Bagla

Həkimdən soruş

Hekimden sorus







Şopinq-Terapiya

NƏ AXTARIRIQ?
Əgər biz, adətən, mağazaya konkret əşya üçün gəliriksə, şopinq-terapiya zamanı alış faktının özü vacibdir. Əslində, bu zaman nə alacağımız bizim üçün o qədər də əhəmiyyətli deyil. Bundan reklamçılar və dizaynerlər məharətlə istifadə edir. Birincilər bizi məharətlə qərar qəbul etməyə təkan verir, ikincilər isə malları elə bacarıqla düzüb nümayiş edirlər ki, ilk növbədə, məhz onların kütləyə yönəltdikləri və irəli çəkdikləri şeylərə diqqət yetirilir. Kələk? Bəli, kələkdir ki, var. Lakin şopinq-tera­piya reklamı öz məqsədləri üçün istifadə etməyə imkan verir: əgər alış-verişin bu qədər zövq verəcə­yinə bizi əmin edirlərsə, niyə də biz onu almağa cəhd göstərməyək?

 

SEÇİM PROBLEMİ
Biz mağazada könlümüzün nə isə istədiyini anlamayaraq gəzişirik. Bu hiss qəlbimizdə tikan kimi oturur və bizi axtarışları davam etdirməyə sövq edir. Bu məqamda nəzərimiz ümumi kütlədən ayrılan bir əşyaya düşür. Biz, “Mənə lazım olan məhz budur!” deyirik və böyük rahatlıq hiss edirik. Tədqiqatların nəticələrinə görə, qərar qəbul etdikdən sonra insanın qanında endorfinlərin miqdarı artır və onun vəziyyəti eyforik hala yaxınlaşır. Şopinq-terapiyanın əsas sirri elə bundan ibarətdir.

 

HESABLAŞMA VAXTI
Bu məqam isə o qədər də ürəkaçan deyil: axı kim öz pullarından ayrılmaq istəyir. Lakin alıcıların əzabları bir neçə yolla, misal üçün, kredit kart ödənişi və ya elektron pullar ilə yüngülləşir. Qeyri-maddi olan nəyi isə vermək canlı şəkildə pul kisəsini boşaltmaqdan daha asandır və bu şopinqin əsas sualtı daşıdır. Ona görə də, özünüzdə israfçılığa meyl hiss edirsinizsə, nağd ödəniş edin – beləliklə, öz iştahanıza nəzarət etmiş olarsınız.

 

PULSUZ ŞOPİNQ
Bir çox xanımlar alış-veriş etmədən, mağazaları sanki, muzeylərdə olduğu kimi gəzir – baxır, geyib-çıxarır, heyran olur. Gözlər doyur, maliyyə isə bütöv qalır. Digər variant isə alış-verişi internet-mağazalarda etməkdir.

 

NÜMAYİŞ ETMƏK
Etiraf etməliyik ki, biz çox nadir hallarda yalnız özümüz üçün nə isə alırıq. Bizə daha çox qiymətləndirilməyimiz, alınmış növbəti şeyin bizi nə qədər dəyərli etdiyinin təsdiqlənməsi lazımdır. Məhz buna görə biz tezliklə yeni paltarı geymək və onu mümkün qədər çox tanışlara nümayiş etmək istəyirik.

 

XÜLASƏ
Şopinq-terapiya şopoqolizmə çevrilməsin deyə, bir neçə suala səmimi olaraq cavab verməyə çalışın: “Mən mağazaya nə üçün gedirəm?”, “Mənə əslində nə çatmır?”. Yeni əşyanın əldə olunmasının bizə nə verəcəyini dəqiq anlamaq və ona xərcləyəcəyiniz məbləği əvvəlcədən təyin etmək lazımdır.

 


 59    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *