Bagla

Həkimdən soruş

Hekimden sorus







Susqun ailələr

Böyük oğlumun nitqi məni heç vaxt narahat etmir­di. Deyərdim ki, əksinə. Hələ körpə yaşlarında oğlum uşaq bağçasında başqa uşaqlardan səlis şer deməyi ilə fərqlənirdi. O vaxtlar onun uğurları mənə adi gəlirdi. Deyim ki, onunla xüsusi məşğul olurdum – yox! Sadəcə, 8 ayından ona nağıl oxuyurdum. “Düzgün” cizgi filmləri göstərirdim – qızıl sovet fondundan. Gecələr həzin layla çalırdım. Hər şey ənənəyə uyğun. Özüm də belə böyümüşdüm.

 

Kiçiyi ilə isə başqa cür oldu. Tez-tez xəstələnən sısqa uşaq daha böyük diqqət tələb edirdi. Gündə üç dəfə ona dadlı yeməklər bişirirdim ki, immunitet və kalori azlığını əvəz edim. Sutkada iki dəfə havada gəzdirirdim. Gimnastika etmək, masaj etmək və üzmək lazım idi. Pis-yaxşı bu işlərin öhdəsindən gəlirdim. Amma oxumağa vaxt qalmırdı. Yeganə “çarəmiz” audiokitablar və videokurslar idi. Müxtəlif təlim proqramları, ingilis dilindən texniki sənədləri tərcümə edirdim, ünki pul qazanmaq lazım idi. İşin yükü artdıqca oğlum televizorun qarşısında daha çox vaxt keçirirdi. Neyləyəsən? Bu minvalla 5 yaşa çatdıq və ilk dəfə loqopedin yanına getdik.

Sınaqdan sonra aydın oldu ki, oğlumun nitqi baxımsızdır. Səslərin yarısını tələffüz edə bilmirdi, savadsız sözlər və cümlələr qururdu. Loqopedin qərarı bu oldu ki, uşağın nitqi pedaqoji baxımsızdır. Çox sarsıldım. Necə oldu ki, fi loloq ananın oğlu savadsız böyüdü? Məgər, genlər özünü göstərmir?

 

Sonradan bildim ki, “biabırçılıqda” tək deyiləm. Sən demə, müasir uşaqların 15-30%-də nitq qüsuru aşkar edilir. Bu pozuntular heç də valideynlərin savadından, maddi rifahından asılı deyildi. Başlıca səbəb – uşaqlarımızın böyüdüyü dəyişmiş sosial-mədəni şəraitdir. Ən əsası da, ailələrdə hökm sürən susqunluq, təcridlikdir.
Başı öz problemlərinə qarışmış valideynlər uşağa vaxt çatdırmır. Orta hesabla, uşaqla normal söhbətə gündə cəmi 12-15 dəqiqə vaxt qalır. Bu, çox azdır, çox! Televiziya ekranı beyinin düzgün inkişafı üçün labud olan canlı ünsiyyəti əvəz etmir.

 

İndiki verilişlərə, hətta böyüklər belə baxa bilmir, nəinki həssas, istənilən təsirə məruz qala bilən körpə psixikası. Televiziya uşaqlarda xəyali təfəkkürü tərbiyə etmir, şərti istehlakçı refl eksi oyadır. Nitq və zehni inkişaf sanki donur.

Canlı ünsiyyət başqadır. Bu, televizi­yanın və təcrid yaşayışın zombiləşdirdiyi körpələr üçün əsl dərmandır, əlacdır. Son onillik dövründə ailəni ailə xatirinə deyil, onun yaxşısını da, cəfasını da çəkmək xatirinə deyil, tezliklə hamilə qalıb əli qarnında fotosessiyalar, “selfi lər” etmək, doğum evindən təmtəraqla çıxmağın silsilə şəkillərini çəkmək, sonradan dəblə ayaqlaşaraq “bebibum” axınına “baş vurmaq” xatirinə “quran” (belə demək olarsa) gənc qadınlar arasında qəribə “analıq instinktləri” təzahür etməkdədir.

 

Qəribə də olsa, eyni qadının, belə deyək, qəlbində dünyaya gətirdiyi körpəyə qarşı izafi , nümayişkar, şousayağı fərdi “sevgi” ilə yanaşı, körpənin eyni dərəcədə yaxınlarına – atasına (xüsusən), nənəsinə, babasına qarşı yırtıcı, normal şüurun dərk edə bilmədiyi məntiqsiz bir inkar hissi yer alır. Hadisələrin sonrakı gedişatı bu qəribəliyin və məntiqsizliyin, əslində, tam düşünülmüş və bu səbəbdən daha dəhşətli niyyət olduğunu üzə çıxarır. O niyyət ki, sonda uşaqları ata, nənə, baba və ailədəki digər məhrəm qohumların nəinki canlı ünsiyyətindən, nəvazişindən, qayğısından məhrum edir, nəticə etibarilə onların daxilinə ömürlük niskilin, xiff ətin, sızlayan və bir ömürə bərabər itirilmiş illərin boşluğunu çökdürür. Budur yeri heç vaxt sağalmayacaq zərbə! Xoş o ailələrin halına ki, ana deyilən kəs övladın qəlbinə doğmalıq toxumu səpir. Vay o ailələrin halına ki, bəxtinə orada göz açıb və orada böyümək düşən uşaqlar yadlığa tuşlanan alətə çevrilir. Ümumiyyətlə, alətə çevrilir.

 

Ünsiyyət, valideynləri və doğmaları ilə canlı ünsiyyət qarşılıqlı əlaqə deməkdir. Nəvələrinə nağıl söyləyən, nəğmə oxuyan nənə öz qəlbini onlarla paylaşır. Sözləri tələff üz etməyi öyrənən uşağın beyni də inkişaf edir. Verdiyi suallar, söylədiyi sözlər onun mənəvi və əqli qabiliyyətini artırır.

 

Nitqin və zehnin başqa bütün inkişaf üsulları əks nəticə verir – nitqin və zehnin ləngiməsi. Bütün analara demək istədiyimiz var: ailənizdəki susqunluğa son qoyun, susmaqla uşaqlardan gizlətdiyiniz mətləblər bir gün onların yetkinləşmiş şüurunda sarsıntılı dönüşə çevriləcək. Allah övladı sizə alət deyil, əmanət olaraq verib. Əmanətə xəyanət Onu tanımamaqdır. Övladlarımızın səlis, ürəkli nitqi, qorxusuz ifadəsi, aydın zehni onların bütöv, işıqlı, mərhəmətli qəlbi deməkdir. Özünüzdə yoxdursa, barı onlarda olsun bu nemət! Gələcək onlarındır!


 186    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *