Bagla

Həkimdən soruş

Hekimden sorus







Şokoladın xoşbəxtlik sirri

Kanadanın MV Bill Universitetinin professorları qadınların şirniyyat sevmələrinin səbəbini genetik faktorlarla izah edirlər. Mütəxəssislərin sözlərinə görə, qadınların genlərindən gələn bir hüceyrə dondurmanı, şokoladı, konfeti və digər şirniyyatları onlara daha çox sevdirir. “Apetie” jurnalında yayımlanan nəticələrə görə, 4 yaşları olan 150 uşaqdan hansı yeməkləri daha çox sevdikləri soruşulub. Qızlar daha çox şirniyyatları sevdiklərini deyiblər. Qadınların beynində yeməklərə verilən reaksiyaya nəzarət edən dopamin hormonu qızların daha çox şirniyyatlara yönəlməsinə kömək edir. Araşdırmanı aparan professorlardan biri insanların yeyib-yemədikləri şeylər haqqında onları günahlandırmağa ehtiyac olmadığını deyib. Çünki insanların yemək istəkləri belə genlə əlaqəlidir.  

 

Sevərək yeyilən şokoladın faydaları:

 

Ürəyinizlə dostdur

Alman İnsan Qidalanması İnstitutu tərəfindən təxminən 19 min yetkinin bəslənmə vərdişlərinin araşdırılmasıyla edilən araşdırmada, hər gün 7.5 qram şokolad yeyənlərin təzyiqinin daha aşağı olduğu, bu kəslərdə infarkt və iflic riskinin yüzdə 39 daha az olduğu təsbit edilmişdir.

 

Şokolad xoşbəxt edər
Şokolad phenethylamine (PEA) ifraz etməkdədir. Phenethylamine isə sinir sistemini xəbərdar edər, ağrıları sakitləşdirər və insanın özünü yaxşı hiss etməsini təmin edər. Şokolad beyindəki serotonin səviyyəsini artırar və xoşbəxtlik hissi verər. Şokolad, beyni rahatlaşdırıb boşaldar, xoşbəxtlik verər, beynin endorfin ifraz etməsinə səbəb olar.

 

Dərini və sümükləri qidalandırır.
Şokolad xüsusilə qadınlar üzərində psixoloji olaraq olduqca müsbət təsirlərə sahibdir. Şokolad qadınların özlərini yaxşı hiss etmələrini təmin edən endorfini ifraz edir.

Şokolad öskürəyə və boğaza yaxşı gələrək boğazı yumşaldar. Yorğunluğa və halsızlığa qarşı enerji anbarıdır. Bitter şokolad təzyiqə yaxşı gəlir və infakt riskinə qarşı qoruyucu bir qidadır. İflic riskini azalda biləcəyi mütəxəssiz tərəfindən təsdiqlənmişdir.

 

Ancaq şokoladın xeyirli tərəfləri olmağına baxmayaraq ziyanlı yanları da vardır.

 

İçindəki yağı və şəkəri unutmayın

Nəticə olaraq, bir çox faydasının yanında şokoladın yağ və şəkər məzmununun da yüksək olduğu unudulmamalıdır. Bu səbəblə gündəlik bəslənmədə diqqətli istehlak edilməlidir və kakao yüksək olan şokolad növləri seçilməlidir.

 

Şokolad asılılıq yaradır, bir oturuşda böyük bir şokoladı tək başına yemək ya da gündə ən az 3-4 ədəd istehlak etmək təəssüf ki pis bir asılılıqdır. Şokoladın içərisindəki maddələr çox istehlak edildiyində beynimizi keyidir və bədənimizin öz vəzifələrini yerinə yetirməsində problemlərə gətirib çıxarır. Migren diaqnozu qoyulmuş xəstələrə həkimlər şokoladı qadağan edirlər bunun səbəbidə şokoladın içindəki maddələrin migrenlə bağlı ağrıları oyatması və şiddətləndirməsidir.

 

Dişlərimizi çürüdə bilər, kilo aldıra bilər, qaraciyərimizə zərər verə bilər və qadınlara selülit yarada bilər. Çox qəbul etdikdə dəri üzərində allergik reaksiyalara da səbəb ola bilər.

 

Şokoladdan imtina etməyin amma həddindən artıqda istifadə etməyin.


 100    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *