Bagla

Həkimdən soruş

Hekimden sorus







Sirli məqamlar

“Dostum Horasio, dünyada müdriklərin də bilmədiyi o qədər mətləblər var ki..”. XII əsrdə bu sözləri Hamlet söyləmişdir.

İndi XXI əsrdir, amma qaranlıq mətləblərin üstü hələ də açılmayıb.
Müasir psixologiya elmi bir insanın təmasa girmədən başqasına təsir etmək qabiliyyətini inkar etmir. Yəqin, özünüz də hiss etmisiniz: birisi ilə ünsiyyətdən sonra ruhumuz dincəlir, özümüzə inamımız artır, başqası ilə söhbətdən sonra isə qanımız qaralır, qəlbimiz sıxılır. Çünki pis niyyətli, mənfi xislətli insanın bədənində çoxlu “sıxaclar” var. Ünsiyyət zamanı bu gərginlik başqasına ötürülür.
Uşaqlar çox həssasdır. Ona görə də onlar bəzi insanlarla qəti ünsiyyətə girmək istəmir, onlardan qorxur, ağlayır. Transpersonal psixologiya ilə məşğul olan alimlər hesab edir ki, bədnəzərin əhəmiyyəti şişirdilib. İnsanların bədnəzərə gəldiyini iddia etdiyi 100 hallardan 80-in buna heç bir aidiyyəti yoxdur.
Olur ki, bu anda yaşadığımız hadisələri, təəssüratları nə vaxtsa yaşadığımızı sanırıq. Sanki bütün bunlar nə vaxtsa olub…
Demək olar ki, hər kəs ömründə ən azı bir dəfə baş verənləri nə vaxtsa yaşadığını duyub, ona elə gəlib ki, keçmişdə eynən bu halları yaşayıb. Hələ antik zamanlardan insanları bu hallar düşündürür. Amma hələ də onun birmənalı izahı yoxdur. Freyd hesab edirdi ki, biz nə vaxtsa yaşadığımız hissləri xatırlayırıq, şüurumuz isə onları əşyalara isnad edir. Başqa alimlər dejavü hissiyyatını onunla bağlayır ki, nə vaxtsa yuxularda həmin hadisələri görmüşük, amma yuxular tez unudulur. Oxşar şəraitə düşən kimi yuxumuzu xatırlayırıq və bizə elə gəlir ki, bu hadisələr gerçəkdə baş verib, amma harada və nə vaxt – məlum deyil.
Stanislav Qrof bu halları öz metodikası ilə izah edirdi. Müxtəlif üsullardan istifadə edərək o, insanları ana bətnində olduğu dövrü və doğuluşunu xatırlamağa kömək edirdi. İnsan doğuluş əzablarını unudur. Amma müxtəlif vəziyyətlərdə dumanlı xatirələr göz önündə canlanır: buna oxşar nəsə yaşamışıq… Hamiləlik dövrü yaxşı keçibsə, döl özünü yüngül, rahat, firavan hiss edir, onunla dünya arasında sərhəd olmur…
Sözlə öldürmək ifadəsi məcaz deyil. Akustiklər hesab edir ki, bizi əhatə edən dünya səs cəmidir. İnsan qulağı yalnız dar diapazonlu titrəyişləri qavrayır. Amma bu o demək deyil ki, eşitmə dairəsindən kənarda qalan səslər bizə təsir etmir.
Söyüş sözlərinin titrəmə xüsusiyyətləri həm onları işlədənə, həm də ünvanlandığı şəxsə son dərəcə mənfi təsir göstərir: sağlamlıq pozulur, ruh sıxılır. Ailədə, birgə yaşayan doğma insanlar belə ünsiyyət qurursa, daha pisdir. Nisbətən gənc elm olan psixogenetika təsdiq edir ki, yaxın insanlar tez-tez dalaşanda, bir-birini lənətləyəndə, insanın daxili potensialı zəifləyir: sinir və endokrin sisteminin fəaliyyəti pozulur, hətta genetik aparatın işi təhrif olunur. Sonra təəccüblənirik: hardandı diabet, onkoloji xəstəliklər, sonsuzluq? Sözün canlı orqanizmə təsirini bilmək istəyirsinizsə, bir dibçəyə dua edib bitki əkin, o birinə – söyüş və lənətlə. Sonra da baxın, nə bitir.
Maraqlı bir fenomen mövcuddur – teleqoniya. Bu nəzəriyyənin yaranışı XIX əsrə aiddir. Mahiyyət ondan ibarətdir ki, qadının ilk seksual əlaqəsi onun üçün böyük əhəmiyyət kəsb edir: hətta bir müddətdən sonra başqasından hamilə qalsa da, onun uşaqları ilk kişinin xüsusiyyətlərini daşıya bilər. Özü də, irsən keçən təkcə onun zahiri əlamətləri deyil, xasiyyəti, qabiliyyətləri, xəstəlikləri.
Teleqoniya hadisəsi ötən əsrin 50-ci illərində, Sovet İttifaqında beynəlxalq festival keçdiyi dövrdə həddən çox yayılmışdır. O vaxt neqroid tipli uşaqlar doğulmağa başladı. Qadınlar keçmişdə başqa irqin nümayəndəsi ilə seksual əlaqədə olduğunu etiraf edirdi, amma öz ağ dərili həyat yoldaşlarından hamilə qalmışdılar.
Müxtəlif vaxtlarda bu fenomenin müxtəlif izahı təklif olunurdu. Kimisə hesab edir ki, ilk cinsi təmas zamanı qadının bioloji enerjisi dəyişir və bu, gələcək nəsilə təsir edir. Kimisə bunu, birinci kişinin spermasının qadın orqanizminin genetikasını dəyişməsi ilə izah edir.
Mənəvi baxımdan hər şey sadədir: hisslər, təəssüratlar, ananın qəlb rahatlığı uşaqlarda əksini tapır. Təbii ki, doğulan uşaqlar qadının ilk dəfə sevdiyi kəsə oxşayır. Necə olsa da, düşünürsən ki, ata-babalarımız ailə qurana qədər bakirəliyi qorumağa çağırmaqda haqlı idi.
Bəzən həyatımızın axarını bir vaxtlar təsadüfən qarşımıza çıxan qaraçının falı ya lənəti ilə bağlayırıq. Amma təbii ki, məsələ qaraçıda deyil. Məsələ ondadır ki, hamımız uşaqlıqdan gördüyümüz ailə modelini əxz edirik. Nəsillərdən-nəsillərə keçən “qaydalarla”, qadağalarla, əhvalatlarla yaşayırıq. Uşaq üçün onun valideynləri nümunədir. Öz taleyini də onlar məhz həmin qəlibə uyğun qurur. Anasının ya atasının ağır işdə işləyib, evə taqətsiz gəldiyini görən oğul ya qız onların halına acıyır, özünü borclu hesab edir və çalışır elə iş tapsın ki, bu qurbanları doğrultsun. Özünün də çox işləməyi ilə. İstənilən kollektivdə itaətkar, işlə yüklənən insanlar var.
Özünüzü başqa, arzuladığınız həyat tərzinə kökləyin. Dəfələrlə, azı gündə 20 dəfə, özünüz üçün arzularınızı səsləndirin, ifadə şəklində 200-300 dəfə vərəqə yazın. Nə zaman ki, bu sizin əqidənizə çevriləcək, istədiyiniz həyata aparan yolunuz başlayacaq.


 69    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *