Bagla

Həkimdən soruş

Hekimden sorus







ROBOMEDLƏR VƏ HİPPOKRAT

Yarandığı gündən bəri, daim axtarışda olan insan yaşadığı cəmiyyətdə öz əqli, təfəkkürü, fəaliyyəti sayəsində inkişaf edir, bir çox kəşflərə yiyələnir, elmin dərinliklərinə vardıqca mövcud zaman ərzində heyrətamiz fikirləri ilə özünəməxsus mövqeyə malik olur. Elm, texnika inkişaf etdikcə, əldə edilən nailiyyətlər nəticəsində daim onlardan istifadə üçün artan zərurət həyat dövründə mühüm əhəmiyyət kəsb edir.

 

Hələ qədim zamanlardan insanların bir-birindən fərqli xüsusiyyətlərə malik olması alimlərin diqqətini cəlb etmiş və onlar müxtəlif insan psixologiyasının tipik xüsusiyyətlərini aşkarlamağa çalışmışlar. Və insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə tarixən “temperament” adını vermişlər.

 

İlk dəfə Yeni eradan əvvəl 460-377-ci illərdə yaşamış yunan həkimi Hippokrat insan bədənində qan, selik, öd və qara öd adlanan şirələrin olduğunu söyləmişdir.

 

O sübut etmişdir ki, insanlar məhz bu 4 əsas (qan, selik, sarı öd və qara öd) mayenin nisbətinə görə fərqlənirlər. Bu da yunanca “krasis” sözü ilə ifadə olunmuşdur. Sonralar isə həmin söz yunanca “temperamentum” – “mütənasiblik” sözü ilə əvəz edildi. Hippokrat təlimi əsasında digər tanınmış antik dövr həkimi Klavdi Qalen isə özünün (təxminən 130-200-ci illər) məşhur traktatı olan “De temperamentum” adlı kitabında temperamentlərin növlərini təsvir etmişdir.

 

Müəyyən edilmişdir ki, insanın hansı növ temperamentə malik olması orqanizmdə bu şirələrdən birinin üstünlüyündən asılıdır. Başqa sözlə desək, temperamentin 4 tipi həmin şirələrin adına uyğun verilmişdir: Sanqvinik (latınca sanquis-qan), fleqmatik (yunanca fleqma-selik,), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd)

 

Beləlikə, temperament – insanın ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirməklə, latın dilindən tərcümədə “qarışıq, mütənasiblik” deməkdir. Temperament haqqında təlimin yaradıcısı isə Hippokrat hesab edilir.

 

Göründüyü kimi, dayanmadan inkişaf edən elm əsrlərlə insanlara qaranlıq qalan bütün sirləri aşkarlamağa çalışır. Bu isə yeni-yeni layihələrin zamanla formalaşmasına imkan yarada bilir. Belə layihələrdən biri də aşağıdakı kimi qeyd edilir.

 

Bildiyimiz kimi, 30 iyul 2020-ci ildə NASA-nın yeni lahiyəsi olan “Perseverance Rover” Mars planetinə doğru yol aldı və 7 ay davam edən bu yol nəhayət ki, 18 fevral 2021-ci ildə Marsa uğurlu eniş edərək öz bəhrəsini verdi. Qeyd etdiyimiz bu robotun vəzifəsi Marsda Cezero kraterində kəşflər etmək və orada bir zamanlar su olma ehtimalını nəzərdən keçirib buna dair fərziyələri irəli sürməklə əsaslandırmaqdan ibarət olmuşdur. Başqa sözlə, onların əsas vəzifəsi Mars planetinin səthindən nümunələri götürməklə dünyamıza göndərməkdir. Sözü gedən məsələyə nəzər yetirdikdə, qeyd etmək olar ki, bu bir növ Elmin yaşadığımız planetdən digər planetə istiqamətlənməsidir.

 

Əslində bu böyük bir nailiyyətdir, deyilmi?
Belə desək yəqin ki, yanımarıq.
Təbii ki, elm insanları bu sahədə çox çalışmaqla və bir çox hesablamalar nəticəsində müəyyən nailiyyətlər əldə ediblər.

 

Ehtimal olunur ki, Marsın Cezero kraterində bir zamanlar su olub, buna səbəb kimi isə orada qeyd edilən və ikitərəfli çıxışa malik su axınına bənzər göl şəkilli oval çuxur göstərilir. Beləliklə, əgər planetdə suyun olduğu sübuta yetirilərsə, bu artıq “yeni həyat” deməkdir, yeni dünya və yeni maraqlar, və … nəticədə, təbii ki, yeni bir elm.

 

Bəli, insan həyatı üçün çox vacib və olduqca əhəmiyyətli olan yeni bir elm. Bu elmin qollarından, şaxələrindən biri isə çox şübhəsiz ki, Tibb elmidir.

 

Məlum olduğu kimi, o cümlədən yuxarıda deyilənlərə əsasən Tibb elminin banisi Hippokratdır. Dinindən, milliyətindən asılı olmayaraq dünyada bütün Tibb işçiləri Hippokrat andı içər. Çünki Hippokrat Tibb elminin atası hesab edilir. Bəli, biz Hippokratın kəşfləri üzərinə hazırkı Tibb elmini inkişaf etdiririk.

 

Elə o andaca beynimizdə belə bir sual yaranır, axı biz yeni dünyanın kəşfindən danışdıq. Bəs bu yeni dünyanın Hippokratı kim olacaq? Dərhal həmin suala yeni biri əlavə olunur. Yaşayış mövcud olmadan öncə ora ayaq basmış insanlar?, yoxsa insan beyninin məhsulu olan robotlar?, yəni bir növ Robomed-lər də adlandırmaq olar onları gələçəkdə. Axı hazırkı dövrdə tibbdə də robotlardan geniş istifadə olunur, təbii ki, insan əqlinin aliliyi sayəsində. Yəni insan əli toxunmadan.

 

Digər tərəfdən belə düşünmək də yerinə düşər: bu sahədə robotların istifadəsi, əlbəttə ki, insanlar tərəfindən idarə olunması heç kəsə sirr deyil. Bəli, robotlar biz insanların verdiyi göstərişləri yerinə yetirir, demək olar ki, onlar insan beyninin və şüurunun yalnız bir hissəsinin məhsulu hesab edilir.

 

Çox ehtimal ki, gün gələcək, Tibb elmi Marsda da inkişaf edəcək. Bax, bu sual alimləri çox düşündürür, elm sahibləri bunun üçün olduqca səy göstərir, çalışır, amma onu da yaddan çıxarmaq olmaz ki, hər bir kəşfin əlbəttə ki, bir mənbəyi vardır, yəni yaşadığımız həyatda heç nə mənbəsiz deyildir və yəqin ki, ola da bilməz.

 

İnanırıq ki, bir zamanlar Tibb elmi sürətlə inkişaf edərək, yaşadığımız planetdən Marsa da sirayət edəcək və əlbəttə ki, onun mənbəyi ” bayaq verdiyimiz suala cavab olaraq” bir daha sübut edə biləcək ki, bəli, Yer üzünün əşrəfi hesab edilən və Uca TANRININ yaratdığı biz insanlarıq.

 

Hippokrat Təbabətin atası hesab edilir. Sözsüz ki, elm sahəsində nə qədər inkişaf getsə belə, Robomed-lər bu işin mahiyyətini heç vaxt anlamayacaqlar, çünki üstün əqli şüur yalnız insana məxsusdur.

 

Amma insanlar bunu dərindən dərk etsələr də belə, bir məsələni də heç vaxt unutmamalıdırlar. Belə ki, qeyd edilən robotlara xüsusi proqram vasitəsi ilə Hippokrat andı da içdirmək olar. Ancaq bu şüurlu bir şəkildə deyil, yüksək təfəkkürə malik insan əqlinə tabe olan və ondan gələn əmrlər qarşısında aciz qalan qeyri-adi alətin hərəkətinin nizamlanmasından ibarət olacaqdır. Və Robomed-lər Tibb elminin banisi Hippokratdan əslində xəbərsiz olacaq və bu haqda onlarınn heç bir təsəvvürü də olmayacaq.

 

Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər elm varsa, inkişaf da mövcuddur. Belə olan təqdirdə isə söyləmək əsas verir ki, öz artan elmi ilə uzaq kosmoslara hərəkət edən, planetlərə yol açan insan daim təkmilləşir, şüuru və ağlı ilə xariqələr yaradır, tərəqqi edir

 

Bəli, düşündükcə də belə bir qənaətə gəlirsən ki, elm – sözün əsil mənasında elə insanın özüdür və elm inkişaf etdikcə də, insan kim olduğunu daha dərindən dərk edir və anlayır. Yeni-yeni zirvələr fəth etdikcə də gələcəyə doğru daim parlaq yollar açır

 

RÜSTƏM RÜSTƏMZADƏ


 2693    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *