Bagla

Həkimdən soruş

Hekimden sorus







Qəddar bakteriyalar və viruslar harada məskunlaşır

Bakteriya və virusları adi gözlə görmək mümkün deyil. Gün ərzində dəstəklərdən tuturuq, pul sayırıq, çirkli əllərlə yemək yeyirik. Bəs, gözləmədiyimiz daha hansı yerlərdə zərərli bakteriyalar gizlənir? Sən demə, kağız pulun üzərinə düşmüş qripp virusu təxminən 17 gün yaşayır və yoluxma qabiliyyətini saxlayır. Adətən, giriş qapılarının qarşısına sərilən ayaqaltıların 96 faizi ayaqqabı ilə daşınan fekal bakteriyalarla çirklənib. İnanılmaz səslənsə də, kompüter siçanı unitaz oturacağından 3 dəfə çirklidir.

 

İnsanın dərisi hər gün təxminən 10 milyon hüceyrə itirir. Yerini dəyişməklə hüceyrələr toxunduğumuz əşyaların üzərinə keçir: çarpayının, telefonun, ərzaqların, qapıların və s. Belə çıxır ki, tutaq ki, çarpayıya toxunub sonra barmağını ağzına aparan adam kiminsə ölü dərisini yeyir. Hətta, soyuducu qapısının rezinindən də infeksiyaya yoluxmaq mümkündür. Yoluxma riski təxminən 86 faizə bərabərdir. Kafeyə, restorana gedərkən unutmayın ki, bakteriyalar təklif olunan menyunun üzərində 18 saat qala bilər. Gün ərzində arxasında işlədiyiniz mizin üstü ən azı 20 min bakteriyanın məskənidir. Cəmi 6 kvadrat santimetrin üzərində. Sizin iş yerinizin səthində tualetdən 400 dəfə artıq viruslar, mikroblar və bakteriyalar məskunlaşır. Məlumdur ki, bakteriyaların ötürülməsi baxımından öpüş əl sıxmaqdan təhlükəsizdir. Mobil telefonuzun üstündə 1 400 qədər müxtəlif mikrob məskunlaşır. Öskürən və asqıran adamlardan bir metr aralaşın, mikroblar məhz bu məsafəyə yayılır. Onlar əşyaların üzərinə çökərək bir neçə gün ərzində başqa adamlara ötürülə bilər. Bakteriyaların zədələmə qabiliyyətindən biri də sürətlə çoxalmasıdır. Cəmi bir bakteriya 10-11 saatdan az müddətə milyard eyni orqanizmə çevrilə bilər. Bakteriya istənilən şəraitdə yaşaya bilər. Bu birhüceyrəli orqanizmlər həm insan bədənindən xaricdə, həm də daxilində yaşayıb arta bilər.


 24    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *