Bagla

Həkimdən soruş

Hekimden sorus







Əcnəbi eşq

Yay məzuniyyəti vaxtı bir-birinin dilini anlamayan istirahət edənlər arasında belə asanlıqla münasibətlər yaranır.

 

Türkiyə
Yayda bu ölkəyə dünyanın hər yerindən mil­yonlarla turist axışır. Həyatsevər türklər isə əcnəbi xanımlarla eşq yaşamağa heç də etiraz etmir. Xanım daha yaxın münasibətlərə hazırdırsa, fürsəti əldən verməzlər. Burası da var ki, evdə onları xanımları və uşaqları gözlədiyi haqda susmağa üstünlük verəcəklər. Türk kişiləri elə ilk dəqiqələrdən sizə “canım”, “həyatım” deyəcək. Dil qabiliyyətləri yaxşıdır, asan ünsiyyətə girir, hazırcavabdır, ürəkdən gülməyi sevirlər. Komplimentlər yağış kimi yağır. Hər bir türk qəlbən şairdir.
Tanışlığın nə ilə bitəcəyini qabaqcadan demək çətindir. Bəzi qadınlarımız ailə qurur və Türkiyədə qalır. Amma bu halda onlar müsəlmanlığı qəbul etməli, başlarını örtməli və ərin çoxsaylı əqrəbasına öyrəşməli olur.

 

Misir
Ərəblər istiqanlığı, ehtirası ilə qürrələnir və xoşlarına gələn qızı təqib edərək lütfünə inanırlar. Məqsədinə çatmaq üçün diqqət, inadkarlıq, hiylədən istifadə edir. Ərəblər çox vaxt biri-biri ilə yarışır – mövsüm ərzində mümkün qədər çox xanım cəzb edənin nüfuzu yüksəkdir.
Dəniz sahilindəki kafelərin birində gülərüz ofisiantla eşq macərası yaşayan əcnəbi xanım bu mehriban “oğlanın” ailəli və bir-iki uşaq atası olduğundan bixəbərdir.
Turist xanıma öz nəzakətini nümayiş etdirən, onu bahalı at səhayətinə cəlb eləyən ərəbi evində arvadı gözləyir.
Göz yaşları içində boğulan kurort sevgisinin qurbanını hava limanına ötürdükdən sonra ofisiant-oğlan yanına tələsdiyi ailəsində sanki sehrli çubuğun hərəkəti ilə sərt, amma ədalətli və nümunəvi ailə başçısına çevrilir.
Şəriətə görə, müsəlman kişinin dörd arvadı ola bilər, amma bir şərtlə ki, hamısına eyni dərəcədə diqqət, vaxt ayrılmalı, hər biri ayrı evdə qalmalıdır. Bəzən varlı olmayan ərəblər əcnəbi xanımlarla evlənir. Amma onunla o vaxtadək yaşayır ki, ərəb qızı ilə “əsl” toy etmək üçün lazımi vəsait toplansın. Onların izdivacı hələ uşaq yaşlarında valideynlər tərəfindən danışılıb.

 

İspaniya
Axşam çağı sahilə gəzintiyə çıxarkən əsl maçosayağı, qara libaslı, yaraşıqlı ispanların əhatəsində başını itirmək olar.
Bu ölkənin kişiləri çox nəzakətlidir və nitqləri ilə sizi ovsunlaya bilərlər. Onlar din, siyasət, ədəbiyyatdan maraqlı söhbətlər edələcək, amma yaxın münasibətlərə heç bir işarə verməyəcək. İspaniyada həmişə qadınların sayı az olub, odur ki, romantik və çılğın olsalar da, qadını hürkütməmək üçün kişilər inadkarlıq göstərmir.
Yenidənqurmanın ilk illərində İspaniyada rus qızları dəbdə idi. Onlar zərif, sevməyi bacaran, xəyalpərəst “turgenev qızları” təsəvvürü yaradırdı. Amma hər iki tərəfin ümidləri özünü doğrultmadı. İspan maçoları o qədər tənbəl idi ki, hətta yataqlarını belə yığışdırmırdı.
Çox fəal, tədbirli rus qadınları isə heç də özünü yalnız kişiyə qayğı göstərməyə həsr etmək məramında deyildi.

 

Yunanıstan
Yunanlar rus qadınlarına pərəstiş edir, onlara diqqət göstərməyi, xoş sözlər deməyi və şirnikləşdirici vədlər verməyi sevirlər. Öz aralarında sevgililərinin sayı ilə qürrələnsələr də, deyilənlər heç də həqiqətə uyğun deyil. Yunan qadınları tünd xasiyyətdir. Hansı biri gerçək xəyanətdən xəbər tutsa, kişinin halı acınacaqlı olacaq. Kişilər də qısqancdır. Ölkədə baş verən nadir qətl hadisələri demək olar ki, həmişə qısqanclıq zəminində törədilir.
Yunanlar ünsiyyətcil xalqdır. Vaxtını tavernalar­da keçirmək, bara, qonaq getmək adi hal sayılır. Hamı milli rəqsləri bacarır, çoxlarının gözəl səsi var. Yunanlı oxuduğu nəğməyə ya rəqsə bütün qəlbini qoyur. Odur ki, ünsiyyət qurun, şənlənin, amma çox arxayın olmayın.

 

İtaliya
Bu ölkənin kişiləri öz zahiri görünüşünə böyük həssaslıqla yanaşır: saç düzümü, cib dəsmalı, parıldayan ayaqqabılar – hər şey yüksək səviyyədə. Tanışlıqda açıqdılar: xoşları gəldiyi qıza sadəcə: ”Belissima!” deyərək ucadan müraciət edirlər. Uzun təkidlərdən sonra onunla bir qədəh şərab içməyə razı olsanız, bir tamaşanın şahidi olacaqsınız. İtaliyalı kişilər yumşaqlığı, qayğısı, dinləmək qabiliyyəti ilə valeh edir. Onların yanında özünüzü dünyanın ən gözəl qadını hiss edəcəksiniz. Danışacaq, xeyli kompliment deyəcək, qızıl dağlar vəd edəcək, evlənməyi təklif edəcək, hətta gələcək uşaqlara ad da fikirləşəcək. Sonra özünü unutqanlığa vuracaq və hər şeyi unudacaq…
Nədənsə onun şəxsiyyətinə maraq göstərməsəniz, italiyalı bunu sadəcə anlamayacaq – o, özünü son dərəcə duyğusal və dünyada ən yaxşı sevgili hesab edir.
Əslində isə, İtaliya patriarxal katolik bir ölkədir. Kişilər 30-35 yaşa qədər valideynləri ilə yaşayır. Seçdikləri qadınla yüz ölçüb bir biçdikdən və ən azı, 6,7, 10 il görüşdükdən sonra evlənərlər.

Almaniya
Almanlar xırdaçıldırlar, amma təsəvvür etdiyimiz qədər ifrat dərəcədə deyil. Bəli, onlar qayda-qanuna hörmət edir. Qadınlarla da münasibəti yazılmamış qaydalara uyğun qururlar. Niyyəti ciddidirsə, qadını restorana öz hesabına dəvət edir. Dost kimi görüşəndə hesabı yarı-yarıya ödəyir. Şam yeməyindən sonra birgə razılığa görə intim münasibətlər olacaqsa, hər kəs öz hesabını ödəyir.
Qız nazlı təbəssümlə “yox” dedisə (işvə dilində bu “hə” deməkdir), alman kişisi məsafə gözləyəcək. “Ola bilsin…” ifadəsini “heç vaxt” kimi anlayır. Almanlar işarə ilə danışmağı sevmir. Yaxınlıq təklif edirsə, bunu nəzakətlə, amma açıq-aydın deyəcək.
Alman ərləri əsl ev sahibidir. Onlar bütün problemləri özü həll etməyə öyrəşib: ailəni dolandırmaq, evdə və istehsalatda ya ofisdə işləmək, çoxu yemək bişirməyi yaxşı bacarır. Onlar həddən artıq xəsis kimi tanınır, amma əslində gerçəkliklə ayaqlaşmağı üstün tutur: axı, onlardan başqa yaxınlarına kim qayğı göstərəcək?

 

Fransa
Fransız kişilərini başqalarından fərqləndirən özünəməxsusluqdur. Nəciblik, cazibə, incə qəlb, savad – bu cəhətlər cəlb etməyə bilməz. Fransızlar qadına əsl həzz verməyə can atır. Kişi vurulubsa, hisslərini gizlətməyəcək. Onların dönüklüyü və dözümlüyü haqqındakı fikirlər şaiədir. Boşanma səbəbləri arasında birinci yeri xəyanət tutur. Fransız kişilərinin xanımlara qoyduğu əsas tələb sədaqətdir.


 65    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *