Skolioz onurğa sütununun öz oxu ətrafında dönməsi nəticəsində əmələ gələn bir deformasiyadır. Təəssüf ki, dünyada hər 100 nəfərdən 2-də bu xəstəlik mövcuddur. Hər 1000 xəstədən 1-i isə bu səbəblə əməliyyat olunur.
Skoliozun bir çox yaranma səbəbi ola bilər (travma, yanakı xəstəliklər). Ailədə skolioz mövcudluğu – yəni irsi faktor bu xəstəliyə tutulma riskini artıra bilir. Ancaq 80% halda xəstəliyin əsas səbəbi bilinməməkdədir. Skolioz müalicə edilmədiyi təqdirdə daha da ağırlaşan xəstəlikdir və xüsusən yeniyetməlik çağında sürətlə artmaqdadır.
Əgər müalicə edilməzsə, tənəffüs və qastrointestinal problemlərə, qamətin pozulmasına və bel-kürək ağrılarına səbəb ola bilər. Xəstəlik xüsusən qızlarda daha çox rast gəlinir.
Skolioz onurğaya necə təsir göstərir?
İlk olaraq onurğa yana doğru əyilir. Eyni zamanda onurğa öz oxu ətrafında dönür. Bu səbəbdən qabırğalarda deformasiyalar yaranır. Bu deformasiya isə bel nayihəsində nəzərəçarpan bir şişlik meydana gətirir.
Korset müalicəsi niyə lazımdır?
Xüsusən 25 dərəcədən artıq olan əyriliklər böyümə prosesi ilə bərabər sürətdə inkişaf edir. Korset skoliozu tam düzəltməyə bilər. Korsetdən istifadənin əsas məqsədi xəstənin böyümə dövrü əsnasında deformasiyanın artmasnın qarşısını almaqdır.
Korsetin skolioz müalicəsində müvəffəqiyyəti nədir?
Korset müalicəsi həkim, korset texniki və xəstədən ibarət komanda şəklində həyata keçirilir. Korset müalicsinə ən yaxşı cavab böyümə çağındakı yeniyetmələrdə görülür.
Yaxşı nəticə üçün:
Korset müalicəsinin riskləri nələrdir?
Ən böyük risk korset müalicəsinin uğursuz olub xəstənin əməliyyat olunması
Uğursuzluk səbəbləri:
Korset nədir və nədən düzəldilir?
Korsetlər plastik, metal və parça qarışığından xəstəya uyğun, fərdi olaraq hazırlanır. Skoliozun növünə görə çanaq sümüklərinə qədər uzadıla bilər. Onurğaya təzyiq edərək əyriliyin qarşısını alır.
Modern korsetlər adətən paltarın altından geyilir və kənardan görünmür. Korset geyinmək uşağın hərəkətlərinə maneə yaratmır və rahatlıqla öz işi ilə məşğul ola bilirlər.
Korset müalicəsini nə qədər davam etdirmək lazımdır?
Korset müalicəsi sümük böyüməsi tamamlanana qədər, gün ərzində 23 saat istifadə edilməlidir. Daha sonralar isə sadəcə gecələr istifədə edilir və buraxılır.
Korset müalicəsinin nəticələri necədir?
Böyüməkdə olan xəstələrin 80%-də korset müalicəsinin nəticələri uğurludur. Yəni skolioz artmır. Qalan 20% xəstələrdə isə dərəcədə artma görülə bilər (xüsusən atipik skoliozlarda).Uyğun bir şəkildə korset istifadəsi zamanı xəstələr çox nadir hallarda əməliyyata ehtiyac duyur.
Skoliozda başqa müalicə metodları varmı?
Skolioz xəstəliyinin müalicəsində elmi olaraq isbat olunmuş tək metod korset müalicəsidir. İdman və masaj təkbaşına skoliozun dərəcəsinin artmasının qarşısını ala bilməz.
Skoliozda istifadə edilən korset növləri:
Thoraco-Lumbo-Sacral Orthosis (TLSO)
CTLSO (Cervico-Thoraco-Lumbo-Sacral Orthosis) və ya Milwaukee Korseti
Charleston Korseti
Spine Cor Sistemi
Cheneau (Şeno) Korseti
Korset necə istifadə edilir?
Korset hər gün daha uzun müddət taxılmağa öyrədirilərək 3 həftə ərzində gündə 23 saat istifadə ilə başlanılır. İstifadə sırasında hərgün dəri sürtünmələri və göyərmələrə qarşı yoxlanılmalıdır. Korset altında mütləq pambıq t-shirt (mümkünsə tikişsiz) geyinilməlidir. T-shirt-ün korset altında qatlanmasına icazə verilməməlidir. Korset həkimin gösterdiyi qaydada taxılmalıdır. Korset istifadəsi müddətində idmana davam edilməlidir.
Korset geyilərkən mütləq bədəni sıxacaq şəkildə geyilməlidir, xəstənin üzərində hərəkət etməməlidir
Dərinin xəsarət almaması üçün nə etməliyik?
Mərhələli korset müalicəsinə başlamaq
Korset müalicəsinə mərhələli olaraq başlanılıb 2-3 həftə ərzində gündəlik 23 saat istifadə edilə bilər. Mərhələli müalicəyə tətbiq ediləcəyi zaman dəri və əzələlər korset istifadəsinə adaptasiya olur.
Korset gündə 6 saat istifadə edilir. Ən rahat məktəbdən sonra yatana qədər
Korset istifadəsi gündə 10 saata çatdırılır. Həftəsonu edilməsi daha uyğun olar.
Korset istifadəsi gündə 18 saata çatdırılır.
Korset istifadəsi gündə 23 saata çatdırılır.
Korset təmizliyi və baxımı
İdman
Korset müalicəsinin idmanla bərabər edilməsi faydalılığı artırır.
Xəstələr korset çıxarıldığında və istifadəsi sırasında iki qrup hərəkətləri idman edilməlidir. Korset çıxarıldıqda edilən idmanlar bel və kürək əzələlərinin zəifləməsinin qarşısını almaqdadır. Korset taxılı ikən edilən idmanlar isə gün içərisində istənilən zaman edilə bilər və əyriliyin düzəlməsində faydalıdır
Korset istifadəsi zamanı edilən idman hərəkətləri
* Divara söykənərək pelvik tilt:.
Korset istifadə edən uşaqlar velosipedə minə bilər, qaçma və tullanma hərəkətləri edə bilərlər. Ancaq at minmək, gimnastika ilə məşğul olmaq və rolik sürmək korsetlə olmaz, korseti çıxardaraq edə bilər.
İstfadə üçün məsləhətlər:
Həkim müşahidəsi
Korset müalicəsində həkim müşahidəsinə ehtiyac var. 6 aylıq nəzarət, bəzi vəziyyətlərdə 3 aya endirilə bilər.
Uzman Dr. Vüqar Quliyev
Düzgün muayine ve mualice olunarsa cox komeyi ola biler.
Salam..Mən övladıma,sizin məsləhətinizlə korset əldə etmək istəyirəm.