Bagla

Həkimdən soruş

Hekimden sorus







Referans Mərdəkan Hospital Fizioterapiya Mərkəzi yeni komanda ilə xidmətinizdə

 

Referans Mərdəkan Hospitalın Fizioterapiya Mərkəzi müasir tibbi standartlara uyğun şəkildə fəaliyyət göstərərək pasiyentlərə yüksək keyfiyyətli reabilitasiya xidmətləri təqdim edir. Mərkəz dayaq-hərəkət sistemi xəstəlikləri, ortopedik və nevroloji problemlər, eləcə də travma sonrası bərpa və hərəkət funksiyalarının yenidən bərpası istiqamətində ixtisaslaşıb.

 

Mərkəzdə hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır və müasir fizioterapiya metodlarının tətbiqi ilə kompleks reabilitasiya prosesi həyata keçirilir. Aparılan prosedurlar ağrıların azaldılmasına, əzələ və oynaq funksiyalarının bərpasına, həmçinin ümumi həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Fizioterapiya sahəsində təcrübəli mütəxəssis Dr. Ramazan Nəsirli və peşəkar komanda müalicə prosesini fərdi yanaşma əsasında həyata keçirərək daha effektiv nəticələrin əldə olunmasını təmin edir.

 

Mərkəzin rəhbəri, təcrübəli mütəxəssis Dr. Ramazan Nəsirli yeni komandanın hədəfləri barədə danışarkən bildirib:

“Bizim əsas məqsədimiz Mərdəkan və ətraf ərazilərdə yaşayan sakinlərə müasir, təhlükəsiz və effektiv fizioterapiya xidmətləri təqdim etməkdir. Yenilənmiş komandamızla hər bir pasiyent üçün fərdi reabilitasiya proqramları tətbiq edərək onların həyat keyfiyyətini maksimum dərəcədə yüksəltməyi hədəfləyirik.”

 

Mərkəzin əsas xidmət istiqamətlərindən biri skolioz (onurğa əyriliyi) müalicəsidir. Schroth (Şrot) terapiyası və SEAS metodu ilə aparılan bu müalicə onurğanın 3D korreksiyasına, əzələ balansının bərpasına və erkən yaşlarda əyriliyin irəliləməsinin qarşısının alınmasına yönəlib.

 

Bununla yanaşı, manual terapiya dərman və cərrahi müdaxilə olmadan oynaq və əzələ bloklarının aradan qaldırılmasına kömək edən effektiv müalicə üsuludur. Dr. Ramazan Nəsirli tərəfindən tətbiq edilən bu yanaşma bel və boyun ağrıları, disk yırtığı və sinir sıxılmaları kimi hallarda müsbət nəticələr verir.

 

Mərkəzdə həmçinin uşaq reabilitasiyası və nevroloji fizioterapiya xidmətləri də göstərilir. DMI terapiyası, serebral iflic, inkişaf geriliyi, yastıpəncəlik, eləcə də insult və Parkinson sonrası reabilitasiya proqramları pasiyentlərin fərdi ehtiyaclarına uyğun şəkildə həyata keçirilir.

 

Məqsəd Mərdəkan və ətraf ərazilərdə yaşayan sakinlərə müasir, təhlükəsiz və effektiv fizioterapiya xidmətləri təqdim edərək sağlamlığın bərpasına dəstək olmaqdır.

 

Qəbula yazılmaq üçün ramazannasirli.az saytına daxil ola bilərsiniz.

 

Əlaqə: Mobil: 050 804 44 80 Çağrı Mərkəzi: *0033

Ünvan: Referans Mərdəkan Hospital, Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Yesenin küç. 92/1 və 92/2

 


 68    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *