Bagla

Həkimdən soruş

Hekimden sorus







Robot işi: maşınlar tibb işçilərinin yükünü azaldacaq

 

ÜST-nın rəyinə görə, 2030-cu ildə qlobal tibb işçi­ləri çatışmazlığı 18 mln adam təşkil edəcək. Bir çox ölkələrdə problemin həlli robotların geniş istifadəsi və adamların rutin məsələləri yerinə yetir­məkdən azad edilməsi ilə gerçəkləşir. COVID-19 pandemiyası elektron köməkçiləri daha da populyarlaşdırdı.

 

“Reports and Data” hesabatına əsasən, yardımçı robot texnikasının dünya bazarı həcmi 2028-ci ildə 25,16 mlrd dollara çatacaq. Ortaillik artım sürəti 22,1% təşkil edəcək. Süni intellekt və robot texnikası sahəsindəki son nailiyyətlər, 5P beşinci nəsil rabitənin tətbiqi bazar gəlirini artıran amillərdir.

 

Robotlar nə üçün istifadə olunur?
Tibbi xidmət robotları dərmanları, qidanı, sərfiyyat materiallarını çatdıra bilər, pasiyentləri diyrcəkli arabadan çarpayıya keçirə bilər, RZR yaxmaları götürə bilər, sualları cavablandıra bilər və s.

 

Sinqapurda sənaye robotlarının istifadəsi dünya üzrə ən yüksək səviyyədədir – 100 əməkdaşa görə 9 robot, amma onlar, əsasən, elektronika sektorunda istifadə olunur. Bununla belə, tibb kadrları defisiti ilə yanaşı, ölkənin səhiyyə sistemi üçün qocalan əhali və bir nəticə olaraq, xroniki xəstəlikləri olan pasiyentlər böyük problemə çevrilib. Dövlətin 65+ yaşlı əhalisi 2019-cu ildə 14%-dən növbəti onillikdə 25%-ə qədər artacaq.

 

Ümumi profilli Changi General Hospital Sinqapur xəstəxanasında 1000 çarpayıya görə 50-dən artıq “cansız” əməkdaş “işə götürülüb”. Robotlar təmizliklə məşğul olur, yataq ağlarını və yeməkləri çatdırır, texniki xidmətə kömək edir, pasiyentlərin reabilitasiyasında iştirak edir, az hərəkətli pasiyentlərin yatağa uzandırılmasına kömək edirlər. İndi tibb bacıları bel ağrısından az əziyyət çəkir və pasiyentlərə keyfiyyətli klinik yardım göstərməyə diqqət yetirirlər. Changi klinikasında səkkiz istehsalçının robotları təmsil olunub. Məlum olub ki, onlar “yola getmir”, hardasa “həmkarı” ilə rastlaşdıqda tez-tez “donur” və dayanırlar. Bununla belə, qarşıya çıxan adamları və başqa maneələri rahatlıqla ötüb keçirlər. Bu məsələni xəstəxana proqram təminatının tətbiqi ilə həll edir ki, fərqli istehsalçının robotları təhlükəsiz razılığa gəlsin! Gələcəkdə xəstəxananın müdiriyyəti bu proqram təminatını robotların ümumi hərəkət orkestrovkasını yaxşılaşdırmaq məqsədi ilə istifadə etməyi planlaşdırır. Changi General Hospital süni intellektli əməkdaş­larından faydalanan yeganə xəstəxana deyil. İspaniyanın Badalona bələdiyyə xəstəxanasında və Barselonanın klinik xəstəxanasında robotlar pasiyentin palatasına məcməyidə yemək gətirir və müxtəlif maddiyyatın çatdırılması üçün istifadə olunur: dərmanların, tibbi ləvazimatların, qan nümunələrinin və s. Onlar seyflə təchiz olunub və açılması da yalnız müvafiq kodları bilən səlahiyyətli əməkdaşlara həvalə olunub. Xəstəxanada qeyd edirlər ki, elektron köməkçilərin sayəsində tibb personalının təkrarlanan iş yükü maksimal dərəcədə yüngülləşib və pasiyentlərə daha çox diqqət ayrılır. Bununla yanaşı, robotlar klinika daxilində infeksiyanın az yayılmasına kömək edir.

 

Layihə işə salınarkən qarşıya çıxan əsas problem bu idi ki, müasir avtomatlaşdırılmış mobil robotların əksəriyyəti anbar və fabriklərdə xidmətə yönəlib və çoxlu insanlar olduğu dar xəstəxana dəhlizlərində hərəkət etmək qabiliyyətinə malik deyil. Lakin tərtibatçılar naviqasiyanı təkmilləşdirdi və cəmi iki aydan sonra məsələ həllini tapdı.
Robotlar xəstəxana binasının altındakı təmir tunel­ləri şəbəkəsi ilə hərəkət edir, personal və pasiyentlərdə bərabər adi dəhlizlərdən, keçidlərdən və liftlərdən istifadə edir. Çatdırıcıların dörd təkəri və elektrik mühərriki var. Akkumulyatorlar fasiləsiz istifadə şərti ilə altı-səkkiz saatlıq işi təmin edir, tapşırıqlar arası isə robotlar dayanır və simsiz üsul ilə yüklənir. Dərman bölməsi 4°C temperatura qədər soyudulur və qapanır ki, dərmanları icazəsiz çıxarmaq mümkün olmasın. Robotun işinə kimsə müdaxilə etsə, o həyəcan siqnalı verir. COVID-19-un qəfil alovlanması dezinfeksiya robotlarının istifadəsinə təkan verdi. Hubey, Şanxay və Şandun şərq əyalətinin (Çin) xəstəxana və tibb mərkəzlərində belə xidmətçilər istismara verilmişdir.

 

Sentyabrda Avropa İttifaqı bir neçə ölkələrinə təmənnasız olaraq 200 ultrabənövşəyi vasitəsilə dezinfeksiya robotu göndərdi. 80 min avroluq qurğu 25 kvadrat metrlik sahəni təxminən 10 dəqiqəyə dezinfeksiya edir.

 

Tampins (Sinqapur) poliklinikasında xidmət göstərən robot Hiro nəinki otaqları UB-dezinfeksiya edir, eləcə də gələnlərin hərarətini ölçür, onlara istədikləri kabineti tapmağa kömək edir. Tech Navio analitik şirkətin məlumatlarına görə, 2021-ci ildən 2025-ci ilə qədərki dövrdə xəstəxanalar üçün nəzərdə tutulmuş təkcə logistik robotların dünya bazarı 16,77% ortaillik templə artacaq. Bu müddət ərzində artım təxminən 700 mln dollar təşkil edəcək.


 674    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *