyimiz piyaləyə dolanmış ilan simvolu. Yəqin ki, apteklərdə və səhiyyə ocaqlarında gördüyümüz bu simvol çoxlarına tanışdır.

Ən qədim dövrlərdə ilan bir simvol kimi istifadə olunurdu. Demək lazımdır ki, bütun sahəvi biliklər hamısı birlikdə idilər, ayrı-ayrı sahələrə bölünməmişdilər və bu dövrdə  biliklərin simvolu, müdrikliyin simvolu ilan idi.

 

 

Qədim mənbələrdə ilanın dərisini dəyişməsi onun həmişə cavan qalmasına işarə idi. Bu səbəbdən ilanların ölümsüz olduğunu düşünənlər onu müqəddəs hesab edirdilər. Yunan mifologiyasında Asklepius (Asclepius) adlı Sağlamlıq tanrısının olması haqqında rəvayətlər var. Rəvayətə görə o, əlindəki əsa ilə xəstələrə şəfa verirmiş. Bu əsanın üzərinə isə ilan dolanıbmış.

Bu mifologiyaya görə Krit çarı Asklepiusu çağırıb ki, onun ölmüş oğlunu diriltsin. O, çarın yanına getməyə hazırlaşarkən  görür ki, əsasının üstündə ilan var. Bu ilanı öldürür. Dərhal başqa bir ilan ağzında şəfaverici otla ölmüş ilana yaxınlaşır onun yarasina səfaverici otu sürtür və ölmüş ilan dirilir. Asklepius da həmin səfaverici otu götürür gedir  Krit çarının oğlunu dirildir.

 

İlanların zəhərindən bir çox dərmanlar hazırlandığı hamıya məlumdur. Bu dərmanlar əsasən piyalələrdə hazırlanırdı. Apteklərdə gördüyümüz piyaləyə dolanan ilan simvolunun da buradan qaynaqlandığı ehtimal olunur. Onu da qeyd edək ki, bu simvol ümumdünya səhiyyə təşkilatının da rəmzi hesab olunur.


 544    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *