Bagla

Həkimdən soruş

Hekimden sorus







Şizofreniya taleyi dəyişdirirsə, Reagila® həyat hekayəsini dəyişir

 

17 aprel tarixində “Fairmont” mehmanxanasında Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının və “Gedeon Richter” şirkətinin təşkilatçılığı ilə “Kariprazin: şizofreniyanın müalicəsi üçün unikal imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransın sədri, ATU-nun rektoru, psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış etdi. O qeyd etdi ki, konfransın mövzusu çox aktualdır. Bu xəstəliyin klinik əlamətlərinin, gedişatının və proqnozunun heterogen və polimorf olması ilə bağlı çoxlu faktlar mövcuddur. Xəstəliyin gedişatı ağır, xroniki, davamlı inkişaf edən və ya tez-tez təkrarlanan xarakterə malikdir. Bu gün müxtəlif antipsixotik vasitələrin mövcudluğuna və onların bu xəstəliyin müalicəsində geniş istifadə olunmasına baxmayaraq, şizofreniya xəstələri arasında əlillik və sosial dezadaptasiya dərəcəsi hələ də son dərəcə yüksəkdir. Bütün dünyada şizofreniya təkcə xəstənin özü, ailəsi və ya yaxın qohumları üçün deyil, həm də bütövlükdə tibb sistemi və sosial təminat sistemi üçün ağır sosial-iqtisadi və psixoloji yük yaradır. Sədr qeyd etdi ki, psixiatrlar tərəfindən istifadə edilən antipsixotik vasitələr müsbət simptomların müalicəsində effektivdir, lakin mənfi simptomlarla müşayiət olunan şizofreniya hələ də kliniki problem olaraq qalır. O bildirdi ki, konfransda şizofreniyanın mənfi simptomlarına dair ənənəvi və müasir yanaşmalar, eləcə də bu sahədə aparılan son elmi araşdırmaların nəticələri nəzərdən keçiriləcək. Rektor qeyd etdi ki, şizofreniyanın müalicəsində tətbiq edilən yeniliklərdən bəhs edən mühazirələr bütün tibb ictimaiyyəti üçün vacibdir.

 

Sonra professor Gəray Gəraybəyli sözü Rusiya Səhiyyə Nazirliyi, Davamlı Peşəkar Təhsil üzrə Rusiya Tibb Akademiyasının Psixiatriya kafedrasının müdiri, Rusiya Səhiyyə Nazirliyi, V.P.Serbski adına Milli Tibbi Elmi-Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin filialı olan Moskva Elmi-Tədqiqat Psixiatriya İnstitutunun psixi xəstəliklərin müalicəsi şöbəsinin müdiri, tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi Sergey Nikolayeviç Mosolova verdi. O, “Şizofreniyanın mənfi simptomlarının diaqnostikası və müalicəsi” adlı məruzəsində qeyd etdi ki, şizofreniyanın mənfi simptomları əksər hallarda bu xəstəliyin mənfi sosial nəticələrini müəyyən edir. Həmçinin, o, bildirdi ki, son onilliklər ərzində bu simptomların diaqnostik qiymətləndirilməsində və bu məsələyə yanaşmada əhəmiyyətli dərəcədə dəyişiklik baş vermişdir. Mühazirədə Rusiya Psixiatrlar Cəmiyyətinin sorğularının nəticələri və rusiyalı mütəxəssislərin təcrübələri də qeyd edildi. Məruzəçi Gedeon Richter şirkətinin innovativ preparatı olan Reagila® (kariprazin) preparatının şizofreniya xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizlik profili haqqında ətraflı məlumat verdi. Tədqiqat məlumatları, eləcə də praktiki həkimlər üçün xüsusilə vacib olan preparatın tətbiqinin konkret klinik nümunələri təqdim edildi. Yerli mütəxəssislər Reagila® preparatının tətbiqi üzrə artıq təcrübəli olsalar da, professor S.N.Mosolovun məruzəsi böyük maraqla dinlənildi. Belə ki, məruzədə psixiatrların gündəlik praktikasında zəruri olan çox faydalı məlumatlar təqdim edildi. Mühazirədən sonra professor S.N.Mosolov tədbir iştirakçılarının suallarını cavablandırdı.

 

 


 1052    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *