27 oktyabr tarixində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytinantı Azad Hümbətovun ailəsində onun adını daşıyan oğlan övladı dünyaya gəlib. Qeyd edək ki, körpə qəhrəman şəhidimizin bacısının övladıdır.
Azad Hümbətovunun atası Arif Hümbətov Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Şəhid Azad Arif oğlu Hümbətov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilmişdir.
Bu münasibətilə ailəni təbrik edirik!
Bir cavab yazın