Bagla

Həkimdən soruş

Hekimden sorus







Sulu bəlalar: bakteriyalar, viruslar və təhlükəli bəsitlər

Yay çimərliyində yoluxan infeksiyaların simptomatikası və müalicəsi

Basseynlərdə, çaylarda, dənizdə və okeanda saysız-hesabsız mikroorqanizmlər yaşayır, onların arasında patogenliyi ilə seçilənlər də var. Bir qurtum çirklənmiş su, mikroblu aerozol hissəcikləri yayılmış bir udum hava ciddi problemlərə səbəb ola bilər. Çimərlikdən aldığımız həzzin hesabını bəzən hansı xəstəliklərlə ödəməli oluruq, bu xəstəliklər nə dərəcədə təhlükəlidir?

 

Bağırsaq çöpu və dostları

Bağırsaq çöpünə necə yoluxurlar? Su ilə bir sıra bağırsaq infeksiyaları törədiciləri – bakteriyalar, viruslar və bəsitlər, o cümlədən, şigellər, salmonellar, O157:H7 ştamlı enterohemorragik bağırsaq çöpləri, enteroviruslar, noroviruslar və lyambliyalar. Bəzi hallarda su hövzələrində aqressiv vəba vibrionu və bəsit kriptosporidiy aşkar etmək mümkündür.

Çimməyin yaxşı qurtarmadığının əlamətləri həm bir neçə saatdan, həm də bir neçə sutkadan sonra aşkara çıxa bilər, baxır, mədə-bağırsaq traktına hansı törədici daxil olub.

Bağırsaq infeksiyasının simptomları adətən, qəflətən və kəskin başlayır. Xəstəliyin ilk əlaməti diareyadır, yəni, sulu (misal üçün, enterokokk infeksiyası) və ya qanlı (dizenteriya) ishal. Diareya qarın ağrısı, ürəkbulanma, qusma, halsızlıq, bəzən hərarətin artması ilə müşayiət olunur.

Fəsadsız bağırsaq infeksiyalarının müalicəsi su-duz mübadiləsinin rehidratantların vasitəsi ilə bərpa edilməsinə yönəlib. Yüngül  və orta ağır gedişatlı xəstəliyin mikrobəleyhinə müalicəsinə ehtiyac yaranmır, çünki, bütün bağırsaq infeksiyaları özünüməhdud gedişatlıdır və manifestasiyadan bir neçə gün sonra özbaşına keçir. Bununla belə, stulun tərkibində qan izləri varsa, qızdırma (xüsusən, uşaqlarda), halsızlıq varsa və diareya simptomları 5 gündən artıq davam edirsə dərhal həkimə müraciət etmək acibdir. Bakterial infeksiyalara qarşı antibiotiklər, daha çox, 3-cü nəsil ftorxinolonlar və sefalosporinlər protozoy infeksiyalara qarşı – mikrobəleyhinə preparatlar (metronidazol, tinidazol və s.) təyin edilir.

 

Leptospiroz: insana yoluxması yolları

Bəzi heyvanların, misal üçün, iri buynuzlu heyvanların, atların, itlərin, gəmiricilərin sidik traktı leptospira növündən olan bakteriyalarla zədələnə bilər. Sidiyə keçən törədici durğun sulu su hövzələrinə yayılır və onları çimmək üçün son dərəcə təhlükəli məkana çevirir. Leptospiroza yoluxmaq üçün adamın sadəcə çayda ya nohurda üzməsi yetər. Törədici qara ciyəri, böyrəkləri, kapilyarları və əzələ toxumasını zədələyir. Xəstəliyin simptomları yoluxandan 4-14 gün sonra aşkara çıxır. Leptospiroz yüksək hərarət, halsızlıq, qara ciyərin böyüməsi, əzələ ağrıları, taxikardiya ilə keçir. Simptomların qeyri-spesifikliyi xəstəliyin vaxtında tanınmasına mane olur. Təskinlik verir ki, 90% hallarda xəstəlik orta ağır dərəcədə keçir və ağır fəsadlar törətmir. Lakin, yolunaxnların 10%-də ağır böyrək çatışmazlığı, massiv qanaxmalar və kəskin respirator-distress sindrom inkişaf edə bilər.

Müalicə: leptospirozun yüngül və orta ağır formaları antibiotikoterapiya tələb etmir. Xəstəliyin ağır gedişatı penisillin (amoksisillin), makrolidlər, ftorxinolonlar və ya karbapenemlərlə müalicə edilir.

 

«Üzgüçü» qulağı

Tez-tez suya baş vurmaq xarici otitin yaranmasına səbəb ola bilər. Qulaqlara dolan su psevdomonadlara (38% xəstələrdə), stafilokoklara, bəzi anaeroblara və qrammənfi mikroorqanizmlərə yoluxmuş ola bilər. Bəzən xəstəliyin törədicisi  aspergilla və ya kandida növündən olan göbələklərdir.

Simptomlar: qulaq seyvanının qızarması və şişkinliyi, traqusa basdıqda ağrı, qulaq ağrısı, qulaq ifrazatı.

Xarici otitin müalicəsi çox vaxt yerlidir: kortikosteroidlər və antibiotik tərkibli kombinəolunmuş qulaq damcıları infeksiyanın qarşısını tez alır. Ağır hallarda antibakterial preparatlar təyin edilir, birinci xətt vasitələri  irinli – göy çöplərinə (psevdomonadlara) qarşı aktiv olan ftorxinolonlardır.

 

Azdır, amma, tutarlı

Dayaz və çirkli nohurlarda az da olsa, qarın yatalağı törədicisi – Salmonella typhi aşkar etmək ehtimalı var.

Simptomlar yoluxandan 7-23 gün sonra əmələ gələ bilər. Xəstəlik tədricən, bir həftə ərzində inkişaf edir. Qarın yatalağının tipik əlamətləri: yüksək hərarət (40°C qədər), baş ağrısı, halsızlıq, səpgilər, quru öskürək, iştahsızlıq və arıqlama, qarın ağrısı, diareya ya qəbzlik, qarın köpü. Yatalağa ilk şübhə yaranan kimi dərhal «təcili yardım» çağırılmalıdır.

Müalicə 3-cü nəsil sefalosporinlərlə və ya xloramfenikol ilə aparılır, su-duz mübadiləsi bərpa edilir.

Su mənbələrinin daha bir nadir «qonağı» A hepatiti virusudur.

Yoluxma simptomları adətən yoluxmadan 3 həftə sonra aşkara çıxır. Erkən mərhələdə xəstəlik səhvən qripp kimi tanınır, xüsusən, uşaqlarda. Çimdikdən 3 həftə sonra yorğunluq, bədən hərarətinin artması, ürəkbulanma, iştahsızlıq, skleraların və dəri örtüklərinin saralması, diareya əmələ gəlirsə, A hepatiti haqqında düşünmək lazımdır.

A hepatitinin müalicəsi nəzərdə tutulmayıb, xəstəlik özünü məhdudlaşdırandır. Sağalma orta hesabla manifestasiyadan 2 ay sonradan az bir vaxtda baş verir, lakin, bəzi hallarda simptomlar yarım il ərzində hiss olunur.

 

Respirator infeksiyalar

«Uğursuz» çimərlikdən sonra əmələ gələn respirator xəstəlikləri də diqqətsiz qoymaq olmaz. Bu, ilk növbədə, legionelyozdur. Legionellərə yoluxma ağ ciyər iltihabı (legionerlər xəstəliyi) təhlükəsi daşıyır.

Legionelyozun simptomları ağ ciyər iltihabının klinik gedişatına uyğundur. Müalicə əsasən makrolidlər və ya ftorxinolonlar qrupuna aid  antibiotiklərlə aparılır.

Nəhayət, bəzən enterovtirus infeksiyası olduqca ağır xəstəliyin – seroz meningitin yaranmasına səbəb olur.

Xəstəliyin simptomları çimdikdən 1-2 həftə sonra aşkar olunur. Bədən hərarəti kəskin dərəcədə artır, şiddətli baş ağrıları, zəiflik, ürəkbulanma və qusma, qıcolma və başqa əlamətlər əmələ gəlir. Xəstəliyə şübhə yaranan kimi təcili hospitalizasiya və təxirəsalınmaz antibiotikoterapiya tələb olunur.


 67    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *