Bagla

Həkimdən soruş

Hekimden sorus







Qəlbin üç təbəqəsi – nitqin üç səviyyəsi. Sizdə necədir?

Hələ Sokrat deyirdi: «Danış ki, səni görüm». İnsanın daxili, əqidəsi  danışığından bilinir: cümlə qurmasından, söz seçimindən, intonasiyasından, savadından və, ilk baxışdan əhəmiyyətsiz görünən xırda cəhətlərdən. El arasında deyirlər «adamı geyiminə görə qarşılayır, ağlına görə yola salırlar».

İnsan özü də gözəl ola bilər, libası da. Yaxud, sadə don geyinib gözəlliyi ilə də seçilməyə bilər. Amma, danışan kimi qəlbi «görünür». Ruhun, daxili aləmin səviyyəsi nitq ilə ifadə olunur.  

 

Mənəviyyatı, qəlbi yüksək səviyyəli insanın nitqi adətən,  sakit və aramdır. Aydın və anlaşılandır. Yüksək ruhlu  adam «üsulla» danışır, nitqi metaforalı və müqayisəlidir,  maraqlıdır. Belə insan heç kimin xətrinə dəyməz, heç kimi təhqir etməz, kobudluqdan, kəskin ifadələrdən qaçır, amma, həqiqəti söyləyir. Onun yumor hissi var, amma, çox vaxt özünə yönəlib. Yüksək ruhlu insanla söhbətdən sonra adam özü də ruhlanır, ondan qidalanır, ilham alır.  Qəlbiniz rahatlanır, duyğulanır. Amma, belə insanların qəlbi həm də çox həssasdır.  Birisi onların yanında söyüş söyəndə, böhtan danışanda onların halı pisləşir, onlar sözün əsl mənasında fiziki iztirab çəkir, hətta, xəstələnə bilər.

 

Ruhun ikinci inkişaf mərhələsində insanın nitqi  aktivdir, canlıdır. Bəzən, həddən artıq canldır. Müxtəlif mövzulardan danışır, amma, çox vaxt söhbətləri pul, siyasət, şəxsi münasibətlər, sağlamlıq ətrafında qurulur. Öz fikrini bildirir, mübahisə edir, kiminsə yalanın üzə çıxarır. Zarafatı sevir, amma, başqalarına tuşlanmış zarafatı. Tənqid etməyə mpeyllidir, amma, özünə qarşı tənqidə dözümsüzdür, qəzəblənir, söyədə də bilər. Seks haqqında açıq danışır, şəxsi həyatını ictimailəşdirir.  Belə şəxslə söhbət etmək adamı yorur, çünki, həddən artıq çox danışır.

 

Ruhun aşağı inkişaf mərhələsində nitq kobuddur, hərzəlidir. Belə adamlar nədənsə söhbət açanda sözləri, ifadələri çətinliklə seçir, söz ehtiyatı kasaddır. Amma, məharətlə söyüş söyür. Yumoru ölüm və zorakılıq, xəyanət və seks mövzusu ilə bağlıdır. Həmişə kimisə müzakirə edir, qeybətçidir, böhtançıdır. Danışığı paxıllıq və kinlə doludur, daim ah-vay edir. Beləsinin yanında çirkab quyusunun yanındakı kimi qalmaq dözülməzdir.

 

Bu, insan qəlbinin üç inkişaf mərhələsidir və onları danışıqla ayırd etmək mümkündür. Hamımız bir mərhələdən digərinə keçə bilərik, hətta, gün ərzində.  Amma, üçüncü, aşağı mərhələyə nə qədər çox keçiriksə, geriyə qayıtmaq o qədər çətin olur.  Məhz ona görə akademik Lixaçov hətta, həbsxanada söyüşlə danışmırdı, buna görə döyülsə də. O, anlayırdı ki, düşgünləşmək, ağlını, tərbiyyəni, hətta qəlbini itirmək əslində çox  asandır.

 

Yüksək ruhlu adamlar sözü ilə, söhbəti ilə şəfa verir, sağaldır. Onlar daha çox yaşayır, az xəstələnir, bu bəlli faktdır. Qoy düzgün sözlərdən qurulmuş pilləkənlə yüksəlmək, sağlamlığa və uzunömürlüyə doğru irəliləmək, yüksək əqidə sahibi olmaq həyatınızın amalı olsun!


 73    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *