Bagla

Həkimdən soruş

Hekimden sorus







Sərsəm fikirlərin beyindən çıxarılması

Yan Van Hemessen.

Sərsəm fikirlərin beyindən çıxarılması. 1545—1550 

 

Təxminən 1488-ci ilə aid olan və “Sərsəm fikirlərin beyindən çıxarılması” adlandırılan rəsm əsəri müalicə xarakterli təsvirlər silsiləsindən olub, çox qəribə proseduru əks etdirir. İntibah dövründə belə hesab edirdilər ki, insanın başında bəzən saglam düşüncələr əvəzinə axmaq, sərsəm fikirlər olur, bunlar sanki bir daş kimi asılır, beyində özünə yer tutur. Bir Holland atalar sözü də bu ifadə ilə bağlıdır (başında ağıl əvəzinə daş daşımaq – hərfi tərcümədə bu “ağılsızlıq” deməkdir). O zaman belə hesab edirdilər ki,  sərsəm fikirlər – “daşlar” insan beynindən atılsa, onda həmin şəxs ağıllı olar.

Müasir standartlara görə Hieronymus Boş (1450-1516) tərəfindən çəkilən bu rəsm onun digər bütün əsərləri kimi qəribə və anlaşılmaz təsir bağışlayır. Onun yuxarıda qeyd edilən əsərində bir cərrah baş ağrısını sanki xəstənin başından ağcaqanadı skalpel ilə seçib çıxarmaq kimi təsvir edir. Bu prosesi “anesteziya” etmək üçün əlində şərab olan bir monax və başında kitab saxlamış fleqmatik yol yoldaşı izləyir.

Bu qəribə hərəkət açıq rəngli dairənin içərisində əks olunmuşdur. Dairəni əhatə edən tünd fonda və düzbucaq formasında olan panel çərçivədə qızılı hərflərlə: “Usta, daşı tez çıxarın, mənim adım Lubbert Dasdır” yazılmışdır. Xəstənin ağrısını ifadə edən bu sözlər rəsm əsərini izlədikdə hadisənin mahiyyətini parlaq şəkildə izah edir.

İlk baxışda qəribə təsir bağışlayan əsərə şimalda dirçəliş ənənələrini əks etdirməsi və rəmzi xarakter daşıması nöqteyi-nəzərdən baxılsa aydın olar. O zamanlar belə bir ənənə mövcud olmuşdur ki, rəsm elə təsvir edilməlidir ki, əsərə baxdıqda onu mətn kimi oxumaq mümkün olsun. Odur ki, o dövrdə yaşamış  sənətkarlar öz əsərlərini planlaşdırarkən yazıçılar və kilsədə din xadimləri ilə məsləhətləşdikdən sonra onu yaradırdılar.

Adi gündəlik həyatda baş verən və gülünc təsir bağışlayan mövzular əslində dərin mənalar altında gizlənməklə o zaman Dirçəliş dövrünün mədəniyyətini əhatə edirdi. Əqlin müalicəsi haqqında belə bir plan XVII əsrə qədər Hollandiyada o dövrə aid yazılı mənbələrdə, rəsm və ədəbiyyatında izlənilə bilər.

Təsvirə baxarkən belə bir maraqlı sual da yaranır:  həqiqətən belə bir əməliyyat olmuşdurmu?


 73    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *