Bagla

Həkimdən soruş

Hekimden sorus







Söz ehtiyatı: ağıllı görünmək üçün 10 leksem

Ətrafdakılar sizi eniqmatik intellektual saysın deyə, söhbətlərinizə bu sözləri əlavə etməyi adət edin.

 

Pareydoliya
İnsan psixikasının gerçək obyektlərdə və ya detallarda mövcud olmayan tanış surət axtarmaq xüsusiyyətidir.
Düzgün deyil: intensiv pareydoliya kabinetindən vızıltı, xırçıltı və qeyri-sağlam qəhqəhə səsi gəlirdi.
Düzgündür: yanmış çörək dilimində İsanın simasını görmək klassik ağır pareydoliya əlamətidir.

 

Diffamasiya
Zərərçəkmişin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayılmasıdır.
Düzgün deyil: qoca nənə ilə toqquşan maşının bamperi diffamasiyaya məruz qaldı.
Düzgündür: müəlliməmin diffamasiyalarına cavab olaraq, guya məktəbin arxasında siqaret çəkirəm, həmişə atama deyirdim ki, sadəcə çəkənin yanında dayanmışam.

 

Hiperbuliya
Adətən, fayda verməyən fəaliyyətə qarşı istəyin və meylin qeyri-adekvat güclənməsi ilə ifadə olunan qeyri-sağlam vəziyyətdir.
Düzgün deyil: 1881-ci ilin iyulunda “Hiperbuliya” Şimal qütbə çatdı.
Düzgündür: hiperbuliyaya tutulmuş Pərviz kinoya gedərkən yolda əvvəl kəpənək tutmaq, sonra qoboy çalmaq həvəsinə düşür.

 

Bezoar
Bəzi heyvanların və adamların mədəsində yun qırıqları, saç və bitki qırıqlarından əmələ gələn bərk yumaqdır.
Düzgün deyil: Bezoarın sərgüzəştləri haqqında beş kitabın hamısını oxudum, amma Tolkiyenin cırtdanları daha maraqlıdır.
Düzgündür: İlqar müəllim tabeliyində olan adamlara etibar etmirdi deyə, çox vaxt öz bezoarından məsləhət istəyirdi, amma o susurdu.

 

Eshatologiya
Qiyamət günü, Kainatın taleyi və axirət dünyası haqqında təsəvvürlər məcmuəsi deməkdir.
Düzgün deyil: eshatologiya adam boyunca bitdi, çiçəkləndi və yad inəyi uddu.
Düzgündür: Maya təqviminə görə,cəmiyyətdə eshatoloji meyllər artdı.

 

Suggestiya
Başqasının və ya özünün təsiri altında təfəkkürün dərk olunmayan dəyişməsi deməkdir.
Düzgün deyil: kəndlilər dəymiş suqqestiyadan pivə bişirirdi, pəncərə suvağı və planşet ekranı hazırlayırdı.
Düzgündür: reklam suggestiyasına uyan Validə daha iki qutu bez aldı.

 

Lamentasiya
Gileyli danışıq, giley
Düzgün deyil: doktor dedi ki, boyundakı ləkələr dəmrov deyil, sadəcə dərinin lamentasiyasıdır.
Düzgündür: mənim lamentasiyalarım yol polisini inandırdı və o bizi buraxdı.

 

Redundantlıq
Məlumatın məğzi itmədən buraxıla bilən artıq sözlərlə yüklənən xəbər.
Düzgün deyil: budur, daha bir redundant tıxacı qazonla keçdi…
Düzgündür: gecikəcəyini bildirmək üçün qız məni redundant xəbərdar etdi: eyni vaxtda SMS-lə , e-mail ilə və Skayp ilə.

 

Hiperbaton
İfadənin düzgün söz ardıcıllığının pozulmasıdır
Düzgün deyil: məşqdən hiperac gəldi və hiperbaton yedi.
Düzgündür: “Müharibələrində ulduz” Yoda personaj sevimli danışır hiperbatonla.

 

Avtoxton
Eyni məkanda yaranmış və mövcud olmağa davam edən hadisə.
Düzgün deyil: əsgərliyə çağırış zəmanəyə uyğun olmayan avtoxtonizmdir.
Düzgündür: xadimə bizim ofisin yeganə avtox­tonudur – o, burada hələ gözəllik salonu yerləşəndə döşəməni yuyurdu.


 1619    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *