Bagla

Həkimdən soruş

Hekimden sorus







Stomatologiya yenilikləri: Dişlər 9 həftəyə ağızda çıxacaq

 

Kolumbiya universitetinin əməkdaşları yeni dişləri elə insanın öz ağzında yetişdirmək üsulu təklif ediblər. Bu proses təxminən 9 həftəyə başa çatır.

 

Tədqiqatçılar qrupu birbaşa orqanizmdə kök hüceyrələri və DNT-dan diş yaratmağı bacarıb. Dağılmış sümük törəməsi kök hüceyrələri ilə əvəz olunur, sonra ətraf hüceyrələrlə birləşir. Belə bir müalicə yanaşması regenerasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirir, dişin bərpasını da tezləşdirir.

 

Metodika artıq çoxdandır ki, formalaşıb və laborator şəraitdə siçanlar üzərində dəfələrlə sınaqdan keçib.

 

Təbii materiallardan hazırlanan və gerçək dişi xatırladan karkasa boy stimulyatoru yerləşdirilir. Siçanlar üzərində aparılan sınaqlarda belə bir dişin mayası boş alveola əkilir. Karkasın məsaməli strukturu heyvanın kök hüceyrələrinin həmin konstruksiyaya miqrasiya etməsinə imkan yaradır.

 

Metodikaya əsasən, pasiyentin çənəsinə biouyğun polimer olan kaprolakton və hidroksia­patit tərkibli karkas implantasiya olunur. Karkas üçölçülü çap üsulu ilə alınır və konstruksiyası çoxlu miqdarda hüceyrə artımını stimulyasiya edən xüsusi maddələrlə və morfogen sümük zülalı ilə doldurulmuş 200mkm diametrli kanalcıqlardan ibarətdir (stromal-derived factor-1, SDF1) (bone morphogenetic protein-7, BMP7).

 

Hələ ki, prosedura geniş mütəxəssis dairəsinin tədqiqat obyektidir və yalnız bundan sonra praktiki stomatologiyada tətbiqi imkanlarına baxılacaq.
Alimlər kök hüceyrələrinin köməyi ilə təbii diş becərilməsinə böyük ümid bəsləyir. Diş protezlərinin, taxma çənələrin və implantların bir sıra üstünlükləri ilə yanaşı, çatışmayan cəhətləri də çoxdur.

 

Məlumdur ki, embrional kök hüceyrələri yetkin orqanizmin 200-dən çox növlü hüceyrələrinin istənilən növünə çevrilə bilər. Yerləşməsindən asılı olaraq, dental kök hüceyrələri pulpa, çıxarılmış süd dişləri, periodontal bağlar, diş əti və s. kök hüceyrələrinə ayrılır.

Stomatoloqlar ağız boşluğunda COVID-19 əlamətləri aşkar etmişdir.

COVID-19 bəzi pasiyentlərdə ağız boşluğunun müxtəlif zədələnməsi ilə ifadə oluna bilər. Söhbət kandidozdan, travmatik xoralardan, dil və selikli qişanın digər zədələnməsindən gedir.

 

Bu nəticəyə Braziliya universitetinin səhiyyə fakultəsinin oral histopatologiya laboratoriyasının mütəxəssisləri gəlib. Belə ki, COVID-19 əlamətləri xoralar, ağız boşluğunun kandidozu, petexiya və limfa düyünlərinin böyüməsi ola bilər. Tədqiqatın nəticələri International Journal of Infectious Disea­ses elmi jurnalda dərc olunmuşdur.

 

Virusun bu əlamətləri xəstəliklə mübarizədə orqanizmdə immunitetin ümumi zəifləməsi, eləcə də istifadə olunan dərmanların mümkün mənfi təsirləri ilə bağlıdır. Mütəxəssislər qeyd edir ki, xəstəxanadan evə yazılandan sonra pasiyentin stomatoloji müşahidəsi təmin olunmalıdır.

 

Periodontit
Periodontit – diş kökünün yuxarı hissəsinin iltihabı olan ciddi stomatoloji xəstəlikdir (sümük toxuması ilə dişin arasındakı bağ aparatı).
Çox vaxt pulpitlə səhv salınan periodontit iltihab ocağının yerləşdiyi yerlə fərqlənir: pulpit yalnız diş sinirinin (və ya pulpanın) zədələnməsidir. Başqa sözlə, iltihab diş kökünün zirvəsinə də yayılacaq.

 

Xəstəliyin formaları və simptomları
Kəskin periodontit müəyyən dişin güclü ağrıması ilə fərqlənir, bəzən ağrı sızıldayan xarakter daşıyır. Zədələnmiş dişlə dişləyərkən ağrı güclənir. Periodontit yarandısa, müalicə təxirə salınmamalıdır, əks halda vəziyyət ağırlaşacaq, ağrı dartıcı və dözülməz olacaq, kəsilməyəcək. Hiss edə bilərsiz ki, diş çənədən irəli çıxmağa başlayır.

 

Müayinə kəskin periodontitin bu əlamətlərini aşkar edir: şişkinlik, diş ətinin qızarması, toxunarkən ağrıması, sifət toxumalarında şişkinlik, ağrıyan dişin tərpənməsi.
Müalicəsi vacib olan xroniki periodontit bəzən heç bir spesifik simptomlar daşımır. Bəzən dişi döyəcləyərkən zəif ağrı ola bilər, zədələnmiş dişdən az miqdarda irin ayrıla bilər. Bu xəstəliyin müalicəsi çox vaxt dişin çıxarılması ilə aparılır. Xroniki formalı periodontit orqanizm immunite­ti­nin zəifləməsi ilə bağlı vaxtaşırı kəskinləşir.

 

Qranulematoz periodontit zədələnmiş sahədə sümük toxuması dağılmağa başlamayana qədər özünü aşkar etmir. Vaxt keçdikcə iltihablaşmış sahədə kista əmələ gələ bilər. Qranulematoz perio­dontit xəstəliyin digər növlərindən asan müalicə olunur, xüsusən, erkən mərhələdə. Müalicə vaxtında aparılmalıdır, əks halda dişi müalicə etmək asan olan vaxt itirilə bilər.

 

Apikal periodontit xroniki və kəskin formada keçir. Kəskin mərhələdə diş ağrısı şiddətlidir, diş irinləyir, hərarət bir qədər artır. Xroniki apikal periodontit isə simptomsuz keçə bilər: hiss edə bilərsiz ki, dişə nə isə olub, əslində isə, o daxildən artıq çürüyüb. Vaxtında müalicə olunmayan perio­dontitin müalicəsi yalnız dişin çıxarılmasıdır.

 

Fibroz periodontit simptomları da zəifdir, bu da onun müalicəsini çətinləşdirir. İrinli, zirvə və travmatik periodontitlər isə açıq-aydın bilinir: irinli formada şiddətli ağrı və irinləmə, zirvə formasında zoqqultulu ağrı və diş ətinin şişməsi, travmatik formada xəstəliyin kəskin formasının simptomları qanama ilə keçir. Bu formaların müalicəsi, adətən, vaxtında aparılır, çünki aydın simptomatika diaqnostikanı asanlaşdırır.


 2243    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *