Bagla

Həkimdən soruş

Hekimden sorus







STW 5 preparatının təsir mexanizmi: serotonin, muskarin M3 və opioid reseptorları ilə birləşməsi

 

Bitki komponentlərinin cəmləşdirilmiş kombinasiyası preparat STW 5-ın tərkibi 100 ml məhlula hesabla 15 ml acı iberiyka cövhəri (1:2, ekstragent etanol 50%) və mələkotu cövhəri (1:3, ekstragent etanol 30%, 10 ml), qanqalotu (10 ml), zirə meyvəsi (10 ml), may dəmrovotu (10 ml), aptek çobanyastığı (20 ml), acı biyankökü (10 ml), bədrənc (10 ml) və nanə-cövhər (5 ml) cövhərlərindən ibarətdir. Klinik sübut olunmuşdur ki, bu preparat funksional dispepsiyanın və qıcıqlanmış bağırsaq sindromunun müalicəsində sizaprid və metoklopramid qədər effektlidir, lakin əlavə mənfi təsirləri əhəmiyyətli dərəcədə azdır.

 

Farmakoloji tədqiqatlarda preparatın spazmolitik təsiri təsdiqlənmişdir. İn vitro preparatın mədə şöbələrinin yığılma aktivliyinə xüsusi təsiri aşkar olunmuşdur. İn vitro preparatın mədə-bağırsaq traktının həssaslığına təsiri, dozadanasılı xora əleyhinə və sitoprotektiv xüsusiyyətləri təsdiqlənmişdir. Funksional dispepsiya (FD) və qıcıqlanmış bağırsaq sindromu (QBS) kimi funksional mədə-bağırsaq xəstəlikləri inkişaf etmiş ölkələrdə daha çox yayılmış xəstəliklərdən biridir. Yaxın zamanlarda alosetron (5–NT3–reseptorları antaqonistləri), sizaprid və teqaserod (hər ikisi 5–NT4–reseptorları aqonistləri) kimi sintetik preparatlar işlənib hazırlanmışdır. Farmakoloji tədqiqatların perspektiv nəticələrinə baxmayaraq, bu preparatların klinik təcrübədə istifadəsi uğurlu olmadı, belə ki, alosetron və sizaprid işemik kolit və ürək ritminin pozulması kimi ciddi mənfi təsirlərinə görə bazar­dan çıxarıldı. Bununla belə, selikaltı qatın hissiyyat neyronlarının 5–NT3 və 5–NT4 reseptorları saya əzələ hüceyrələrinin muskarin M3–reseptorları kimi funksional xəstəliklərin müalicəsində ümidverici hədəflərdir. Hətta opioid reseptorları blokatorları hazırda FD müalicəsində yeni sinif kimi müzakirə olunur. Belə ki, iberiyka cövhəri seçərək Mz-reseptorlarla birləşməni inhibə edir, dəmrovotu və çobanyastığı spirtli cövhərləri selektiv olaraq 5–NT4–reseptorları, biyan kökü cövhəri isə 5–NT3– reseptorları ilə birləşirdi. Zirə və qanqalotu cövhərləri öyrənilən reseptorlarına oxşarlıq aşkar etməyib. İberoqast və tərkibindəki cövhərlərin müəyyən komponentləri keyfiyyətcə rekombinant insan 5–NT3, 5–NT4, muskarin M3–reseptorları ilə oxşar birləşmə qabiliyyəti nümayiş etdirmişdir (bağırsaq reseptorları ilə analoji olaraq). Dəmrovotu və çobanyastığı cövhərləri bu reseptorların spesifik antaqonistlərini daha güclü inhibə edir, nəinki digər komponentlər, bu da onların əhəmiyyətinə dəlalət edir. İberoqast 3H–naloksonun intestinal opioid reseptorları ilə qeyri-selektiv birləşməsini əhəmiyyətli dərəcədə inhibə edir. Fenomen ondadır ki, ayrı-ayrı komponentlərin təsiri bütövlükdə bitki kompleksi­nin effektini izah edə bilmir və in vitro sınaqlarında bu tez-tez baş verir.


 36    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *